Geosiyasi və geocoğrafi birləşdiricilik funksiyası...
25.11.2023 [10:11]
Azərbaycan yeni iqtisadi münasibətlər sisteminin aparıcı aktorudur
2020-ci il Vətən müharibəsi, 2023-cü il lokal antiterror tədbirləri Cənubi Qafqazla yanaşı, Mərkəzi Asiyanın da həyatında mühüm yeniliklərə yol açdı. Daha doğrusu, Cənubi Qafqazda Azərbaycanın formalaşdırdığı təhlükəsizlik mühiti Şərq-Qərb tranziti baxımından mühüm yolların aktuallaşması üçün zəmin formalaşdırdı. Bu isə öz növbəsində yeni əməkdaşlıq, yeni əlaqələr və yeni münasibətlər deməkdir. Bu gün Azərbaycanın timsalında Cənubi Qafqazla Mərkəzi Asiyanın qarşılıqlı inteqrasiyasının mühüm bir coğrafiyada yeni iqtisadi əməkdaşlıq mühiti yaratması yeni iqtisadi münasibətləri şərtləndirir. Xəzərin şərq sahili ilə qərb sahili arasında əlaqələr geniş anlamda yeni reallıqlara söykənir...
Təsadüfi deyil ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA-nın 25-ci ildönümü də məhz Azərbaycanda qeyd edilir. Bu günlər ərzində paytaxtımızda SPECA həftəsi keçirilir. Noyabrın 24-də isə SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü baş tutub. Sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmilər iştirak ediblər.
1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqrama üzv olan ölkələr Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstandır. Proqramın əhatə etdiyi ölkələrin siyahısına və coğrafi mövqeyinə nəzər salsaq görərik ki, Azərbaycan xüsusilə son illərdə bu ölkələrlə əməkdaşlığın daha da inkişafı istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Prezident İlham Əliyev ölkəmizin bu regiondakı dövlətlərlə əlaqələrini belə xarakterizə edib: “Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur”.
İnteqrasiya sürətlə davam edir...
Bəli, proseslərin intensivliyi Azərbaycanın Mərkəzi Asiya ilə qarşılıqlı inteqrasiya prosesinə komleks şəkildə yanaşma tələb edir. Artıq əlaqələr bu və ya digər şəkildə vahid müstəvidə inkişaf etmir, tam əksinə əlaqələr çoxtərəfli, şaxələndiriliş və genişləndirilmiş şəkildə sürət qazanır:
- Azərbaycanın timsalında Cənubi Qafqaz Mərkəzi Asiya ilə vahid geosiyasi məkan anlamı qazanır;
- Əlaqələr həm də vahid geoiqtisadi əhəmiyyəti özündə əks etdirir. İqtisadi maraqların uzlaşması gələcək münasibətlərin çərçivəsini daha da genişləndirir;
- Azərbaycanın yaratdığı iqtsadi-siyasi reallıqlar regionları bir-biri ilə yaxınlaşdırmaqla kifayətlənmir, artıq vahid mədəni məkana çevirir. Çoxşaxəli əlaqələr fərqli maraqlar, o cümlədən mədəni-humanitar maraqlar üzərindən uzlaşdırılır.
Qeyd etdiyimiz kimi, Xəzər hövzəsinin şərq-qərb sahili arasındakı intensiv əlaqələr yeni iqtisadi məkan anlayışını göz önündə canlandırır.
İqtisadi göstəricilərdə mühüm irəliləyiş...
Vurğulandığı kimi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri çoxşaxəli və çoxplatformalıdır. İkitərəfli münasibətlərdən başqa, region ölkələri ilə Azərbaycan arasında SPECA, MDB, TDT kimi genişmiqyaslı müstəvilərdə yaxın müttəfiqlik əlaqələri mövcuddur. 2022-ci ildə Azərbaycanın SPECA ölkələri ilə ticarət dövriyyəsi 3,6 dəfə artaraq 1,3 milyard dollara çatıb. Bu ilin ilk on ayında isə həmin göstərici 1,2 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən təxminən 16 faiz çoxdur. Bundan əlavə, Azərbaycan proqram çərçivəsində ixracın həcminə görə də müsbət nəticələrə nail olub. Ötən ilin eyni dövrünə nisbətən bu ilin ilk 10 ayında Azərbaycanın proqram iştirakçısı olan ölkələrə ixracı təxminən 82 faiz artıb. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Bu sahədə daha yüksək nəticələr əldə etmək üçün imkanlar genişdir. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi tədbirlər bu məsələdə mühüm töhfələr verə bilər.
Əlaqələrin çoxşaxəli olması...
Son dövrlərdə daha mühüm aktuallıq daşımağa başlamış Türk Dövlətləri Təşkilatı platforması da Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əlaqələrin xüsusi trayektoriya ilə inkişaf etməsində müstəsna rol oynayıb. Təsadüfi deyil ki, son iki ildə Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə 10-dan çox səfər edib. Bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları isə Azərbaycana dəfələrlə səfərlər həyata keçiriblər. Qarşılıqlı səfərlərin fəal dinamikası davam edir. Azərbaycanın dövlət başçısının Türkdilli ölkələr arasında həmrəyliyin və koordinasiyalı fəaliyyətin artırılmasına böyük səy göstərdiyinin şahidi oluruq. İndiyədək Prezident İlham Əliyevin qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə hesablanan bir sıra təşəbbüsləri həyata vəsiqə alıb. TDT-nin Ankara Sammitində iqtisadi inteqrasiyanın genişləndirilməsi istiqamətində mühüm addım atıldı - Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş imzalandı. Türkdilli ölkələr gələcəkdə kosmosda birgə layihələr reallaşdırmaq niyyətindədirlər. Artıq “Türkdilli Dövlətlər vizyon 2040” sənədi imzalanıb. Bu sənəd Türkdilli dövlətlərin kosmosun inkişafına verdikləri dəstəyini ifadə edir. Belə misalların sayı çoxdur. Azərbaycan TDT daxilində bir nümunə rolunu oynayır. Xüsusilə də ölkəmizin 44 günlük müharibədə qazandığı Qələbə, cari ildə isə Qarabağda suverenliyini tam ttəmin etməsi Türkdilli ölkələrin özünəinam hissini artırır. Sirr deyil ki, Ermənistan ilə Azərbaycan arasında aarılan müzakirələrin bir predmeti də Zəngəzur Dəhlizinin açılması məsələsidir ki, bu da olduqca mühüm bir amildir.
Təsadüfi deyil ki, Mərkəzi Asiya dövlətləri Avropa ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün tranzit ölkə olaraq Azərbaycanı seçir - bu, iqtisadi amillərlə yanaşı, həm də siyasi və təhlükəsizlik məsələləri ilə bağlıdır. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 2020-ci ildə öz torpaqlarını erməni işğalından qurtararaq ərazi bütövlüyünü bərpa etməsi regionda yeni reallıq yaradıb. Dövlətimizin başçısının qətiyyəti, siyasi iradəsi sayəsində bu gün Azərbaycan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qarantına çevrilib, irəli sürdüyü təşəbbüslərlə bir çox ölkənin, eləcə də daha böyük mənada, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verir. Bütün bunlar isə Mərkəzi Asiya ölkələrinin Azərbaycana marağını artırır.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
03 Fevral 12:44
Xəbər lenti
03 Fevral 12:44
Sosial
03 Fevral 12:13
Sosial
03 Fevral 12:12
Sosial
03 Fevral 12:11
İqtisadiyyat
03 Fevral 12:10
İqtisadiyyat
03 Fevral 12:09
Analitik
03 Fevral 11:45
Siyasət
03 Fevral 11:34
Siyasət
03 Fevral 11:19
Gündəm
03 Fevral 10:57
Siyasət
03 Fevral 10:33
Gündəm
03 Fevral 10:29
İqtisadiyyat
03 Fevral 10:18
Analitik
03 Fevral 09:54
Hadisə
03 Fevral 09:36
Analitik
03 Fevral 09:31
İqtisadiyyat
03 Fevral 09:15
Analitik
03 Fevral 08:50
Mədəniyyət
03 Fevral 08:27
Gündəm
03 Fevral 08:10
Dünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21
Dünya
02 Fevral 15:21
İdman
02 Fevral 15:07
Sosial
02 Fevral 14:54
Sosial
02 Fevral 14:51
Hadisə
02 Fevral 14:51
YAP xəbərləri
02 Fevral 14:26
Dünya
02 Fevral 14:17
YAP xəbərləri
02 Fevral 14:08
YAP xəbərləri
02 Fevral 14:07
YAP xəbərləri
02 Fevral 14:03
YAP xəbərləri
02 Fevral 13:57
YAP xəbərləri
02 Fevral 13:49
YAP xəbərləri
02 Fevral 13:25
YAP xəbərləri
02 Fevral 12:44
YAP xəbərləri
02 Fevral 12:41
İqtisadiyyat
02 Fevral 12:23
İqtisadiyyat
02 Fevral 12:22
Hadisə
02 Fevral 12:22
Dünya
02 Fevral 12:21
Sosial
02 Fevral 12:21
YAP xəbərləri
02 Fevral 12:08
YAP xəbərləri
02 Fevral 12:07
YAP xəbərləri
02 Fevral 11:59
YAP xəbərləri
02 Fevral 11:48
Dünya
02 Fevral 11:45
Gündəm
02 Fevral 11:41
Dünya
02 Fevral 11:19
Siyasət
02 Fevral 11:11

