Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Son 100 ilin töhfəsi – "Qafqaz Evi" layihəsi…

Son 100 ilin töhfəsi – "Qafqaz Evi" layihəsi…

28.10.2023 [20:32]

Azərbaycan regionu qlobal siyasi-iqtisadi arenaya daşıyır 

Tarixin əksər dönəmlərində Cənubi Qafqaza "cavabdehlik" daşımış Azərbaycan regionun inkişaf tarixinin yeni mərhələsini formalaşdırmaqda qərarlıdır. 1918-ci ildə cəmisi bir ay federativ birlik yaşayan, ardından SSRİ-də müttəfiq ölkələr kimi təmsil olunan Cənubi Qafqaz respublikaları - Azərbaycan, Gürcüstan və Ermənistan yeni dönəmdə, 1990-cI illərin əvvəlində yenidən müsitəqil subyektə çevrilmək imkanı əldə etdilər. SSRİ "şinelindən" birgə çıxmış 3 respublika 30 ildən artıq müddətdir ki, fərqli, fərdi, özünəməxsus inkişaf yolunu təqib edir. İllər uzunu Cənubi Qafqaz bütöv regional inkişaf trayektoriyası formalaşdırmaq imkanından məhrum olub. Ermənistanın yürütdüyü işğalçılıq, təcavüzkar siyasət 30 ilə yaxın bir müddətdə bölgəsəl birliyin foromalaşdırılmasına maneçilik törədib. Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamaqla Ermənistan bütünlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının yaranmasını ləngitdi – bu isə özluyündə regionun iqtisadi-sosial potiensialının tam şəkildə açılmasına, qlobal iqtisadi münasibətlər sistemində dayiqliyi yerini tutmasına mane oldu.

Regionun gələcəyi üçün yeni hədəflər…

44 günlük Vətən müharibəsinin ortaya çıxardığı ən mühüm nəticələrdən və reallıqlardan biri isə torpaqlarımızın azadlığına, Azərbaycanımızın ərazi bütövlüyünə qovuşması oldu. Bu fakt yeni mərhələdə Cənubi Qafqaza sülhün gəlməsi anonsunu özündə ehtiva edirdi. 10 noyabr üçtərəli Bəyanatının ən mühüm müddəalarından biri kimi ortaya çıxan Ermənistan tərəfindən bloklanmış kommunikasiya xətlərinin açılması məsələsi bölgəsəl inkişafı yeni mərhələyə daşımaq üçün ən mühüm vasitəyə çeırilirdi.

Təssüfləndirici haldır ki, üçtərəfli Bəyanatın imzalanmasından ötən 3 ilə yaxın müddətdə Ermənistan bu özdəliyi yerinə yetirməyib. Azərbaycan isə bunun qarşılığında bölgənin ümumi inkişaf tempinin formalaşması, hətta daha da gücləndirilməsi üçün münbit zəmin formalaşdırmaqdadır. 2023-cü il 19-20 sentyabr lokal antiterror tədbirləri bunun ən bariz sübutu, ən real mənzərəsidir. Ərazisindəki separatizmin başını əzən Azərbaycan bütövlükdə Cənubi Qafqazın gələcəyi üçün yeni üfiqlər formalaşdırmış oldu:

- Lokal antiterror tədbirlərinin uğurla yekunlaşması Cənubi Qafqazı sülh və sabitlik adası kimi real geosiyasi mahiyyətə malik etdi;

- Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesini bir neçə addım daha da qabağa daşımış oldu;

- Geosiyasi coğrafiyamızda nəzərdə tutulan bölgəsəl və qlobal layihələrin reallaşması üçün ortada hər hansı bir problemin olmadığını üzə çıxardı;

- Qlobal nəqliyyat xəttlərinin şaxələndirilməsi üçün zəmin formalaşdırdı.

Üçlü format: yeni mərhələdə yeni müzakirə predmetləri…

Bəli, sülhün imzalanmasına bir addım qalmış mənzərə təxminən bu formadadır – Azərbaycan dünyanın yeni iqtisadi münasibətlər sistemində özünəməxsus yerə malik olan Cənubi Qafqaz evinin inşasını uğurla davam etdirir, bu yolda ortaya çıxan maneələri aradan qaldırmaq üçün bütün diplomatik, iqtisadi, siyasi rıçaqlarından istifadə edir. Verilən bəyanatlar, səsləndirilən fikirlər bu prioritetin nə qədər ciddi olması ilə yanaşı uğur qazanma ehtimalının da böyüklüyünü ortaya qoyur.

Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan, sivilizasiyaların, Şərq və Qərb mədəniyyətlərinin qovşağı sayılan Azərbaycan yeni mərhələ üçün həm də Şərq-Qərb tranzitinin təbii iqtisadi körpüsü funksiyasını daşımağı öz üzərinə götürüb. Azərbaycan bütövlükdə Cənubi Qafqazın prosesdən uğurla və həm siyasi, həm də iqtisadi dividnd qazanaraq çıxması üçün çalışır -  başqa sözlə, Azərbaycan istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu qlobal layihələrin ilk növbədə Cənubi Qafqaz regionunu əhatə etməsi, bölgəyə dividendlər qazandırması faktoruna fokuslanır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev hələ ötən ilin oktyabrın 6-da Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masadakı çıxışında Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan, yəni, üçlü formatda vahid müzakirə platformasının yaradılmasının vacibliyini qeyd etmişdi. Dövlət başçısı bildirmişdi ki, burada da enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilə bilər.

Əməkdaşlıq üçün sülh…

 “Ümumi Qafqaz evi” ideyası məzmun və mahiyyət baxımından yeni tarixi bir mərhələdir - bu, bütövlükdə, Qafqazda sülhün, sabitliyin qorunmasını şərtləndirən amilləri, iqtisadi, mədəni inteqrasiyanı özündə birləşdirir. Eyni zamanda, regionun təhlükəsizliyinin, sülhün və sabitliyin təminatının qarantı kimi çıxış edir. Bu mənada, irəli sürlən təklif regionun gələcəyinin yeni inkişaf strategiyasıdır. Azərbaycanla yaxın əlaqələrə malik Gürcüstan da bu məsələdə maraqlıdır - bu həm ictimaiyyət, həm də dövlət rəsmiləri tərəfindən səsləndirilir. Məsələn, ötən ilin oktyabrın 24-də Azərbaycan Prezidenti Gürcüstana səfəri zamanı bu məsələni xüsusi vurğulamışdı. Bildirmişdi ki, biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar: "Hər halda, bizim niyyətimiz bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır".

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatla çıxışında bildirmişdi ki, Prezident İlham Əliyevin Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə Praqada irəli sürdüyü təşəbbüsü dəstəkləyir: “Biz iqtisadiyyat, enerji, nəqliyyat məsələlərini nəzərdən keçirdik. Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. Biz artıq reallaşdırdığımız mühüm layihələri nəzərdən keçirdik. Bunlar tarixi layihələrdir - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz. Bizim həyata keçirdiyimiz layihələr bundan sonra da irəliyə aparılacaq və onları daha da sürətləndirmək əzmindəyik”.

Cənubi Qafqazda yeni siyasi vəziyyət…

Beləliklə, növbəti mərhələdə Cənubi Qafqazın həyatında yeni - sabit, inkişafa yönəlik dövrü başlaya bilər. Bu gün yeni iqtisadi nizamın formalaşdığı bir zamanda Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət tapması, tanınması qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapmasını təmin edən mühüm faktlardan birinə çevriləcək. Azərbaycanda yürüdülən dövlət siyasəti və bu siyasətin əsas prioritet istiqamətləri ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınmasını təmin edib - Qarabağda qanun-qaydanın yaradılması, separatçı xuntanın fəaliyyətinə son verilməsi isə regiona olan iqtisadi marağı günü-gündən artıracaq. Bəhs edilən yeni inkişaf mərhələsinin başlanması üçün isə Ermənistanın sülhə gəlməsi, Azərbaycanla münasibətlərin normallaşması prosesinə töhfə verməsi, bütün iddialarını kənara qoyması lazımdır. Bu, bütövlükdə, Cənubi Qafqaza yeni inkişaf tempi perspektivi vəd edir. Oktyabrın 8-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında bidirdi ki, indi biz Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalıyıq: “Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, bütün bunlar, mümkündür. Sadəcə olaraq, biz bundan məhrum idik, ona görə ki, Azərbaycanın ərazilərinin bir hissəsi uzun illər işğal altında idi və təbii ki, bu vəziyyət imkan vermirdi ki, normallaşmaya doğru addımlar atılsın. İndi məqam gəlib çatıb və hesab edirəm ki, bu şansı əldən vermək böyük səhv olar”.

Niyə Gürcüstanda?

Beləliklə, Azərbaycan və Ermənistan üçün yeni təmas ünvanı çox uzaqda deyil, yaxın və dost Gürcüstanda formalaşa bilər. Həm Azərbaycanın, həm də Gürcüstanın çağırışları da bu yöndədir. Cənubi Qafqazda üçtərəfli formatın yaradılması təşəbbüsü dövlətimizin regional gələcəyə strateji baxışını ifadə edir. Biz ortada olan problemlərimizi öz "evimizdə" – vahid "Qafqaz Evi"ndə müzakirə edə bilərik. Bu müazkirələrin, hətta sülh prosesinin Gürcüstanda inkiaşf etdirilməsinin üstünlükləri də mövcuddur.:

- bu ölkə müharibə zamanı öz neytrallığını qoruyub saxladı;

- bir sıra regional və qlobal layihələrdəki işbirliyi - Gürcüstan Ermənistan üçün həm də Azərbaycanla əməkdaşlıqda bir “nümunə” ola bilər.

Hədəfə doğru son addım – Ermənistan real vəziyyəti qiymətləndirməlidir…

Vətən müharibəsindən sonra aktuallaşan bir sıra əməkdaşlıq formatları  - “3+3”, “3+2” və nəhayət “2+2” kimi rəmzi şəkilləndirmə ilə xarakterizə olunan platformalar bütövlükdə, Qafqazda sülhün, sabitliyin qorunmasını şərtləndirən amilə çevrilmək imkanına malikdir. Çünki iqtisadi əməkdaşlıqlar regionun təhlükəsizliyinin, sülhün və sabitliyin daha yüksək səviyyədə təminatının qarantı kimi çıxış edir. Azərbaycanın son antiterror tədbirləri ilə yaratdığı mənzərə isə regionun gələcəyinin yeni inkişaf strategiyası sayıla bilər. Təbii ki, Cənubi Qafqaz ölkələri bu yeni inkişaf strategiyasını yaxından təqib etməlidirlər - ortaya qoyulan təhlillərə əsasən demək olar ki, Gürcüstan da bu məsələdə maraqlıdır. 2023-cü il oktyabrın 25-də Baş nazir Əli Əsədovun Gürcüstana səfəri  Prezident İlham Əliyevin bəyan etdiyi  üçtərəfli format konsepsiyası çərçivəsində baş tutmuşdu. Keçirilən görüşlər, tarixi İpək Yolu layihəsini yeni, müasir çağırışlar əsasında daha da irəli aparmaq üçün üçlü Cənubi Qafqaz formatı ən real mexanizmdir. Cənubi Qafqaz üçün ən mühüm prioritet olan sabitlik və təhlükəsizlik indeksinin yaradılması isə bu mexanizmin əsas "açarıdır". Ermənistan özünün qeyri-konstruktiv mövqeyindən əl çəkərək sülh müqaviləsini imzalamaqla həm də bu böyük inkişaf tendensiyasının həlqəsinə çevrilə bilər. Başqa sözlə, Ermənistan dövlət olaraq özünü müstəqil subyekt kimi xarakterizə etmək istəyirsə, mütləq şəkildə Azərbaycanın yaratdığı yeni reallıqlardan səmərəli istifadə etməlidir. Bunun üçün isə sülh müqaviləsi imzalanmalı, regionun təhlükəsiz inkişafı konsepsiyasına xələl vurulmamalı və normal qonşuluq münasibətləri sərgilənməlidir.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 627 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31