İslahatlar yolu ilə davamlı inkişaf
31.01.2024 [10:00]
Son 20 ildə müstəqil Azərbaycanın həyatı islahatlarla səciyyələnib. Bütün sahələri əhatə edən islahatların uğurla həyata keçirilməsi sayəsində ölkəmizin hazırda bütün dünyada böyük maraqla izlənilən nümunəvi inkişaf modeli formalaşıb. Bütövlükdə, respublikamızın siyasəti konseptual xarakter daşıyır və ardıcıllıqla icra edilir. Son 20 ildə keçilən yola nəzər saldıqda aydın şəkildə görünür ki, islahatlar müxtəlif vaxtlarda fərqli templə və fərqli məzmunla həyata keçirilib. Bu da onunla bağlıdır ki, islahatlar hazırlanarkən qarşıya çıxan yeni qlobal çağırışlar, ölkənin potensialı və reallıqları mütləq nəzərə alınır. Belə praqmatik və konseptual yanaşmanın nəticəsidir ki, son 20 ildə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında başlanan bütün islahatlar uğurla tamamlanıb və ölkəmiz yeni-yeni nailiyyətlərə imza atıb. Əlamətdar haldır ki, aparılan islahatlar ayrılıqda götürülmüş hansısa bir sahəni deyil, bütün strateji istiqamətləri əhatə edir.
İqtisadi məzmunlu islahatların real nəticələri
Son 20 ildə ölkəmizin siyasətində iqtisadi sferanın prioritetliyi ardıcıl qaydada təmin edilib ki, bu da təsadüfi deyildir. Hər bir ölkənin siyasi müstəqilliyinin təmin olunması və qlobal miqyasda nüfuzunun artması böyük dərəcədə onun iqtisadi inkişaf səviyyəsindən asılıdır. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev hələ 2003-cü ildə seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində bəyan etmişdi ki, əgər biz iqtisadi müstəqilliyə nail olmasaq, siyasi müstəqilliyimiz də yarımçıq olacaq. Azərbaycanın timsalında bu tezislərin nə qədər real olduğu bir daha təsdiqini tapıb.
Respublikamızda dövlət başçısının strateji baxışlarına və həssas yanaşmalarına uyğun olaraq dinamik iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin edilir. Ötən illərin təcrübəsinə nəzər salsaq, görərik ki, ölkəmizdə iqtisadi inkişafın ardıcıllığının təmin olunması üçün həm hüquqi baza davamlı şəkildə möhkəmləndirilib, həm də praktiki müstəvidə zəruri tədbirlər görülüb, iqtisadi subyektlərin öz fəaliyyətlərini genişləndirmələrinə dəstək artırılıb. Prezident İlham Əliyev milli iqtisadiyyatımızda istehsal və ixrac imkanlarının genişləndirilməsini hədəfləyən çoxsaylı fərman və sərəncamlar imzalayıb. Bəhs olunan sənədlər əsasında reallaşdırılan islahatlar respublikamızda yüksək rəqabət qabiliyyətinə malik liberal iqtisadiyyatın formalaşmasına, şəffaflığın təmin olunmasına, biznes mühitinin optimallaşmasına, büdcə daxilolmalarının artmasına münbit zəmin formalaşdırıb.
Həyata keçirilən belə məqsədyönlü siyasət sayəsində əldə olunan nəticələr də sevindiricidir. Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi, partiyanın Sədri İlham Əliyevin hazırda bütün ölkə boyunca fəal şəkildə müzakirələri aparılan seçki platformasında respublikamızın iqtisadi inkişaf sahəsində qazandığı nailiyyətlərə xüsusi diqqət çəkilib. Bildirildiyi kimi, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2023-cü illərdə qazanılan iqtisadi uğurlar ölkəmizin ardıcıl yüksəlişini təmin edib. Həyata keçirilən islahatlar nəticəsində yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyat qurulub, Azərbaycan iqtisadiyyatı 3,6 dəfə artaraq 123 milyard manatı ötüb. Milli iqtisadiyyatın strukturu əhəmiyyətli dərəcədə yaxşılaşıb, qeyri-neft-qaz sektoru 3,5 dəfə, qeyri-neft-qaz sənayesi 4,3 dəfə, kənd təsərrüfatı isə 2,1 dəfə böyüyüb.
Eyni zamanda, Azərbaycan özünün iqtisadi müstəqilliyini tam təmin edən ölkəyə çevrilib, dövlətin maliyyə imkanları əhəmiyyətli dərəcədə yaxşılaşıb. 2003-cü ildə 1,6 milyard ABŞ dolları təşkil edən strateji valyuta ehtiyatları 43 dəfə artaraq 68,5 milyard dollara çatıb. Bəhs olunan dövrdə Azərbaycanın dövlət büdcəsi 29 dəfədən çox artaraq sosial rifahla yanaşı, iqtisadi fəallığın da dəstəklənməsində aktiv rol oynayıb.
Kadrlar çevik, idarəetmə strukturu optimal olmalıdır
Uğurlu inkişaf sayəsində ölkəmizin daha müasir siması formalaşır və buna müvafiq olaraq yeni çağırışlar meydana çıxır. Azərbaycanın bütün dövlət qurumlarının, əhaliyə ictimai xidmətlər göstərən təşkilatların, eləcə də kadrların fəaliyyəti də məhz bu meyarlara cavab verməlidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev keçirdiyi müxtəlif tədbirlərdə indiki şəraitdə respublikamızda struktur və kadr islahatlarının zəruriliyini əsaslandırıb. Prezident İlham Əliyev vəzifəyə yeni təyin etdiyi kadrları qəbul edərək onlara yerlərdə işi necə qurmaq barədə konkret tapşırıqlar verir. Onun belə qəbullarda səsləndirdiyi fikirlərə istinad edərək deyə bilərik ki, hazırkı mərhələdə dövlət başçımızın kadrlara verdiyi tələblər kifayət qədər yüksəkdir. Kadrlardan çeviklik və öz işlərinə yeni yanaşma tələb olunur. Bu da respublikada aparılan siyasətin dinamizmi ilə bağlıdır. Prezident İlham Əliyev ölkəmizin perspektiv inkişafı ilə bağlı yeni hədəflər müəyyənləşdirib. Məqsəd ona yönəlib ki, respublikamız indiyə qədər yaradılan baza üzərində bundan sonra daha yüksək sürətlə inkişaf etsin, insanların rifah halı daha da yaxşılaşsın. Prezident İlham Əliyev kadr islahatları ilə, əslində, idarəetməyə yeni nəfəs, daha güclü enerji gətirmək istəyir.
Eyni zamanda, idarəetmənin yenilənməsi cəmiyyətin sosial sifarişidir. Bütövlükdə, ölkənin davamlı inkişafının təmin edilməsi məqsədi ilə aparılan sosial-iqtisadi islahatların dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması və ixrac potensialının artırılması vəzifələri müvafiq sahələrdə struktur dəyişikliklərinin sürətləndirilməsini və dövlət idarəetmə strukturunun təkmilləşdirilməsini zəruri edir. Dünya təcrübəsindən də bəlli olduğu kimi, inkişafın ardıcıllığının təmin olunması böyük dərəcədə idarəetmə mexanizminin optimal qurulmasından asılıdır. Son illərdə Prezident İlham Əliyevin imzaladığı sənədlər əsasında institusional islahatların ardıcıllığı təmin edilir. İndiyədək bir sıra az ehtiyac duyulan strukturlar ləğv edilib və yaxud böyük tələbat duyulan yeniləri yaradılıb. Azərbaycanın idarəetmə strukturu müasir yanaşmaların və innovativ texnologiyaların geniş tətbiqi yolu ilə müasirləşir. O cümlədən “Elektron Hökumət” portalının əhatə dairəsinin genişlənməsi, müxtəlif dövlət xidmətlərinin “bir pəncərə”yə inteqrasiya olunması, “ASAN xidmə?”, “DOST” modellərinin tətbiqi ölkəmizdə vətəndaş məmnunluğunu təmin edir.
Bu məqamda vurğulamaq yerinə düşər ki, son illərdə Azərbaycanın həyata keçirdiyi struktur islahatları, ölkədə idarəetmə mexanizminin daha da təkmilləşdirilməsi beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. 2019-cu ilin iyun ayında Bakıda Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu keçirilib. Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi belə bir mötəbər forumun Bakıda keçirilməsi Azərbaycanın təcrübəsinin dünyada böyük maraqla izlənildiyini bir daha təsdiqləyir. Azərbaycanda dövlət xidmətlərinin çox təkmil və yüksək səviyyədə həyata keçirildiyi BMT-nin Bakıda baş tutan Dövlət Xidmətləri Forumunda da xüsusi vurğulanıb. Forum çərçivəsində ölkəmiz BMT-nin xüsusi mükafatına layiq görülüb.
Davamlı hal alan sosial islahatlar
Son 20 ildə Prezident İlham Əliyevin ölkənin gündəliyinin mərkəzində saxladığı əsas məslələrdən biri məhz vətəndaşların rifah halının yaxşılaşdırılması olub. Respublikamızda bir qayda olaraq iqtisadi və sosial islahatlar paralel şəkildə reallaşdırılır. Başqa sözlə desək, ölkənin iqtisadi imkanları artdıqca sosial sferaya daha böyük həcmlərdə vəsaitlər yönəldilir. YAP-ın namizədi İlham Əliyevin seçki platformasında bəhs olunan dövrdə sosial sferada əldə olunan bir sıra mühüm nailiyyətlərə diqqət çəkilir. Beləliklə, 2003-2023-cü illərdə dövlətin sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artıb, orta aylıq nominal əməkhaqqı isə 12 dəfə yüksələrək 923,1 manata çatıb. Son beş ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub, minimum pensiya məbləği 2,5 dəfə, orta pensiya məbləği 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfəyə yaxın artıb. Ötən dövrdə 2,7 milyondan çox yeni iş yerinin yaradılması sosial siyasətin ən böyük uğurlarındandır.
Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəsi - əlillər, müharibə veteranları, aztəminatlı vətəndaşlar daim diqqət mərkəzində olub. O cümlədən şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 14,8 min mənzil və fərdi ev, 7600 avtomobil verilib. 2003-2023-cü illər ərzində qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün ümumilikdə 8,7 milyard manat vəsait ayrılıb. 2023-cü ildə 2003-cü ilə nisbətən işsiz əhalinin sayı 28,6 faiz, yoxsul əhalinin sayı isə 7 dəfə azalıb.
YAP-ın namizədi İlham Əliyevin təqdim olunan seçki platformasından aydın olur ki, ölkəmizdə son 20 ildə həyata keçirilmiş geniş məzmuna malik sosial islahatlar növbəti mərhələdə də davam etdiriləcək. Bu da o anlama gəlir ki, qarşdakı yeddi ildə Azərbaycan rifah cəmiyyəti quruculuğu istiqamətində yeni nailiyyətlərə imza atacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32
İqtisadiyyat
24 Oktyabr 11:10
Elm
24 Oktyabr 11:03
İqtisadiyyat
24 Oktyabr 10:54
YAP xəbərləri
24 Oktyabr 10:52
Analitik
24 Oktyabr 10:44
Siyasət
24 Oktyabr 10:39
İqtisadiyyat
24 Oktyabr 10:30
İqtisadiyyat
24 Oktyabr 10:28
Ədəbiyyat
24 Oktyabr 10:15
Siyasət
24 Oktyabr 09:58
Analitik
24 Oktyabr 09:35
Analitik
24 Oktyabr 09:17
MEDİA
24 Oktyabr 08:55
Sosial
24 Oktyabr 08:32
Ədəbiyyat
24 Oktyabr 08:15
Gündəm
24 Oktyabr 07:57
YAP xəbərləri
24 Oktyabr 00:42
YAP xəbərləri
23 Oktyabr 23:41
YAP xəbərləri
23 Oktyabr 23:14
YAP xəbərləri
23 Oktyabr 22:38
YAP xəbərləri
23 Oktyabr 22:10
YAP xəbərləri
23 Oktyabr 21:27
YAP xəbərləri
23 Oktyabr 21:26
YAP xəbərləri
23 Oktyabr 21:19
YAP xəbərləri
23 Oktyabr 21:17
YAP xəbərləri
23 Oktyabr 20:45
YAP xəbərləri
23 Oktyabr 20:17
Elm
23 Oktyabr 19:52
Dünya
23 Oktyabr 19:37
Maraqlı
23 Oktyabr 19:15
Dünya
23 Oktyabr 18:52
YAP xəbərləri
23 Oktyabr 18:39
YAP xəbərləri
23 Oktyabr 18:24
YAP xəbərləri
23 Oktyabr 18:10
Analitik
23 Oktyabr 17:44
YAP xəbərləri
23 Oktyabr 17:44
Dünya
23 Oktyabr 17:25
YAP xəbərləri
23 Oktyabr 17:08
Dünya
23 Oktyabr 16:42
Sosial
23 Oktyabr 16:42
Elm
23 Oktyabr 16:41
YAP xəbərləri
23 Oktyabr 16:41

