Zəngin qələbələr ili...
30.12.2023 [10:00]
2023-cü il Azərbaycanın müasir tarixinə mühüm anları ilə həkk olundu
Heydər Əliyev əsrinin 23-cü ilinin başa çatmasına bir gün qalır. Arxada qoyduğumuz 363 gün isə tariximizin ən mühüm anlarına şahidlik etmiş bir zaman kəsiyidir. 2023-cü il Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı - SUVERENLİYİMİZİN BƏRPASI İLİ kimi yaddaşlara həkk olundu!
Yeni siyasi situasiya - Azərbaycanın beynəlxalq dayaqları möhkəmləndirildi
Bəli, 2023-cü il şanlı müasir tariximizdə olduqca mühüm anlarla müşayiət olundu. İlin ilk günlərində yerli televiziyalara müsahibə verən Prezident İlham Əliyev 2023-cü ilin hədəflərini və Azərbaycanın ən əsas prioritetlərini geniş ictimaiyyətin diqqətinə çatdırdı. Hələ o günlərdə dövlət başçısının dilə gətirdiyi ifadələr mühüm anlam daşımaqla yanaşı, ilin əsas siyasi istiqamətlərini müəyyənləşdirdi - “Artıq 3 dəfə belə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır. Onlar bunu nə qədər tez anlasalar və nə qədər tez özlərində güc tapıb, iradə tapıb buna razılıq versələr, o qədər də bölgə üçün yaxşı olacaq”.
Ermənistan isə bunu anlamaq istəmirdi: hətta fevral ayında baş tutmuş Münhen Təhlükəsizlik Konfransı bir reallığı açıq şəkildə üzə çıxardı -Azərbaycanın müəyyənləşdirdiyi və həyata keçirdiyi (həm də keçirəcəyi) siyasət kursu özündə qlobal həmrəyliyi və beynəlxalq əməkdaşlığı birləşdirməklə yanaşı, yeni layihələr və yeni iqtisadi zəmin üçün mühit formalaşdırır. Bu nöqteyi - nəzərdən Azərbaycanın sülh uğrunda apardığı mübarizə dəstək arealını daha da genişləndirdi. Artıq Fransa və digər Ermənistan havadarlarının ölkəmizə qarşı təhdid xarakterli hücumları da qatılaşırdı - məhz belə bir məqamda dövlətimiz müasir tariximizin ən mühüm hadisələrindən biri ilə bağlı qəti qərar qəbul etdi...
Əsrə bərabər gün: Laçın dövlət gömrük məntəqəsi-suveren Azərbaycan yolunda ilk addım
Məsələnin mahiyyətini açıqlamamışdan öncə kiçik bir haşiyəyə çıxaq: Azərbaycan son 200 ilə yaxın bir müddətdə özünün Şərq sərhədlərini tam müəyyənləşdirmək imkanından hər zaman məhrum edilmişdi - çar Rusiyası dövründə bu nə qədər mümkünsüz idisə, sonrakı proseslərdə də subyektiv və obyektiv səbəblər geocoğrafi sərhəd xəttimizin müəyyənləşməsinə mane olurdu. SSRİ-nin yaranmasının ardından isə proses daha qarışıq hal aldı - 1920-30-cu illərdə Azərbaycanın bəzi regionlarının Ermənistana verilməsi məsələləri daha da çıxılmaz yoxuşa sürdü. XX əmsrin son rübündə isə artıq Ermənistanın işğalı buna imkan vermirdi.
Beləliklə, 2023-cü il Azərbaycanın şanlı tarixinə əsaslı bir dönüş ili kimi düşdü - məhz Heydər Əliyev əsrinin 23-cü ilinin aprel ayının 23-də Laçın rayonu ərazisində Laçın dövlət gömrük-sərhəd məntəqəsinin əsası qoyuldu. Qeyd edək ki, bundan əvvəlki dövrdə Ermənistan Laçın - Xankəndi yolu vasitəsilə Qarabağdakı silahlı tör-töküntülərinə sursat daşımağa cəhd göstərirdi. Dəfələrlə bununla bağlı xəbərdarlıqlar edilsə də, Ermənistan bu yoldan çəkinmirdi. Hətta həmin silahlarla Azərbaycana qarşı təxribatlar belə törədilirdi. Həmin sərhəd-buraxılış məntəqəsinin qurulması həm də bu mənada mühüm əhəmiyyət daşıdı - beləliklə, artıq Ermənistandan Qarabağa gedən şəxslər və ya maşınlar Azərbaycanın sərhəd - buraxılış məntəqəsinin nəzarəti altında hərəkət edəcəkdi.
Azərbaycanın bu qərarına qarşı Ermənistan və ətrafındakı “dəstə” xüsusi müqavimət kampaniyası başlatdı - məntəqənin qarşısında “TIR şousu” başlanıldı, Fransanın başçılığı ilə bu məsələ BMT TŞ-nın müzakirəsinə belə təqdim olundu. Amma Azərbaycan bütövlükdə prosesi beynəlxalq hüquq qaydaları çərçivəsində həyata keçirmişdi. Bu mənada, keçirilən müzakirələr də Azərbaycanın qəti qələbəsi ilə yekunlaşdı.
Şuşadan mesaj - başa düşməlidirlər ki...
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın sülh istəyini və qəti mövqeyini bütün dünyaya bəyan etdi - “ sülh sazişinin mətninə mövcud olmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır”. Prezidentin bu qəti mövqeyi Ermənistan üçün həm də xəbərdarlıq mesajı idi. Dövlət başçısı konfransdakı çıxışında bildirdi ki, onlar prosesi ləngidə, artıq müəyyən olunmuş danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuz etmək üçün istifadə edə və nəyi isə gözləyə bilərlər. Möcüzəni, dəyişiklikləri gözləyirlər: “Hesab edirəm ki, onlar imkanları əldən verəcəklər. Çünki demək olar ki, otuzillik işğal onlara heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar. Lakin tarix onlara dərs verməlidir. Ümid edirik ki, onlar bunu başa düşəcəklər”.
Beynəlxalq hüquq - Azərbaycan qəti mövqeyindən bir addım da geri çəkilmədi
Amma Ermənistan və havadarları yeni təxribatlar üçün münbit zəmin axtarırdılar - hətta Laçın dövlət gömrük sərhəd-buraxılış məntəqəsi üzərindən “beynəlxalq təzyiq mexanizmlərindən” dəm vuranlar ölkəmizin prosesin uğurlu nəticə ilə yekundlaşdırılması istiqamətindəki qətiyyətini düzgün qiymətləndirə bilmədilər.
Avqust ayının sonu, sentyabr ayının əvvəlində yenidən Azərbaycanın tarixi və suveren torpaqlarındakı hərbi xuntanı “fəallaşdırmaq” arzusuna düşənlər əllərindəki “bu kartdan” həm də sülhə qarşı istifadə etməyə başladılar. Sentyabrın ilk günlərində qondarma rejimin “yeni seçki oyunu” keçirmək cəhdi isə bütün səbrləri daşırdı. Həmin dövrə qədər məsələlərin sülh yolu ilə həll edilməsi uğrunda böyük çaba göstərən Azərbaycan illərdir bəyan etdiyi hüququndan istifadə etdi - BMT Nizamnaməsinin 51-ci maddəsini əsas götürən dövlətimiz qondarma separatçı xuntanın ləğvi istiqamətində fəal addımlar atdı. Qarabağda antiterror tədbirləri gerçəkləşdi...
Xankəndi azaddır - Separatizm ədalət mühakiməsi qarşısında
Sentyabrın 19-dan 20-nə kimi davam edən lokal antiterror tədbirləri nəticəsində terrorçu silahlılara mühüm zərbələr vuruldu. Ermənistan silahlı qüvvələri birləşmələrinin Qarabağ iqtisadi rayonundakı bir neçə səngəri, sığınacağı və hərbi kolonlarına dağıdıcı atəş zərbələri endirildi, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti artilleriya qurğusu sərrast atəşlə məhv edildi. Lokal antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirildi. Sentyabrın 20-si günün birinci yarısına qədər davam edən lokal antiterror tədbirləri Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin silahı yerə qoyub və təslim olmaları ilə dayandırıldı. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyaraq döyüş mövqelərindən və hərbi postlardan çıxdılar və tam şəkildə tərksilah olundular. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etdi - qeyri-qanuni erməni silahlı dəstələri buraxıldı. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verildi. Hərbi xunta özünü buraxdığını elan etdi. Separatçı dəstənin rəhbərləri - Bako Saakyan, Arkadi Qukasyan, Vardan Oskanyan, Araik Artyuyan və başqaları saxlanılaraq Azərbaycanın ədalət mühakiməsi qarşısında məsuliyyətə cəlb olundular.
Ardından Yevlax şəhərində keçirilən görüşlərdə Qarabağda yaşayan ermənilərin Azərbaycanda qalıb yaşamaları üçün reinteqrasiya proqramı təqdim olundu.
Əbədi qələbə - Xankəndi Azərbaycan əsgərinin keçidini salamladı...
Tariximizin ən mühüm günlərindən birini yaşadığımız bu dövr, 2023-cü il Prezident İlham Əliyevin hakimiyyətdə olmasının 20-ci ildönümünə təsadüf etdi.
2003-cü ildə “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, “Qarabağ düşmən işğalından azad ediləcək”, - deyə Azərbaycan seçicinin etimadı və xeyir-duası ilə yola çıxan Müzəffər Ali Baş Komandan 20 il ərzində yorulmadan apardığı davamlı və qətiyyətli siyasətinin ən mühüm akkordlarından birini 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan bayrağının qaldırılması ilə vururdu. Mərasimlə bağlı İlham Əliyev gələcək planlarımız, prioritetlərimiz və bu kimi əsaslı məsələlərlə bağlı proqram xarakterli çıxış etdi: “Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.
Noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad isə Azərbaycanın severenliyinin tam şəkildə bərpa olunması gerçəyini bütün dünyaya bir daha fəyani şəkildə nümayiş etdirdi. Azərbaycan müstəqillik əldə etdikdən 32 il sonra, məhz 2023-cü ildə bütövləşdi...
İnam, etimad - bütün məqsədlərimizə nail olacağıq...
Öz Liderinə, Müzəffər Ali Baş Komandanına etimad göstərən Azərbaycan xalqı “nəyi, nə vaxt, necə edəcəyini” dəqiq bilən rəhbərinin bütün məsələlərin həllinə təmkinlə, bütün addımları vaxtında ataraq nail olduğuna inanırdı. Vaxtı qabaqlamaq, tələsmək bəzən ziyan gətirər - 23 apreldə Laçında əsası qoyulan dövlət sərhəd-buraxılış məntəqəsi cəmisi 6 ay sonra Xankəndinin mərkəzində Azərbaycan bayrağının dalğalanmasına zəmin formalaşdırdı. 2023-cü ilin son aylarında “Əminəm ki, biz bütün məqsədlərimizə nail olacağıq”, deyən dövlət başçısı qarşıdakı mərhələ üçün növbəti qələbənin, növbəti uğurun, növbəti nailiyyətin anonsunu verdi. Bəli, qlobal cəmiyyətlərin qurulduğu yeni inkişaf dövrünü özündə əks etdirən XXI əsr fərdiliyi təbliğ etsə də, Azərbaycan son 1 ildə Cənubi Qafqazda tamam fərqli bir mənzərə formalaşdırdı. Məqsədimiz regionda sülh, inkişaf və əməkdaşlıqdır - biz səbrlə, təmkinlə, və ən əsası hər şeyi vaxtında edərək bunlara da nail olacağıq...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

