Azərbaycan məqsədinə nail olur!
30.11.2023 [11:33]
Sülhə mane olan, böyük dövlətlərin qarşıdurma arenasına çevrilən ölkə isə...
Ölkəmizin şanlı Zəfəri ilə yekunlaşan 44 günlük müharibənin başa çatmasını bildirən üçtərəfli bəyanatın imzalanmasından üç ildən artıq vaxt ötməsinə baxmayaraq, Azərbaycanla Ermənistan arasında hələ də sülh sazişi imzalanmayıb, sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilməyib, kommunikasiyalar açılmayıb və bu kimi digər mühüm məsələlər həllini tapmayıb. Qalib Azərbaycanın postmüharibə mərhələsində davamlı sülh çağırışları fonunda proseslərin ləngiməsinin bir sıra səbəbləri var. Bunun əsas günahı isə ilk növbədə iki dövlətin - məğlub Ermənistanın və ona hərtərəfli dəstək verən Fransanın üzərinə düşür.
Fransa Ermənistanı yeni müharibəyə hazırlayır
Fransa həm 30 illik işğal dövründə, həm də postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində daim mənfi rolda çıxış edib. Bu ölkənin də həmsədr olduğu Minsk qrupunun danışıqlar prosesinə verdiyi “töhfələr” yaddaşlardan çıxmayıb. Minsk qrupunun təmsilçiləri Bakını, İrəvanı su yoluna döndərmişdilər- tez - tez gedib gəlirdilər, özlərini masa arxasında hansısa müzakirələr aparan kimi göstərirdilər. Ancaq onların işi əslində işğalçı Ermənistanla torpaq itkilərinə məruz qalan Azərbaycan arasında bərabərlik işarəsi qoymaqdan uzağa getmirdi. Vasitəçilər ədalətli yanaşma ortaya qoymalı, hər şeyi öz adı ilə çağırmalı idilər. Bunun əvəzində biz onlardan ikili yanaşma və riyakarlıq görürdük. Beləcə keçmiş Dağlıq Qarabağ münaqişəsi onilliklər boyunca uzandı və BMT-nin məlum dörd qətnaməsi kağız üzərində qaldı. Bundan sonra Azərbaycan ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin etmək məcburiyyətində qaldı. Yeri gəlmişkən, müharibə günlərində də Fransa prezidenti Emanuel Makron Azərbaycanın haqq mübarizəsini dayandırmaq üçün dəridən-qabıqdan çıxırdı. Lakin onun bu canfəşanlığı bir nəticə vermədi və ölkəmiz qarşıya qoyduğu məqsədə nail oldu.
Postmüharibə dövründə də Fransanın sülhyaratma prosesində “rolu” əvvəlki mərhələdəkindən qətiyyən fərqlənmir. Əksinə, bu ölkə sülhyaratma prosesini ləngitməyə, ümumiyyətlə bunun baş tutmamasına hesablanan fəaliyyətini daha da intensivləşdirib. Biz qeyd edə bilərik ki, prezident E.Makron başda olmaqla Fransa hökumətinin və parlamentinin təmsilçiləri, necə deyərlər, ermənilərdən artıq erməni olduqlarını isbatlamaq üçün sanki öz aralarında rəqabət aparırlar. İndiyədək bu ölkənin parlamenti respublikamız əleyhinə bir neçə qətnamə qəbul edib. Eləcə də hökumətin təmsilçiləri vaxtaşırı regionda sülhyaratma proseslərinin ruhuna uyğun olmayan açıqlamalar verir və davranışlar sərgiləyirlər. Fransada bütövlükdə Cənubi Qafqaz coğrafiyasının təhlükəsizliyinə və sabitliyinə xələl gətirən qara piar kampaniyasına məhz prezident E.Makronun özü rəhbərlik və yaxud himayəçilik edir. O tez-tez ölkəsinin Ermənistanı dəstəklədiyini, onun yanında və arxasında olduğunu bildirir. Məlumdur ki, Fransa Avropa İttifaqı tərəfindən əsası qoyulan Brüssel formatında yer almağa iddialıdır. Ancaq E.Makronun münaqişə tərəflərindən birinə açıq dəstək verməsi bu iddiaların üstündən çalın-çarpaz xətt çəkir. Axı vasitəçi tərəf saxlamamalı, obyektiv yanaşma ortaya qoymalıdır. Bunu isə biz nə Makronun, nə də onun hökumətində yer alan rəsmilərin timsalında görmürük. Buna görə də Azərbaycan Brüssel formatını E.Makronun iştirakı ilə qəbul etmir. Məhz E.Makronun inadkarlığı səbəbindən bu formatda danışıqlar prosesi dalana sürüklənib.
Fransanın postmüharibə mərhələsində sülh prosesini əngəlləməsini təsdiqləyən digər çoxsaylı faktlar sadalamaq mümkündür. Avropa İttifaqının uzunmüddətli və çoxtərkibli missiyasının Ermənistanda yerləşdirilməsi təşəbbüsü məhz Fransa prezidentinin canfəşanlığı sayəsində reallaşıb. Sonradan məlum oldu ki, “mülki missiya” adı ilə Ermənistana gələn heyətin tərkibində Avropanın ayrı-ayrı ölkələrinin güc strukturlarının təmsilçiləri də yer alırlar. Hazırda isə Fransa Ermənistanı silahlandırmaq yolu tutub. Artıq bu ölkədən tədarük olunan hərbi texnikanın ilk partiyası Ermənistana çatdırılıb. Eyni zamanda, Fransa öz təlim mərkəzlərində Ermənistan hərbçilərinə döyüş hazırlıqları kursları keçməyə başlayıb. Bütün bunlar ha?sı anlama gəlir? Sualın cavabı birmənalıdır: E.Makron və onun komandası Ermənistanda revanşizmi təşviq edərək bu ölkəni yeni müharibəyə hazırlayır.
İki stulda oturmağa çalışan məğlub Ermənistan
Qalib Azərbaycanın postmüharibə mərhələsində sülh prosesinə sadiq qalmasına rəğmən, məğlub Ermənistan sürüşkən mövqe sərgiləyir və necə deyərlər, gah nala vurur, gah da mıxa. Bu ölkədə üçtərəfli Bəyanatın, müxtəlif platformalarda əldə olunan razılaşmaların şərtlərinin pozulmasına yönəlik cəhdlər həm hakimiyyət dairələrindən, həm də müxalifət qüvvələrindən gəlir. Belə cəhdlər isə sülh prosesinə mənfi təsir göstərir. Baş nazir Nikol Paşinyan hökumətin iclasında, parlamentdəki çıxışlarında respublikamızın ərazi bütövlüyünü tanıdığını, Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu dilə gətirib, kommunikasiyaların açılmasının ölkəsi üçün də böyük əhəmiyyət daşıdığına, sülhyaratma prosesinə sadiqliyinə dəfələrlə diqqət çəkib. Ancaq məğlub ölkənin lideri siyasətində qətiyyətsizdir. O, müxalifətin təpkiləri qarşısında tez geri çəkilir və əvvəl dedikləri sözləri bir növ geri götürür.
Ermənistanın yanaşmasındakı qeyri-ardıcıllıq bu ölkənin sülhyaratma prosesini ləngitməsinin yalnız bir istiqamətidir. Məğlub dövlətin liderinin postmüharibə mərhələsində müxtəlif güc mərkəzlərinin, necə deyərlər, əlinə oynaması da bütövlükdə tənzimləmə prosesinə dağıdıcı təsir göstərir. Cənubi Qafqaz Avrasiya məkanında strateji önəm daşıyan bir coğrafiyadır. Buradan Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat bağlantıları keçir. Məhz bu və digər səbəblərə görə də Cənubi Qafqazda müxtəlif güc mərkəzlərinin maraqları kəsişir. İndiki mərhələdə kollektiv Qərb region dövləti olan Rusiyanın Ermənistanda mövcudluğuna son qoymağa çalışır. Bu, bir sıra fundamental səbəblərə görə perspektivsiz görünsə də, Ermənistan lideri Qərbdən gələn sifarişləri məmnuniyyətlə yerinə yetirməyə çalışır. Son nəticədə regionda konturları getdikcə daha aydın görünən qarşıdurmalarda Ermənistanın rol alması sülhyaratma prosesinin irəliləməsinə imkan vermir. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Bakıda baş tutan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündəki çıxışında Ermənistanın iki stulda oturmaq cəhdlərinə diqqət çəkərək vurğulayıb: “Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir”.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

