Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Latviyanın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Latviyanın xarici işlər nazirini qəbul edib

25.02.2012 [01:55]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçsi qəbul edib. Xarici işlər naziri Edqars Rinkeviçs Latviya Respublikasının Prezidenti Andris Berzinşin və keçmiş Prezident Valdis Zatlersin salamlarını dövlətimizin başçısına çatdırıb. Görüşdə Azərbaycan ilə Latviya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, münasibətlərimizin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində önəmi qeyd olunub, Xəzəryanı dövlətlərlə Baltik dənizi ölkələri arasında əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Latviya Respublikasının Prezidenti Andris Berzinşin və keçmiş Prezident Valdis Zatlersin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Latviyanın dövlət başçısına və keçmiş Prezident Valdis Zatlersə çatdırmağı xahiş edib.
Paylaş:
Baxılıb: 955 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31