Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Güclü iqtisadiyyat - güclü Ordu vəhdəti hər zaman prioritet olacaq

Güclü iqtisadiyyat - güclü Ordu vəhdəti hər zaman prioritet olacaq

23.01.2024 [10:00]

Elbrus CƏFƏRLİ

Müstəqil Azərbaycan dövlətinin bugünkü uğurları, dayanıqlı iqtisadi yüksəlişi və suverenlyinin təmin edilməsi üçün əsaslı təməllərin yaradılması Ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müasir və qüdrətli ordu quruculuğu, hərbi kadr potensialının gücləndirilməsi də sözsüz ki, Onun unikal dühasının sayəsində mümkün olub. 1993-cü ildə ölkəmizin fəlakətli bir dövründə xalqın çağırışı ilə xilaskarlıq missiyasını üzərinə götürən Ulu öndər Heydər Əliyev hərbi güc balansını, dağınıq Azərbaycan ordusunun vəziyyətini düzgün qiymətləndirərək strateji qərar qəbul etdi və atəşkəsə nail oldu, bununla da Azərbaycanı parçalanmaq təhlükəsindən qorudu, dövlətçiliyimizi möhkəmləndirdi, ölkəmizin iqtisadi potensialının reallaşdırılması hesabına maliyyə imkanlarımızın artırılmasına, hərbi gücümüzün toplanmasına yol açdı.

Ulu öndərin nizami ordu quruculuğu missiyasını üzərinə götürən Prezident, Ali Baş Komandan İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ilk gündən bütün gücünü və gününü, hər saatını dövlətimizin və xalqımızın bir nömrəli müqəddəs arzusu olan torpaqlarımızın erməni tapdağından azad edilməsinə həsr etdi. 2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində mütləq üstünlüklə qalib gələn İlham Əliyev oktyabrın 31-də keçirilən andiçmə mərasimində söylədiyi proqram xarakterli tarixi nitqində fəaliyyət manifestini elan edərkən ən ümdə vəzifə olan torpaqlarımızın azad olunması üçün güclü iqtisadiyyat - güclü ordu vəhdətinin başlıca rol oynayacağını bəyan etdi.  

Azərbaycanın əsas maliyyə imkanları ilk növbədə bir nömrəli müqəddəs amal olan doğma torpaqların azad olunmasına yönəldildi. Bu məqsədlə büdcənin imkanları hər il artdıqca peşəkar və nümunəvi ordu quruculuğu xərc maddəsində ilk yerdə dayandı. Ali Baş Komandan İlham Əliyev ordununun maddi-texniki bazasının artırılması, ən qabaqcıl peşəkar ordu birləşmələrinin yaradılması, ordunun silah təchizatının gücləndirilməsi üçün yerli resursları səfərbər etdi və 2003-2023-cü illər ərzində hərbi xərclər dayanmadan artırıldı. Əgər Azərbaycanın hərbi-müdafiə xərcləri 2003-cü ildə 150 milyon manat idisə, hazırda 6 milyard manatdan çoxdur. Yəni son ildə hərbi xərclər 40 dəfə artırılıb. Müqayisə üçün qeyd edək ki, 2003-2023-cü illərdə ölkə üzrə Ümumi Daxili Məhsul (ÜDM) nominal ifadədə 14,8 dəfə artıb, dövlət büdcəsinin gəlirləri 30 dəfə, xərcləri 28 dəfə artırılıb. Yəni, hərbi xərclər ümumi büdcə xərclərini adekvat olaraq nominal faiz baxımından hər il üstələyib.

Beləliklə, ölkəmizin iqtisadi potensialına söykənərək sosial-iqtisadi inkişafını təmin edən cənab İlham Əliyev iqtisadi gücü peşəkar ordu quruculuğuna yönəltməklə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində parlaq Zəfər qazanmasına nail oldu.

Azərbaycan Prezidenti Silahlı Qüvvələrimizin öz tarixi missiyasını yerinə yetirməsindən sonra da ordu quruculuğunun prioritetliyini diqqətə saxladı, Silahlı Qüvvələrin heyətinin son 3 ildə say və təminatının daha da yaxşılaşdırılması, yeni hərbi birləşmələrin yaradılması və müasir silahların, texnikaların alınmasının yüksəlməsinin bariz göstəricisidir. Son 3 ildə dövlət büdcəsindən hərbi-təhlükəsizlik sahəsində ayrılan xərclərin məbləği və 2024-cü ildə nəzərdə tutulan həmin xərclərin həcmi Ordu quruculuğunun ən başlıca hədəf prioriteti olduğunu təsdiqləyir. Belə ki, 2021-ci ildə büdcədən ayrılan müdafiə və milli təhlükəsizlik xərclərinin məbləği 4 milyard 585 milyon manat, 2022-ci ildə 5 milyard 84 milyon manat, 2023-cü 6 milyard 54 milyard manat təşkil edib. 2024-cü ildə isə xüsusi təyinatlı alışlar üzrə ərclər istisna olmaqla, müdafiə və milli təhlükəsizlik xərcləri üzrə nəzərdə tutulmuş vəsaitin həcmi 6 milyard 421 milyon manat təşkil edir ki, bu da 2023-cü illə müqayisədə 366,2 milyon manat və ya 6 faiz çoxdur.

Ermənistanla 30 illik müharibənin başa çatmasına baxmayaraq, Azərbaycan Ordusunda illərdir davam edən ordu quruculuğu prosesi irəliləyir, təkmilləşir, Ordunun daha əzmkar qüdrətli müasir siması formalaşır. Azərbaycan Ordusunun bazası ən son yeniliklərə uyğunlaşdırılır, zabit heyəti Türkiyə və NATO standartlarına uyğun təcrübə və təlimlərlə peşəkarlığını artırır, yeni döyüş birləşmələri yaradılır. Zəfərdən sonra Silahlı Qüvvələrin tərkibində tamamilə yeni struktur olan Hadrutdakı Komando Təlim Mərkəzinin yaradılması, Kəlbəcərdə yeni Komando hərbi hissəsinin açılışı və digər ərazilərdə Komando briqadalarının fəaliyyətə başlaması ən çətin və mürəkkəb situasiyalarda istənilən hərbi vəzifəni icra etməyə qadir olan peşəkar hərbçilərin sırasının genişləndiyini təsdiqləyir.

Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması üçün Azərbaycanın təkidli səylərinə baxmayaraq, Ermənistanın ənənəvi və havadarlarının himayəsi ilə müxtəlif bəhanələrlə ədalətli sülhdən götürdüyü öhdəliklərdən yayınma cəhdləri, yenidən silahlanma meyilləri Müzəffər Ordumuzun gücünün və qüdrətinin daim artırılmasının vacibliyini və prioritetliyini daha da aktuallaşdırır. Ona görə də Ordu qurucluğuna hərtərəfli dəstək dayanıqlılığını saxlayacaqdır. Ali Baş Komandan İlham Əliyevin bildirdiyi ki, müasir silahların, texnikaların alınması, yeni hərbi birləşmələrin yaradılması bundan sonra da əsas diqqətdə saxlanılacaq: “Biz hərbi gücümüzü bundan sonra da artıracağıq. Yeni silahlar, texnikalar alınıb və alınacaqdır. Eyni zamanda, yeni çevik, peşəkar və çox böyük imkanlara malik olan silahlı birləşmənin yaradılması onu deməyə əsas verir ki, biz hər an öz torpaqlarımızı, öz sərhədlərimizi qorumağa hazır olmalıyıq”.

Ordumuzun qardaş Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması prosesi daha geniş vüsət alıb. Türkiyə Silahlı Qüvvələrinin bazasında hazırlanmış təlimatçıların cəlb olunması ilə Komando Təlim Mərkəzinin nəzdində “Snayper hazırlığı kursu” fəaliyyətə başlaması da Silahlı Qüvvələrdə yeni nəsil döyüş arxitekturasının formalaşmasından xəbər verir.

Azərbaycan Ordusunun təşkilati-ştat quruluşunda əsaslı dəyişikliklərin aparılması, Ordunun tərkibində Quru Qoşunları, əməliyyat (komando) birləşmələri və Milli Müdafiə Universiteti yaradılıb. Həmçinin Xüsusi Təyinatlı Qüvvələr və Hərbi Dəniz Qüvvələrinin ştatlarının optimallaşdırılmasının həyata keçirilməsi də döyüş idarəetmə sisteminin təkmilləşməsinə, heyətlərin hazırlığı və onların komplektləşdirilməsi işlərinin təşkilinə xidmət edir. Ordunun gələcək kadr təminatı ən müasir standartlara əsaslanır və hərbi mütəxəssislər hazırlayan təhsil müəssisələrinə diqqət daha da gücləndirilir. Dövlət başçısının bir neçə gün əvvəl imzaladığı müvafiq fərmana əsasən, Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kollecin yaradılması da məhz qarşıdakı dövrdə daha peşəkar, xüsusi ixtisaslı hərbi kadrların hazırlanması, Ordunun tamamilə müasir hərbiyyənin standartlarına uyğunlaşdırılması ilə bağlı hərbi strategiyanın tərkib hissəsidir.

Beləliklə, Azərbaycan Silahlı Qüvvələrinin gücü və siması bu gün dünənkindən daha qüdrətli və möhtəşəmdir. Azərbaycan Ordusu peşəkar və nümunəvi, dünya miqyasında özünü təsdiq edən xüsusi ixtisaslaşmış hərbçi kontingentinin sıralarını daha da genişləndirməkdədir.

Paylaş:
Baxılıb: 273 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29