COP29 mühüm qlobal hadisəyə çevriləcək
14.12.2023 [10:00]
İlham Əliyev: Azərbaycan iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni sistemli olaraq dəstəkləyir və enerji səmərəliliyi ilə bağlı tədbirlər görür
Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcək. Bu, 2024-cü ildə dünya ölkələrinin təmsilçilərini Bakıda bir araya gətirəcək COP29 tədbiridir. Bununla bağlı qərar Birləşmiş Ərəb Əmirliklərində uğurla baş tutan COP28-in dekabrın 11-də keçirilən plenar iclasında verilib. Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. Dövlətimizin başçısı sosial şəbəkə hesabındakı paylaşımında ölkəmizin dünyada iqlim dəyişiklikləri ilə bağlı yaranan çağırışlara, dekarbonizasiya məsələlərinə həssas yanaşdığını vurğulayaraq bir sıra mühüm məqamlara diqqət çəkib.
Azərbaycanın gündəliyinin vacib məsələləri
Dünyada sənayeləşmənin intensivləşdiyi indiki dövrdə meydana çıxan əsas qlobal çağırışlardan biri iqlim dəyişikliyi və dekarbonizasiya məsələləri ilə əlaqədardır ki, bu da təsadüfi deyil. Açıq statistikaya əsasən planetimizdə son yüz il ərzində havanın illik temperaturu 1 dərəcə artıb. Ən dəhşətlisi odur ki, temperaturun 0,75 dərəcə artımı son onilliyə təsadüf edir. Çox doğru olaraq bu tendensiya qlobal miqyasda sənaye inkişafının genişlənməsi ilə əlaqələndirilir. Yer üzündə həyatın tam məhv olması üçün isə temperaturun 10-15 dərəcə artması kifayətdir. Xəbərdarlıq edilir ki, əgər temperaturun artması belə davam edərsə, onda 130-200 ildən sonra Yerdə həyat mövcud olmayacaq. Antropogen fəaliyyət zamanı atmosferə atılan hissəciklər və qazlar nəinki iqlim sferasında qlobal dəyişikliklərlə nəticələnir, həm də insan sağlamlığına birbaşa mənfi təsir göstərir. BMT-nin məlumatına görə, dünyanın 99 faizi havanın çirklənməsindən təsirlənir. Bu da ildə 6,5 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur.
Bəhs etdiyimiz qlobal mənzərə ölkələrin məsuliyyətini artırır. Hər bir dövlət öz siyasətində dekarbonizasiya məsələlərini önə çəkməlidir. Bu mənada məsuliyyətli dövlət olan Azərbaycanın yanaşması təqdirəlayiqdir. Respublikamız iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub və Konvensiyanın Kioto Protokolunu 2000-ci ildə təsdiqləyib. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi 14 aprel 2015-ci ildə Milli Məclis tərəfindən ratifikasiya edilib və ölkə Prezidenti tərəfindən təsdiqlənib. Digər bir mühüm beynəlxalq sənəd olan Paris Sazişi isə 2016-cı il oktyabrın 28-də Milli Məclis tərəfindən ratifikasiya olunub.
Ölkəmiz neft istehsalı sahəsində sıfır emissiyasız fəaliyyəti hədəfləyib və bu sahədə qlobal tərəfdaşlığa öz töhfələrini verir. Azərbaycan Dövlət Neft Şirkəti 2008-ci ildən GGFR-in rəhbər komitəsinin üzvüdür. Respublikamızda həyata keçirilən layihələr nəticəsində il ərzində atmosferə atılan 1 milyard kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib. SOCAR tərəfindən səmt qazının azaldılması tədbirləri Dünya Bankının Ekspert Şurası tərəfindən bir neçə dəfə ali mükafata layiq görülüb. Hazırda neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur. Bütün neft-qaz əməliyyatlarında 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsi, 2022-ci il baza dövrü ilə müqayisədə 2030-cu ilə qədər “Upstream” seqmentində emissiya intensivliyinin 30 faiz, 2035-ci ilə qədər korporativ emissiya intensivliyinin 30 faiz azaldılması, 2035-ci ilə qədər “Sıfır metan” hədəfinə yaxınlaşılması və 2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatılması SOCAR-ın əsas məqsədlərindən biridir. Bütün bu kimi faktlar Azərbaycanın iqlim dəyişiklikləri və dekarbonizasiya məsələləri ilə bağlı ardıcıllıqla həyata keçirdiyi siyasətin əhatə dairəsinin kifayət qədər geniş olduğunu təsdiqləyir. “Azərbaycan iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni sistemli olaraq dəstəkləyir və enerji səmərəliliyi ilə bağlı tədbirlər görür. Təmiz ətraf mühit və yaşıl inkişaf bizim milli prioritetlərimizdir”, - deyə Prezident İlham Əliyev sosial şəbəkə hesabında etdiyi paylaşımında bildirib.
Ölkəmizdə bərpaolunan enerji geniş vüsət almağa başlayır
Paylaşımda Prezident İlham Əliyevin diqqət çəkdiyi digər bir aktual məsələ enerji transformasıyası sahəsində ölkəmizin hədəfidir. Dövlətimizin başçısı vurğulayıb ki, bərpaolunan enerji Azərbaycanda geniş vüsət almağa başlayır.
İqlim dəyişiklikləri və son illərdə müşahidə edilən geosiyasi gərginliklər fonunda ayrı-ayrı ölkələrin enerji təhlükəsizliyinə ciddi təhdidlərin yaranması ənənəvi enerjidən yaşıl enerjiyə keçidin sürətləndirilməsinin zəruriliyini ön plana çıxarıb. Xatırladaq ki, mövcud geosiyasi gərginliklər fonunda Avropa İttifaqı (Aİ) “qoca qitə”nin “REPowerEU” adlandırılan xilas planını hazırlayıb ki, burada da enerjiyə tələbatın qarşılanması, bütövlükdə yeni şəraitdə iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün bərpaolunan mənbələrdən alınan enerjinin həcmlərinin artırılması üstün prioritet kimi müəyyənləşdirilib.
Bir qədər bundan əvvəl isə Beynəlxalq Enerji Agentliyi (BEA) yeni hesabatını yayıb. Sənəddə dünyada yaşıl enerjiyə keçidin labüd olduğu xüsusi olaraq vurğulanır. Bildirilir ki, dünya bərpaolunan enerjiyə doğru qarşısıalınmaz bir keçiddədir. Hesabatda təmiz enerji və texnologiyalarda artımın qənaətbəxş olduğu qeyd edilib. Belə ki, 2020-ci ildə satılan hər 25 avtomobildən biri elektriklə işləyirdi, amma cəmi üç il sonra bu rəqəm beşdəbirə yüksəlib.
BEA hesab edir ki, təmiz enerji texnologiyaları 2030-cu ilə qədər dünya enerji sistemində indikindən daha böyük rol oynayacaq. Yollarda elektriklə işləyən avtomobillərin sayı 10 dəfə artacaq, qlobal elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payı 20 faiz çoxalacaq. Dənizdə yerləşən külək elektrik stansiyası layihələrinə kömür və qaz elektrik stansiyalarından üç dəfə çox investisiya qoyulacaq. Ölkələr mövcud siyasətlərinə və iqlim məqsədlərinə uyğun hərəkət etsələr, təmiz enerji sahəsində irəliləyiş daha sürətli ola bilər.
Hesabata görə, bərpaolunan enerji mənbələri 2030-cu ilə qədər elektrik enerjisi istehsal gücünün 80 faizini təşkil edəcək. Təkcə Günəş enerjisi bu artımın yarısını ödəyəcək. Lakin bu artım hələ də Günəş enerjisində potensialın altında qalacaq. 2030-cu ilə qədər ümumi 800 qiqavat gücündə yeni Günəş elektrik stansiyaları yaradılarsa, Çində kömürdən elektrik enerjisi istehsalı 20 faiz, Latın Amerikası, Afrika, Cənub-Şərqi Asiya və Yaxın Şərqdə isə kömür və qazdan elektrik enerjisi istehsalı 25 faiz azala bilər.
Yeni qlobal çağırışların yarandığı indiki mərhələdə enerji transformasiyası Azərbaycanın da gündəliyində dayanan vacib məsələlər sırasındadır. Karbohidrogen resursları ilə zəngin olan respublikamız da elektrik enerjisi istehsalında yaşıl enerjinin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, respublikamız bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən külək enerjisi üzrə 3000 MVt, Günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Eyni zamanda, Azərbaycan dövləti bu potensialdan daha səmərəli istifadə olunmasına güclü siyasi iradə nümayiş etdirir. Qeyd edək ki, son illərdə respublikamızda külək enerjisi istehsalı 131 dəfə, Günəş enerjisi istehsalı isə 55 dəfə artıb. Külək və Günəş enerjisi istehsalının növbəti illərdə artan templə davam edəcəyi gözlənilir. Ölkəmiz növbəti illərdə bərpaolunan enerjinin ümumi istehlakda payını artırmaq niyyətindədir. Bu sahədə 2030-cu ilədək qarşıya qoyulan hədəf bərpaolunan enerjinin ümumi istehlakda payının 30 faizdən çox artırılmasına nail olmaqdan ibarətdir.
Dünya ölkələrinin Azərbaycana inamı və hörməti
Nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etmək böyük məsuliyyət yaradır. Bundan ötrü ölkələrin iqtisadi və maliyyə imkanları olmalı, dövlətlər siyasi iradə ortaya qoymalıdırlar. Eyni zamanda, cəmiyyətlərin buna hazır olmaları da çox vacib amildir. Mühafizəkar, tolerant olmayan cəmiyyətlərdə belə tədbirlər bir qayda olaraq fiaskoya uğrayır. Məsələn, cari ilin aprel ayında İrəvanda baş tutan ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində və sonrakı günlərdə məhz Ermənistan cəmiyyətinin multikulturalizm dəyərlərinə dözümsüz olması səbəbindən insidentlər yaşandı - Azərbaycan və Türkiyə bayraqlarına münasibətdə hörmətsizlik edildi. Tolerant cəmiyyətə malik olan Azərbaycanda isə indiyədək belə hadisələr heç vaxt baş verməyib. Ölkəmizdə beynəlxalq tədbirlərin yüksək səviyyədə baş tutması üçün zəruri olan bütün şərtlər var. Belə tədbirlərdə Azərbaycan bir qayda olaraq özünün yüksək standartlarını tətbiq edir və xoş niyyət ortaya qoyur. Buna bütün dünya “Eurovision” mahnı müsabiqəsi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq səviyyəli tədbirlər zamanı şahidlik edib. Şübhə yoxdur ki, Azərbaycan öz ənənəsini COP29 tədbirində də davam etdirəcək. “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) 2024-cü ildə ev sahibliyi etməyimiz iqlim dəyişikliklərinə qarşı mübarizə üzrə qlobal səylərə öz töhfəmizi vermək qətiyyətimizdən irəli gəlir. Azərbaycanın namizədliyinə verilən dəyərli dəstəyə görə bütün ölkələrə səmimi təşəkkürümü bildirirəm.
Biz COP29 sessiyasının uğurlu hadisəyə çevrilməsi üçün əlimizdən gələni edəcəyik”, - deyə Prezident İlham Əliyev bildirib.
Sonuncu COP28 cari il dekabrın əvvəlində Dubayda keçirilib. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir kimi yadda qalıb. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
Xatırladaq ki, COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü ildə COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürüblər. Sonuncu iki ölkə öz namizədliyini Azərbaycanın xeyrinə geri götürüb. Beləliklə də, Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a evsahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.
Dekabrın 11-də Dubayda Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi edəcəyi münasibətilə tədbir təşkil olunub. COP28 çərçivəsində fəaliyyət göstərən Azərbaycan pavilyonunda təşkil olunan tədbirdə Prezidentin köməkçisi Anar Ələkbərov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və digər ölkələrdən olan qonaqlar iştirak ediblər.
Sonra tarzən Şəhriyar İmanovun rəhbərliyi ilə Azərbaycanın milli kompozisiyalarından ibarət konsert proqramı təqdim olunub.
Respublikamızın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübuta yetirdi.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

