Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dinamik inkişafın uğurlu nəticəsi...

Dinamik inkişafın uğurlu nəticəsi...

31.10.2023 [10:00]

Sosial problemlərin həlli əsas prioritetlərdəndir

Uğurlu inkişaf modelinə malik olan Azərbaycanda sosial təşəbbüslərin irəli sürülməsi davamlı hal alıb. Bunun təsdiqi olaraq qeyd edək ki, respublikamızda 2024-cü ildə ünvanlı sosial yardımın məbləği 270 manata çatdırılacaq. Bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb. Sənədə əsasən, bəhs olunan pozisiya üzrə artım 2023-cü illə müqayisədə 24 manat və yaxud 9,8 faiz çoxdur. Bildirilir ki, ünvanlı sosial yardıma paralel olaraq ehtiyac meyarı da eyni məbləğdə artırılaraq 270 manata çatdırılır.

Güclü iqtisadi potensiala əsaslanan sosial islahatlar

Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısında dəfələrlə bildirib ki, ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaşların maraqları dayanır. Eyni zamanda, ardıcıllıqla həyata keçirilən dərinməzmunlu sosial siyasət ölkənin güclü iqtisadi potensialına əsaslanır. Son 20 ildə respublikamızda iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib, geniş əhatə dairəsinə malik islahatlar aparılıb. Bütün bunlar da son nəticədə ölkəmizin iqtisadi müstəqillliyinin tam təmin olunmasına gətirib çıxardıb. Hazırda respublikamız MDB məkanında ən rəqabətqabiliyyətli iqtisadiyyata malikdir. Ölkəmiz heç bir maliyyə qurumundan asılı deyil və qarşıda duran bütün məsələləri öz gücünə həll etmək iqtidarındadır. Son 20 il ərzində ölkəmizdə ümumi daxili məhsul dörd dəfə, büdcə gəlirləri 30 dəfədən çox artıb, xarici ticarət dövriyyəsi on dəfədən çox genişlənib. Ölkənin xarici borcu ilbəil azaldılır.  Hazırda respublikamızın xarici borc öhdəliyi ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir ki, bu da kifayət qədər optimal bir göstəricidir. Prezident İlham Əliyev hədəf qoyub ki, bu rəqəm 2024-cü ilin sonuna qədər  ümumi daxili məhsulun cəmi 7-7,5 faizini təşkil etsin. Bu, tam real bir hədəfdir. Paralel şəkildə ölkəyə sərmayə qoyulu getdikcə artır. Dövlət başçımızın bildirdiyi kimi, respublikamızda sərmayə mühiti kifayət qədər münbitdir. Uzunmüddətli daxili sabitlik, ardıcıllıqla həyata keçirilən islahatlar, qanunvericilik bazasının möhkəmləndirilməsi, korrupsiyanın və digər neqativ halların əhatə dairəsinin kiçildilməsi, idarəçilikdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təşviq mexanizmlərinin işə salınması və bu kimi digər amillər ölkəmizdə investisiya qoyuluşunun genişlənməsini şərtləndirir. Son 20 il ərzində respublikamızda daxili və xarici mənbələrdən müxtəif istiqamətlərə yönəldilən sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılıb.

Belə dinamik iqtisadi inkişafın nəticəsi olaraq ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artıb. Ölkədə minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, minimum pensiya 14 dəfə artırılaraq 280 manata çatdırılıb. Orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata,  orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata yüksəldilib.

Xüsusilə son beş ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunaraq minimum pensiya 2,5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta pensiya 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, median əməkhaqqı 2,1 dəfə, əməkhaqqı fondu 2,6 dəfə artıb.  Bu islahatlar üzrə ayrılan illik əlavə vəsaitlər 7 milyard manata çatıb.

Əlçatanlığın təmin olunması

Azərbaycanın sosial siyasətinin ən xarakterik cəhəti ondan ibarətdir ki, ölkəmizdə ədalətli resurs bölgüsü təmin edilir və qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Əhalinin müvafiq kateqoriyası üçün nəzərdə tutulan ünvanlı sosial yardım proqramı bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2006-cı ildən reallaşdırılır. Həmin ildən ötən dövrdə ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği 11 dəfə artaraq 478 manata çatıb.

Paralel şəkildə müvafiq kateqoriyadan olan ailələrin ünvanlı sosial yardım proqramına əlçatanlığının artırılması istiqamətində tədbirlər görülür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, bir neçə gün bundan əvvəl Prezident İlham Əliyevin tapşırığına əsasən, aztəminatlı ailələrin ünvanlı sosial yardıma əlçatanlığının artırılması, sosial yardımın təyinatı mexanizminin təkmilləşdirilməsi və yardımın təyin olunma meyarlarının yumşaldılması istiqamətində növbəti addım kimi Nazirlər Kabineti sosial yardımla bağlı Qaydalarda yeni dəyişikliklər edib.

Aztəminatlı ailələrə dəstək məqsədi daşıyan dəyişikliklərə əsasən, sosial yardım alan ailə yardım üçün təkrar müraciət etdikdə ailə tərkibi və yaşayış ünvanı dəyişməyibsə:

-ailədə ailə başçısını itirməyə görə pensiya və ya müavinət alan varsa,

-ailədə I dərəcə əlilliyi olan ailə üzvü, II dərəcə əlilliyi olan iki və daha çox ailə üzvü varsa,

-ailədə üç və daha çox uşaq varsa ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmayacaq.

Əvvəllər ailə tərkibində ünvanlı yardımın dayandırılması və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hal baş verdikdə sosial yardım dayandırılır və ailənin ünvanlı yardım almaq hüququna müraciəti əsasında yenidən baxılırdı. Yeni dəyişikliklə bundan sonra ailədə:

-yeni uşaq doğulduqda və ya övladlığa götürüldükdə,

-ailə üzvü vəfat etdikdə,

-ailə üzvü hərbi xidmətə çağırıldıqda və ya ehtiyata buraxıldıqda,

-əmək qabiliyyətli ailə üzvünün I dərəcə və ya 18 yaşınadək əlilliyi olan şəxsə, yaxud 8 yaşadək uşağa qulluq etmə müddəti başa çatdıqda,

-ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil müddəti başa çatdıqda

sosial yardım dayandırılmayacaq və ödənişi davam edəcək.

Şəffaflıq artırılır

Başlanğıc mərhələsində yerlərdə ünvanlı sosial yardımların verilməsi bir sıra pozuntularla müşayiət olunub. Prezident İlham Əliyev bir neçə dəfə məsələyə ciddi münasibət bildirdi və günahkarlar aşkarlanaraq layiqli şəkildə cəzalandırıldılar. O cümlədən bu sahədə şəffaflığın artırılması istiqamətində davamlı tədbirlər görülür. Nazirlər Kabinetinin bəhs olunan qərarında da bununla bağlı yeni müddəalar öz əksini tapıb. Həmçinin ailənin gəlirlərində ünvanlı yardımın dayandırılması və məbləğinin dəyişdirilməsinə səbəb olan dəyişikliyə görə yardım dayandırılırdısa, bundan sonra ailənin müraciətinə ehtiyac qalmadan onun yardım almaq hüququna 15 gün ərzində e-sistem tərəfindən yenidən baxılacaq. Ümumiyyətlə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2023-cü ilin 9 ayında 13,3 milyon müraciət qeydə alınıb. Ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 6,3 milyon dəfə istifadə olunub. Sosial ödənişlər üzrə 178 min təyinat e-infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib, nazirliyin fəaliyyət sahələrinə dair 300 min e-arayış verilib. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Yanvar-sentyabr aylarında ümumilikdə nazirliyin informasiya bazalarına 278 milyon e-sorğu və müraciət qeydə alınıb.

M.ABDULLAYEV

Paylaş:
Baxılıb: 453 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31