Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 11-ci səfər...

11-ci səfər...

10.10.2023 [11:03]

Azərbaycan - Gürcüstan: İki qonşu, iki strateji tərəfdaş

Azərbaycanın milli maraqlar üzərində qurulan multiregional xarici siyasət kursunda qonşu dövlətlərlə qarşılıqlı maraqlar əsasında sıx münasibətlərin qurulması xətti xüsusi yer tutur. Prezident İlham Əliyev dəfələrlə əsaslandırıb ki, uğurla inkişaf etmək istəyən hər bir dövlət qonşularla xoş mərama əsaslanan siyasət həyata keçirməlidir. Dövlət başçısı tərəfindən müəyyənləşdirilən bu strateji kursa uyğun olaraq Azərbaycan nümunəvi model yaradıb - hazırda respublikamız işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu ölkələrlə yüksək səviyyəli əməkdaşlıq əlaqələri qurub. Bu əlaqələr çoxvektorlu olmaqla həm regional, həm də qlobal əhəmiyyət daşıyır. Azərbaycanın fəal qonşuluq siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət daşıyır.

Əlaqələrin genişlənməsində  Azərbaycan Prezidentinin xüsusi rolu

Azərbaycanla Gürcüstan arasındakı münasibətlərin hazırkı yüksək səviyyəsini müxtəlif amillər şərtləndirir. Bu əlaqələr ilk növbədə tarixi ənənələrə söykənir. Əsrlər boyu xalqlarımız daim dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Prezident İlham Əliyev oktyabrın 8-də Gürcüstana növbəti işgüzar səfəri çərçivəsində mətbuata verdiyi bəyanatında bu amilə diqqət çəkərək bildirib: “Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda, bölgə üçün, o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir”.

Azərbaycan və gürcü xalqları qonşuluq münasibətlərindən çox məmnundurlar. Hər iki ölkədə başa düşülür ki, iki xalqı yalnız coğrafi sərhədlər bağlamır, talelərimiz də oxşardır və biz birlikdə daha güclüyük. Cənubi Qafqaz bizim ümumi evimizdir və onu birlikdə qoruyaraq daha da möhkəmlətməliyik. Əsas məqam ondan ibarətdir ki, yaxınlaşmağa, əlaqələrin daha daha da intensivləşməsinə həm dövlətlərin güclü siyasi iradəsi var, eyni zamanda bunu cəmiyyətlər istəyirlər. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatında bu gün ikitərəfli münasibətlərin dərinləşməsində Azərbaycan Prezidentinin böyük rol oynadığına xüsusi diqqət çəkib.  “Xalqlarımız arasında ənənəvi dostluq davam edir və cənab Prezident İlham Əliyev bu işə çox böyük töhfə verib. Bu dostluğun və qardaşlığın möhkəmləndirilməsində onun böyük xidmətləri var”, - deyə İrakli Qaribaşvili vurğulayıb.

Qarşılıqlı səfərlərlə möhkəmlənən siyasi dialoq

Xatırladaq ki, 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub.

Ümummilli lider Heydər  Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri qarşılıqlı əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.

Ölkələrimiz arasında parlamentlər səviyyəsində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkənin qanunverici orqanlarında dostluq və işçi qrupları var. Milli Məclisin sədri Sahibə Qafarova ötən il Gürcüstana səfər edib. Gürcüstan parlamentinin sədri Ş.Papuaşvili isə bu ilin mayında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasda iştirak məqsədilə ölkəmizə səfərə gəlib.

Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi var. BMT Baş Assambleyasının 2020-ci (3 sentyabr), 2021-ci (17 iyun) və 2022-ci ildə (8 iyun) keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı Azərbaycan sözügedən sənədin lehinə səs verib.

İki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən söhbət açarkən, intensiv hal alan  qarşılıqlı səfərlərin önəminə xüsusi diqqət yetirmək lazımdır. Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin Gürcüstana bəhs olunan səfəri sayca 11-ci səfəridir. Bundan əvvəl ötən il oktyabrın 24-də dövlətimizin başçısı Gürcüstanda (Mçxetada) işgüzar səfərdə olub. Eyni zamanda, bu il aprelin 7-də Gürcüstanın Baş naziri İ.Qaribaşvili ölkəmizə (Qəbələyə) işgüzar səfər edib.

Paytaxtlardan regionlara doğru

Yuxarıda bəhs etdiyimiz iki səfər Azərbaycan Prezidentinin və Gürcüstan Baş nazirinin görüşlərinin müntəzəmliyini artırıb, səfərlərin paytaxtlara deyil, bölgələrə həyata keçirilməsi kimi yeni bir ənənə yaradıb.

Ümumiyyətlə, son vaxtlarda iki dost ölkənin münasibətlərində regionlararası əməkdaşlıq genişlənir. Belə ki, iki ölkənin bir sıra şəhərləri arasında birbaşa əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan ilə Gürcüstanın bir sıra şəhərləri arasında qardaşlaşma əlaqələrinə dair müvafiq memorandumlar imzalanıb: Gəncə-Kutaisi (1995-ci il), Sumqayıt-Rustavi (2007-ci il), Naxçıvan-Batumi (2012-ci il), Şəki-Telavi (2012-ci il), Bakı-Tbilisi (2021-ci il), Şəmkir-Marneuli (2022-ci il), Ağstafa-Qardabani (2022-ci il), Göygöl-Bolnisi (2022-ci il), Daşkəsən-Dmanisi (2022-ci il).

Gürcüstanın aborigen sakinləri - azərbaycanlılar

Gürcüstanda 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən, bu ölkədə tarixən yığcam halda yaşayan azərbaycanlı əhalinin sayı 233 min nəfər təşkil edib. Soydaşlarımız əsasən Kvemo-Kartli regionunun Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Tsalka və Tetristkaro rayonlarında, Rustavi şəhərində, Kaxeti, Şida-Kartli, Mtsxeta-Mitianeti bölgələrində və Acarıstan Muxtar Respublikasında, eləcə də paytaxt Tbilisi şəhərində məskunlaşıblar. Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin aborogen sakinləridirlər.

Azərbaycan dövləti və Cənubi Qafqaz coğrfiyasının ən böyük ictimai təşkilatı olan Heydər  Əliyev Fondu Gürcüstanda yaşayan soydaşlarımızın sosial ehtiyaclarının qarşılanmasını, onların Gürcüstan cəmiyyətinə inteqrasiyasını hədəfləyən çoxsaylı layihələr reallaşdırırlar.  Hazırda paytaxt Tbilisidə ümummilli lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Bu, bir daha göstərir ki, Ulu Öndər Gürcüstanla əlaqələrə necə böyük önəm verib. Heydər Əliyev zamanında iki ölkənin xalqları arasında əlaqələri belə xarakterizə etmişdi: “Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək”.

Gürcüstanda, həmçinin azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” Uşaq teatrı fəaliyyət göstərir.

Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də mövcuddur. Bu muzey M.F.Axundzadənin, C.Məmmədquluzadənin və N.Nərimanovun ev-muzeylərini özündə birləşdirir.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 471 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31