20 il çiyin-çiyinə!
14.10.2023 [10:12]
Bu dəstək mübariz Lider, güclü
Prezident, müzəffər Ali Baş Komandan portretini uğurla tamamlayır
Son 20 il müstəqil Azərbaycanın həyatında o dərəcədə əlamətdar olub ki, bu dövrü bütöv bir epoxaya bərabər saymaq mümkündür. Ölkəmiz həyatın bütün sahələrində böyük uğurlar qazanıb, daim zirvələrdən-zirvələrə yüksəlib. Bu uğurların hərəkətverici qüvvəsi isə Prezident İlham Əliyevin zamanı qabaqlayan ideyaları, strateji düşüncələri və aldığı taleyüklü qərarlar olub. Azərbaycanın uğurlu inkişaf modelini fərqləndirən başqa bir mühüm məqama da diqqət çəkmək istərdik. Biz son 20 ildə ən taleyüklü və həssas məqamlarda həmişə birinci xanım Mehriban Əliyevanı dövlət başçımızın yanında görmüşük. Azərbaycanlıların mental düşüncələrində ailə dəyərləri öndə gəlir və bu dəyərlərə böyük hörmət bəslənilir. Deyə bilərik ki, son 20 ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkənin ictimai həyatında da daim bir yerdə olublar və çiyin-çiyinə çalışıblar. Azərbaycanın mütərəqqi idarəçiliyi isə bundan güclü impuls alıb.
Ənənəvi olaraq belə bir qənaət formalaşıb ki, birinci xanımlar bütün qayğılardan uzaqdırlar və onlarla sıravi insanlar arasında keçilməz “Çin sədləri” var. Birinci xanım Mehriban Əliyevanın timsalında isə biz ənənəvi təsəvvürlərdən uzaq olan tamam fərqli bir mənzərənin şahidi oluruq. O, heç bir halda özünü cəmiyyətdən ayırmır, daim ziyalılarla, sıravi vətəndaşlarla, gənclərlə, könüllülərlə, uşaqlarla ünsiyyətə can atır. Aydın şəkildə hiss olunur ki, o məhz belə məqamlarda özünü xoşbəxt sanır. Mehriban xanım Əliyeva Azərbaycanda birinci xanım institutunun orijinal və çox funksional bir modelini formalaşdırmağa nail olub. Harada ki, çətinliklər var, nə zaman ki, milli mədəniyyətimizə qayğı tələb olunur, kiminsə haqqı tapdalanır, Azərbaycanın haqq səsini dünyada ucaltmaq lazımdır... məhz belə yerlərdə və həssas məqamlarda biz birinci xanım Mehriban Əliyevanı görürük. Bəzən onun irəli sürdüyü təşəbbüslərin icrası çox çətin görünür. Ancaq yox, artıq neçə illərdir ki, təsdiqini tapıb: Mehriban xanım Əliyevanın bəyan etdiyi layihələrin miqyasından asılı olmayaraq, hamısının icrası yüksək səviyyədə təmin olunub. Bunun arxasında isə, ilk növbədə, onun canıyananlığı, fədakarlığı, məsuliyyəti və yüksək təşkilatçılıq, insanları milli məqsədlər naminə səfərbər etmək məharəti dayanır.
Bir yerdə xalqa xidmət nümunəsi
Son 20 ilin təcrübəsi Prezident İlham Əliyevin Öz fəaliyyətini daim xalqla bir yerdə olmaq və xalqa ləyaqətlə xidmət etmək prinsipi əsasında qurduğunu əyani şəkildə təsdiqləyir. Ölkəmizdə aparılan praqmatik siyasət ilk növbədə xəlqi mahiyyəti ilə fərqlənir. Dövlət başçısı mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlər edir. Bu görüşlər və səfərlər isə izsiz ötüşmür. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır. Prezident İlham Əliyev həmişə qəti mövqe və siyasi iradə ortaya qoyaraq komandasının diqqətini, dövlətin resurslarını ən ümdə məsələlərə yönəldir. Bu məsələlər sırasında sosial sfera, vətəndaşlara qayğı prioritet təşkil edir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır. Dövlətimizin başçısı öz vəzifəsini belə müəyyənləşdirib: “ Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Vətəndaşları narahat edən problemlərin həlli üçün bütün lazımi addımlar atılacaq”.
Azərbaycanda həm də insanlarda yüksək vətəndaş məmnunluğu yaradan gözəl ənənə formalaşıb: Prezident İlham Əliyev regionlara səfərlərini, ictimaiyyət nümayəndələri ilə görüşlərini bir qayda olaraq Mehriban xanım Əliyeva ilə birlikdə reallaşdırır. Dövlət başçısının müəyyənləşdirdiyi strateji kursa uyğun olaraq dövlət həmişə öz vətəndaşının yanında olur, onun üzləşdiyi problemlərin aradan qaldırılmasına lazımi dəstək göstərir. Bu da, təbii ki, vətəndaşlarda güclü Azərbaycan dövlətinə böyük inam yaradır. Xatırlayırıq, bir neçə il bundan əvvəl respublikamızın Ağsu, Şamaxı, İsmayıllı rayonlarında zəlzələlər baş verdi. İnsanlar təbii fəlakətdən ziyan çəkmişdilər, onlarla ailə evsiz-eşiksiz qalmışdı. Həmin çətin günlərdə Prezident İlham Əliyevin Mehriban xanım Əliyeva ilə birlikdə təbii fəlakət baş verən bölgələrə gəlmələri insanlara böyük mənəvi dayaq oldu. İnsanlar sarsılmadılar və çətinliklərin müvəqqəti olduğuna inandılar. Təsadüfi deyil ki, bəhs olunan səfərləri çərçivəsində keçirilən görüşlərdə insanlar çətin günlərdə onlara dayaq duran Azərbaycan dövlətinə, şəxsən Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya özlərinin dərin minnətdarlıqlarını ifadə ediblər. Görüşlərdə müxtəlif sosial təbəqələri əhatə edən insanların “Biz Sizi gözləyirdik” demələri olduqca təsirli və ibrətamiz məqamlar idi. Bu, onu göstərir ki, Azərbaycan iqtidarı məqsədyönlü fəaliyyət sayəsində cəmiyyətin böyük etimadını qazanıb. Çətinə düşən insanlar heç kimdən yox, məhz öz dövlətindən və inandığı, ümid bəslədiyi Prezidentindən, birinci xanımdan umur, kömək gözləyir. Dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycanın inkişafının əsas hərəkətverici qüvvəsi də məhz bu amildir - iqtidar-xalq həmrəyliyidir. Heç bir güc, kənar təsir bu sarsılmaz vəhdəti pozmaq və yaxud ona hansısa bir formada xələl gətirmək iqtidarında deyil.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ailə bayramlarını ənənəvi olaraq qaçqın və məcburi köçkünlərlə qeyd etmələri də Azərbaycan cəmiyyətində minnətdarlıqla xatırlanır. Yurd yerlərini, illər bounca qurduğu ev-eşiyini itirmək hər kəs üçün çox ağırdır. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, O, ad günlərini, yubileylərini təntənəli şəkildə qeyd etməkdən uzaqdır. Bu, Azərbaycanın dövlət başçısına xas olan sadəliyin və təvəzökarlığın göstəricisidir. Ancaq Prezidentin Onun üçün əlamətdar günləri xanımı ilə birlikdə qaçqınlar və məcburi köçkünlərlə bir yerdə qeyd etməsi xüsusi məna daşıyır.
Mehriban xanım Əliyevanın xeyirxahlığı Azərbaycanın dövlətinin humanizm prinsipinə əsaslanan siyasətini daha da zənginləşdirir. Azərbaycan cəmiyyəti onun timsalında zərif və xeyirxah Azərbaycan qadınlarının ümumiləşmiş obrazını görür. Mehriban xanım Əliyeva bayramlarda bir qayda olaraq xüsusi qruplardan olan uşaqların əhatəsində olur, onlar üçün klounların, sevilən müğənnilərin iştirakı ilə şənliklər təşkil edir, internat məktəblərinə baş çəkir, səhiyyə ocaqlarına gələrək daun sindromlu, talassemiyalı xəstələri yoluxur. Onun ana nəvazişinə həsrət qalan uşaqlar üçün tort bişirib hədiyyə etdiyi də minnədarlıq hissi ilə xatırlanır. İndiyədək Heydər Əliyev Fondunun icra etdiyi təkcə “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində 40-dan çox internat və uşaq evi yenidən qurulub. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir neçə “Məzun evi” tikilərək uşaq evləri və internat məktəblərinin məzunu olan gənclərin istifadəsinə verilib. Bütövlükdə, bu binalarda 365 gənc hər cür rahatlığı olan mənzillərlə təmin olunub.
Dövlətin və Heydər Əliyev Fondunun gənclərə, təhsilə böyük qayğısı
Azərbaycan Prezidenti İlham Əliyev respublikamızda digər sahələrdə olduğu kimi, Ulu Öndərin əsasını qoyduğu gənclər siyasətində də ardıcıllığı yüksək səviyyədə təmin edir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2007-ci il respublikamızda “Gənclər ili” elan edilib. Dövlətimizin başçısı 30 dekabr 2019 tarixində “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalayıb ki, bu da ölkəmizdə, eyni zamanda, gənclərə göstərilən diqqət və qayğının daha bir bariz nümunəsidir. Məlumdur ki, ötən 20 il ərzində Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılıb. O cümlədən ötən dövrdə gənclər siyasəti ilə bağlı müxtəlif illəri əhatə edən bir neçə Dövlət Proqramı uğurla icra edilib. Bunlar aşağıdakılardır:
- “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər);
- “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”;
- “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı;
- “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı;
- “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”;
-”2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”;
- “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”.
Yeni Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.
Prezident İlham Əliyev ölkədə gənclərin təşkilatlanmasına və onların ictimai fəaliyyətinin stimullaşdırılmasına xidmət edən məqsədyönlü siyasət həyata keçirir. Dövlət başçısının təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi olunub.
Azərbaycan gənclərinin hərtərəfli formalaşmasına Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan və birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da misilsiz töhfələr verir. Respublikamızda könüllülər hərəkatının formalaşmasında Mehriban xanım Əliyevanın şəxsi nümunəsi xüsusi rol oynayıb. Birinci xanımın vətənpərvərliyi, dünyanın hər yerində, mötəbər beynəlxalq təşkilatlarda milli mədəniyyətimizi yüksək səviyyədə təbliğ etməsi gənclər üçün bir örnəkdir. Biz Heydər Əliyev Fondunun fəaliyyətinin timsalında dövlət-cəmiyyət tərəfdaşlığının gözəl nümunəsini görürük. Bir sıra hallarda Fond dövlətin apardığı siyasətə əlavə impuls verir, digər hallarda isə qurumdan, şəxsən Mehriban xanım Əliyevadan gələn təşəbbüslər və başlanan işlər dövlət tərəfindən dəstəklənərək irəli aparılır. Məlumdur ki, Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin icrasına start verib. Sonradan Prezident İlham Əliyevin də məmnunluqla vurğuladığı kimi, bu, dövlət proqramına çevrildi. Belə faydalı əməkdaşlıqdan qazanan isə təhsilimizdir, böyüməkdə olan nəsildir. İndiyədək respublikamızda təxminən 3500 məktəb tikilərək istifadəyə verilib ki, onların da bir çoxunun inşası məhz Heydər Əliyev Fondunun xətti ilə təmin edilib.
Şəhid ailələrinə, qazilərə həssas yanaşma
Ölkəmizdə Birinci və İkinci Qarabağ müharibələrinin qazilərinə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilir. İndiyədək 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Müharibə əlillərinə 7 mindən artıq minik avtomobili verilib. Respublikamızda şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 15 minə yaxın şəxs öhdəliyə götürülüb, 78 milyondan artıq vəsait toplanıb və müvafiq istiqamətlər üzrə həmin vəsaitin xərclənməsi davam etdirilir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Eyni zamanda, yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır.
Bəhs olunan həssas qruplardan olan insanlara, həmçinin qaçqın və məcburi köçkün soydaşlarımıza qayğı, həssas yanaşma Mehriban xanım Əliyevanın da fəaliyyətindən qırmızı xətt kimi keçir. Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsində ona göstərilən etimadı yüksək səviyyədə doğruldur. Həssas təbəqələrdən olan insanlara qayğı yeni vəzifədə də Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir. Heç təsadüfi deyildir ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsində ilk müşavirəsini cəmiyyətin həssas təbəqəsinin problemlərinə - Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edib.
Birinci vitse-prezident Mehriban Əliyeva hər iki Qarabağ müharibəsi qazilərinin yüksək səviyyəli protezlərlə təmin olunması təşəbbüsü ilə çıxış edib. Hazırda müvafiq proqram uğurla həyata keçirilməkdədir.
Onlar Qarabağı qarış-qarış gəzirlər
Azərbaycan xalqı düz 30 il torpaq nisgili ilə yaşayıb. Düşmən tapdağında qalan ərazilərimiz daim bizim düşüncələrimizi ilğım kimi çəkərək o yerlərə aparırdı. Əziz Şuşanı, Kəlbəcəri, Laçını, Zəngilanı, Füzulini, Ağdamı, Qubadlını və digər yurd yerlərimizi heç vaxt unutmurduq və o yerlərə qayıdacağımıza inanırdıq. Bu xoşbəxtliyi xalqımıza Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirən, 44 günlük müharibədə daim irəli gedən Ordumuz yaşatdı. Düşmən cəmi 44 gün ərzində diz çökdü və kapitulyasiyaya məruz qaldı. Müharibənin başa çatmasından sonra isə Azərbaycanın dövləti dərhal işğaldan azad edilmiş ərazilərdə quruculuq və bərpa işlərinə start verib. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, biz işğaldan azad edilən ərazilərimizi cənnətə çevirəcəyik. Artıq göz önündə yeni bir Qarabağ formalaşır
Müharibədən sonra işğaldan azad olunmuş ərazilərə, o cümlədən də Şuşaya ilk ayaq basanlar isə məhz Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oldular. Riskləri nəzərə aldıqda bu, bəlkə də, gözlənilməz idi. Ancaq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın yurd yerlərinə bağlılığını bütün dünyaya nümayiş etdirdilər. Deyə bilərik ki, onlar son üç ilə yaxın dövr ərzində Qarabağı qarış-qarış gəziblər. Prezident İlham Əliyev bir neçə dəfə bildirib ki, adam Şuşaya gələndə buradan geri qayıtmaq istəmir. Bu, torpağa, yurd yerlərimizə bağlılığın əyani ifadəsidir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bəhs olunan ərazilərdə çoxlu sayda açılış və təməlqoyma mərasimlərinə qatılıblar.
Eyni zamanda, ərazilərin bərpasında Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu yaxından iştirak edir. Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirilir. Həmçinin 2021-ci il avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub. Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərdə erməni vandalizminə məruz qalan dini abidələrin bərpası layihəsinin icrasına start verib. Xatırladaq ki, işğal illərində buradakı 67 dini abidənin 65-i dağıdılıb. İndi Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həmin abidələrə yeni həyat verir. Bu, milli təəssübkeşliyin, mənəvi dəyərlərimizə böyük hörmətin bariz nümunəsidir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03

