Seçim etimada və uğura istinad edəcək...
13.12.2023 [10:00]
Xalqımızın milli-siyasi hədəflərə doğru inamla addımlayan dövlət rəhbərinə inamı inkişafımızın yeni mərhələsini yaradıb
Müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı problemlər və situasiyalarla qarşılaşan Azərbaycan xalqı əzmkarlıq və vahidlik nümayiş etdirərək dövlətçilik ənənələrimizin əbədiliyini, müstəqil Azərbaycanın tərəqqisini təmin edib. Şübhəsiz, bütün bu tarixi və misilsiz nailiyyətlərin əldə edilməsində lider faktoru spesifik, əvəzolunmaz rol oynayıb. Çox da uzaq olmayan tarixə - cəmisi 30 il öncəyə baxmaq bəs edir ki, ən ümidsiz bir zamanda millətinə arxa-dayaq çıxan, dövlətinin bütövlüyünü qoruyan və onu inkişaf yoluna çıxaran Liderin fenomenal əvəzolunmazlığının əyani şahidi olasan. Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən Ulu öndər Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası, müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti bu günün güclü və qalib Azərbaycanın məhək daşıdır. Məhz bu siyasi kursun uğurla və yeni standartlara əsasən davamlılığının təmini Azərbaycanı bugünkü yüksəlişə və inkişafa qovuşdurdu. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün oldu.
Güclü və müasir Azərbaycan uğrunda...
2003-cü ildə xalqına müraciətdə “Mən Ona Özüm qədər inanıram” deyən Ulu Öndərin bu inamı və etimadı ötən 20 ilin hər bir günündə, hər bir saatında özünü doğrultdu - 20 il öncə “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” şüarı ilə yola çıxan Prezident İlham
Əliyevin ölkəsinə və xalqına qazandırdığı uğurların, qələbələrin sayı-hesabı bitib - tükənmir. Bu qələbələrin kəmiyyəti (sayı) ilə keyfiyyəti (mahiyyəti) arasında böyük mütənasiblik mövcuddur. Məsələn, iqtisadi uğurlar müdafiə və təhlükəsizliyin təminatı üçün bir cığır açdısa, hücum xarakterli xarici siyasət kursu Azərbaycanın beynəlxalq pozisiyasını daha da möhkəmləndirdi - milli vəhdət cəmiyyətin diqqətini vahid ideoloji hədəfə yönləndirdisə, siyasi həmrəylik milli birliyin formalaşmasına zəmin yaratdı. Bütün sferalarda müəyyənləşdirilən və uğurla icra edilən siyasi hədəflər bu günün qalib Azərbaycanı üçün mayaka çevrildi.
Bütün bu böyük işlərin hər birinin əsas açarı isə xalq-dövlət, xalq-prezident tandeminin qarşılıqlı inam, etimad və sevgi kontekstindəki davamlığı, ardıcıllığı idi. Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə dəfələrlə dilə gətirdiyi “nəyi, necə və nə vaxt edəcəyimi mən bilirəm” fikrinin birmənalı şəkildə dəstəklənməsi bunun bariz sübutu idi. Xalq illərdir ki, milli-siyasi hədəflərinə doğru addımlayan dövlət rəhbərinə inanmaqla, dəstəkləməklə tarixinin yeni mərhələsini yaratdı. 2003-cü ildə əsası qoyulan bu uğurlu yolda 2008, 2013, 2018-ci illərdə Prezidentinin ətrafında sıx birləşərək qalibiyyətin əsas düsturunu bütün dünyaya nümayiş etdirdi. Bu gün dünyada az-az belə nümunələrə rast gəlmək olar - Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Prezident İlham Əliyev Öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, “bu gün müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır. Çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır”.
Xalqın dəstəyinin növbəti təzahürü...
Qarabağ zəfəri, ərazi bütövlüyümüzün təmini, suverenliyimizin bərpası Azərbaycanın qarşısında yeni üfiqlər açmaqdadır. Bu yeni mərhələdə Azərbaycan artıq tarixində ilk dəfə olaraq bütövləşmiş, tam halda çıxış edəcək. 2024-cü ildə keçiriləcək prezident seçkiləri bu yeni mərhələdə ilkin siyasi hadisəi kimi qiymətləndirilir. Məhz bu seçkilər ölkəmizin gələcək inkişafının daha da sürətlənməsi, aparılan siyasətin effektivliyinin artırılması, bir sözlə, yeni mərhələ üçün bir başlanğıcdır.
Azərbaycanın siyasi paltirasının aparıcı partiyası sayılan Yeni Azərbaycan Partiyasının da hər zaman olduğu kimi bu seçkilərdə uğurla iştirak edəcyi şübhəsizdir. Dekabrın 9-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Yeni Azərbaycan” mövzusunda konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu gün tarixi dəyərlərlə müasir reallıqların vəhdətinə əsaslanan, azərbaycançılıq ideologiyasına və dövlətçilik ideyasına söykənən Heydər Əliyev siyasəti Azərbaycana parlaq nailiyyətlər qazandırır, milli qüdrətimiz günbəgün artır. “Dövlət başçısının qeyd etdiyi kimi, “Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”. Bütün bu nailiyyətlər və qürurverici reallıqlar təsdiqləyir ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Ulu Öndərin siyasətinə sadiqdir və sözü imzası qədər dəyərlidir”.
“Şübhə yoxdur ki, 2024-cü ilin fevralın 7-ə təyin edilmiş növbədənkənar prezident seçkiləri də yeni, müasir və müstəqil Azərbaycanın qurucusu olan Ümummilli Lider Heydər Əliyevin ideyalarına, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətinə xalqın dəstəyinin növbəti təzahürü olacaq və bu seçkilərin yüksək vətəndaş fəallığı şəraitində, azad və demokratik keçirilməsinə Azərbaycan gəncliyi də öz töhfələrini verəcəkdir”, - deyə Tahir Budaqov vurğulayıb.
Bəli, 7 fevral seçkiləri yeniləşən Azərbaycanın inkişafının yeni mərhələsi üçün ilk addım hesab edildiyi kimi, bu seçkilərin nəticələrinin Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin apardığı siyasətə dəstəyini təcəssüm edəcəyinə şübhə yoxdur. Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi dəyərləndirir. Bu gün hər bir Azərbaycan vətəndaşı iqtidarın siyasi kursunun alternativsiz olduğunu bildirir. Bütövlükdə, ölkə əhalisi arasında aparılan müxtəlif sosioloji tədqiqat və sorğuların nəticələri Azərbaycanda vətəndaşların dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiyini də təsdiqləyir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

