Prezidentdən qətiyyətli addım
05.10.2023 [10:00]
Fransanın iştirak etdiyi hər hansı format Azərbaycan üçün məqbul deyil
Cənubi Qafqazda süllhün və təhlükəsizliyin bərpa edilməsi prosesinə mane olan destruktiv güclər yenidən fəallaşıb. Belə ki, Ermənistan ilə Azərbaycan arasında sülhün formalaşdırılması prosesinin baş tutmamasına çalışan “Paris və onun komandası” növbəti dəfə təxribatından əl çəkməyib. Belə ki, APA-nın yaydığı xəbərə görə, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib. Azərbaycanın görüşdə imtina etməsinin səbəbləri açıqlanıb.
Paris yenə sülhə qarşı...
Xəbərdə bildirilir ki, ölkəmiz görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib, bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib. Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havası formalaşıb. Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin dünənki Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib. Buna görə Azərbaycan bu görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib. Çünki belə format Azərbaycana lazım deyil. Bakı regiondan uzaq ölkələrlə regionun problemlərini müzakirə etməyə lüzum görmür. Bakı hesab edir ki, bu məsələlər regional çərçivədə müzakirə və həll edilə bilər. Bununla belə, əvvəlki Aİ-Azərbaycan-Ermənistan üçlü formatı gündəmə gələrsə, Azərbaycan görüşdə iştirak edə bilər. Fransanın iştirak etdiyi heç bir format Azərbaycan üçün məqbul deyil, Bakı belə platformada iştirak etməyəcək. Qeyd edək ki, oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Beştərəfli görüş sammit çərçivəsində baş tutmalı idi.
Proses bitib
Fransanın həyata keçirdiyi açıq ermənipərəst siyasət prosesin nizamlanmasına xidmət etmir, əksinə ona mane olur. Rəsmi Paris addımbaşı ölkəmizə qarşı təxribat xarakterli siyasəti ilə yadda qalır. Qərəzli qətnamələr, Frankofoniya Sammitində Azərbaycana qarşı ədalətsiz mövqe, BMT TŞ müstəvisində 3 dəfə Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyasının formalaşdırılmasına cəhdlər buna bariz misaldır. Belə bir şəraitdə isə Fransanın Azərbaycan ilə Ermənistan arasındakı sülh danışıqlarında iştirakı mümkünsüzdür və Azərbaycan birmənalı olaraq
Fransanın bu və ya digər şəkildə danışıqlar prosesində iştirakını məqbul saymayıb. Nəzərə almaq gərəkir ki, hətta işğal dövründə belə keçmiş münaqişənin tənzimlənməsi istiqamətində gedən danışıqlar prosesində ATƏT-in Minsk qrupunun üzvü kimi iştirak edən Fransa illərlə ermənipərəst addımları ilə yadda qalmışdı. Müharibə dövründə də Azərbaycana qarşı açıq təhdid çıxışları edən bu ölkə öz fəaliyyəti ilə beynəlxalq hüquqa qarşı hörmətsizlik nümayiş etdirib. Hətta Fransa Qarabağ münaqişəsinin başa çatması ilə tarixə qovuşan Minsk qrupunu yenidən diriltmək cəhdləri belə göstərib. Amma Azərbaycan üçün bu proses artıq bitib. Vətən müharibəsində əldə olunan qələbə, 24 saatlıq antiterror tədbirləri yeni siyasi reallıqlar formalaşdırıb. Bu gün separatçı rejimin rəhbərləri Bakıda qanun qarşısında cavab verir. Ortada olan bu kimi gözardı edilməsi mümkünsüz olan reallıqlar isə sülh danışıqlarının iki dövlət - Ermənistan və Azərbaycan arasında aparılmasını zəruri edir. Beynəlxalq oyunçu kimi bu prosesdə iştirak edən Fransa, Almaniya və digərləri isə birmənalı şəkildə haqqı, ədaləti, demokratiyanı dəstəkləməli, beynəlxalq hüquqa qarşı hörmət nümayiş etdirməlidirlər.
Müharibə arzusunda olan Fransa...
Halbuki Fransadan gələn son “səs-səda” irəli sürülən bəşəri dəyərləri, sülhü və humanizmi özündə əks etdirmir. Tam əksinə, Ermənistanı silahlandırmağa çalışan Fransa regionda sülh və təhlükəsizlik arxitekturasının qurulmasına imkan vermək istəmədiyini ortaya qoyur. Məsələn, Fransanın müdafiə naziri Sebastyan Lekornyunun Ermənistanda indiyədək mövcud olmayan hərbi missiya açdıqlarını bəyan etməsi deyilənləri təsdiqləyir. Müdafiə naziri bildirib ki, bu missiya bizə gündəlik olaraq Ermənistan ordusu və hakimiyyəti ilə əlaqədə olmaq, onların müdafiə sahəsində tələbatlarını öyrənməyə imkan verəcək. Bu fakt təsdiqləyir ki, Paris Ermənistanı yeni müharibəyə təhrik edir və hazırlayır. Eyni zamanda, Ermənistanın əli ilə regiona nüfuz etməyə çalışan Fransa məhz silah, qarşıdurma və müharibə gücünə burada müstəmləkəçi niyyətlərini bərqərar etmək arzusundadır. Fransa bu gün Ermənistanı özündən asılı vəziyyətə salaraq Cənubi Qafqazda da Afrika siyasəti yürütməyə çalışır, bölgədə sülhün bərqərar olması Parisin maraqlarına cavab vermir. Bu səbəbdəndir ki, Qranada görüşü də Fransanın qeyri-konstruktiv danışıqları ucbatından baş tutmur.
Ermənistan Fransadan imtina etməsə...
Ermənistan isə Fransanın “arxa bağçası”na çevrilməkdən imtina etməli və regionda sülhün formalaşmasına töhfə verməlidir. Bu ölkə uğradığı hərbi və siyasi məğlubiyyətdən nəticə çıxarmalıdır. Yeni himayəçi tapmaq və bu dəfə Fransanın “forpostu” olmaq istəyi Ermənistana baha başa gələ bilər. Ermənistan yenidən sosial problemlərin, iqtisadi yoxluğun girdabından xilas ola bilməyəcək. Halbuki Azərbaycanla sülhün bağlanması bu dövlətə müstəqil olmaq imkanı yaradır - İrəvan yalnız bu halda müstəqil subyekt kimi əməkdaşlıq plaftormalarının tərəfinə çevrilə, iştirakısı ola bilər. Əks halda...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03

