Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Yeni dövrün yeni hədəfləri

Yeni dövrün yeni hədəfləri

31.01.2024 [10:10]

Ölkəmiz, xalqımız çox mühüm ictimai-siyasi hadisə ərəfəsindədir. Respublikamızda fevralın 7-də keçiriləcək Prezident seçkilərinə sayılı günlər qalır. Yeni Azərbaycan Partiyası (YAP) ölkə prezidentliyinə namizədliyini irəli sürdüyü partiyanın Sədri İlham Əliyevin seçkiqabağı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Partiyanın fəallarının iştirakı ilə yerlərdə keçirilən çoxsaylı görüşlərə qatılan seçicilər bu dəfə də səslərini son 20 ildə ölkəmizi zirvələrdən-zirvələrə yüksəldən İlham Əliyevin lehinə verəcəklərini bildirirlər. Onlar öz seçimlərinin çoxsaylı səbəbləri sırasında İlham Əliyevin müəyyənləşdirdiyi postmüharibə gündəliyinin də yer aldığını bildirirlər.

Prezident İlham Əliyev 44 günlük müharibənin və 23 saatlıq antiterror tədbirlərinin nəticəsində xalqımızın əsas ümummilli ideyasını gerçəkləşdirməyə nail olan, müstəqil Azərbaycanın yeni reallıqlarını yaradan və bu reallıqlara uyğun strateji hədəflər müəyyənləşdirən Liderdir. Görüşlərdə belə bir yekdil fikir ifadə olunur: Azərbaycan cəmiyyəti tarixi qələbələrimizin əldə olunmasında dövlət başçısı ilə sıx həmrəylik nümayiş etdirib, həmçinin qarşıda duran məqsədlərə çatılmasında da Ona hərtərəfli dəstək vermək əzmindədir.

7 fevral seçkilərini şərtləndirən reallıqlar

Ölkəmizdə fevralın 7- də Prezident seçkilərinin keçirilməsini şərtləndirən ən mühüm reallıq, heç şübhəsiz ki, Vətən müharibəsində ərazi bütövlüyümüzün hərbi-siyasi yolla bərpasından sonra ötən il sentyabrın 19-20-də baş tutan antiterror tədbirləri nəticəsində Qarabağda suverenliyimizin təmin edilməsidir. İş elə gətirdi ki, biz müstəqilliyimizin ilk illərində daxili çətinliklərlə yanaşı, həm də xarici təcavüzlə üzləşdik. Qonşu Ermənistan o dövrdəki AXC-“Müsavat” iqtidarının səriştəsizliyindən istifadə etməklə və havadarlarının dəstəyindən yararlanmaqla ərazilərimizin 20 faizini öz nəzarəti altına keçirməyə nail oldu.

Təxminən 30 illik zaman kəsiyində ərazi bütövlüyümüzün təmin olunması və torpaqlarımızda separatizmin kökünün kəsilməsi Azərbaycan cəmiyyətinin və dövlətinin əsas ümummilli ideyasını təşkil etdi. Nə xalq, nə də dövlət işğal faktı ilə heç vaxt barışmadı və nəhayət öz yenilməz iradəsini ortaya qoyaraq ölkənin ərazi bütövlüyünün bərpasına nail oldu. Ötən ilin sentyabr ayında isə xalqımız , Prezident İlham Əliyevin təbirincə desək, epoxal bir hadisəyə şahidlik etdi. Sentyabr ayında keçirilən bir günlük antiterror tədbirlərinin nəticəsində Qarabağda suverenliyimizin tam təmin olunması ilə ölkəmizin tarixində yeni bir dövr başlayıb. Bunu dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb:   “Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır. Çünki hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi. Bu, birinci səbəbdir”.

Postmüharibə dövrünün ikinci ən mühüm reallığı ondan ibarətdir ki, fevralın 7-ə təyin olunan Prezident seçkiləri müstəqil Azərbaycanın tarixində ilk dəfə ölkənin bütün ərazisində keçiriləcək. Bu da tarixi önəm daşıyan mühüm reallıqdır. “Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün mən hesab etdim ki, birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır. Əgər biz seçkiləri vaxtında, yəni, 2025-ci ilin aprelində keçirməli olsaydıq, o zaman bələdiyyə seçkiləri daha tez keçiriləcəkdi. Mən hesab etdim ki, bu, düzgün olmaz. Azad edilmiş ərazilərdə və ölkəmizin hər bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır”, - deyə dövlətimizin başçısı bildirib.

Ən mühüm məqamlardan biri də  Prezident İlham Əliyevin dövlət başçısı vəzifəsində uğurlu fəaliyyətinin 20 ilinin tamam olmasıdır. Ötən dövrdə Azərbaycan İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət sayəsində bütün sahələrdə böyük uğurlara imza atıb. Hazırda müstəqil Azərbaycan dünya miqyasında milli maraqlarını qətiyyətlə qoruyan və eyni zamanda qlobal əməkdaşlığa mühüm töhfələr verən ləyaqətli dövlət kimi tanınır. Keçilən uğurlu yol barədə fikirlərini ifadə edən Prezident İlham Əliyev “Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur. Yəni, əsas səbəblər bunlardır. Amma mən bu səbəbləri, bu sıralamanı əhəmiyyət üzrə etmişəm. Birinci səbəb, əlbəttə ki, yeni dövrün başlanğıcıdır və prezident seçkiləri bu yeni dövrə də xeyir-dua verəcəkdir”, - deyə bildirib.

Böyük Qayıdış prioriteti

Prezident İlham Əliyev yeni mərhələnin reallıqlarının əsas memarı olmaqla yanaşı, həm də postmüharibə dövrünün gündəliyini müəyyənləşdirib ki, burada Böyük Qayıdış hədəfi xüsusi yer tutur. Dövlət büdçısının siyasi iradəsi əsasında işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən edilib. Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Milli Prioritetinin icrasının təmin olunması məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair l Dövlət Proqramı” qəbul edilib və hazırda uğurla icra olunur.

Ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən 12 milyard manat vəsait yönəldilib, mühüm yol nəqliyyat, enerji təminatı və digər infrastruktur layihələri gerçəkləşdirilib, onlarla yaşayış məntəqəsinin təməli qoyulub və artıq bir sıra şəhər, kənd və qəsəbələrdə 1186 ailənin və ya 4691 nəfərin məskunlaşması təmin edilib.

Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34500 ailənin doğma torpaqlarda layiqli şəkildə yaşayışı təmin ediləcək, həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası istiqamətində mühüm addımlar atılacaq. Eləcə də ərazilərin minalardan təmizlənməsi, müasir yaşayış məntəqələrinin - şəhər, qəsəbə və kəndlərin tikintisi, təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili, strateji əhəmiyyətli infrastrukturun qurulması, ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası, xalqımızın milli-mədəni irsinin bərpası, ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi istiqamətidə layihələr növbəti yeddi ildə də davam etdiriləcək

Bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa...

Müharibə başa çatsa da, ordu quruculuğu Azərbaycanın postmüharibə gündəliyinin əsas məsələləri sırasında yer alır. Bu, bir tərəfdən  Ermənistanda revanşist qüvvələrin baş qaldırması, məğlub ölkənin silahlanması, digər tərəfdən isə böyük qələbələrimizi sinirə bilməyən qüvvələrin ölkəmizə hansı yollarlasa təzyiqləri artırmaq cəhdləri ilə bağlıdır.

Bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Prezident İlham Əliyevin təbirincə desək, böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir. “Ona görə biz heç vaxt sakitləşməməliyik və mən, xatırlayırsınızsa, İkinci Qarabağ müharibəsindən sonra demişdim və bunu da etdik, biz daha güclü ordu yaratmalıyıq. Biz son üç il ərzində böyük yol keçmişik. İndi bunların hamısını demək yəqin ki, düzgün olmaz, amma mətbuatda olan məlumat kifayətdir. Yeni silahlı birləşmələr antiterror əməliyyatında çox önəmli rol oynamışdılar, yeni texnika, yeni sursatlar, ən müasir avadanlıq. Mən artıq bunu demişəm, bu il müdafiə sənayesi kompleksinin nəzdində olan zavodlarımıza həm dövlət, həm özəl sektor tərəfindən ən azı bir milyard manat investisiya qoyulacaq. Yəni, biz özümüzü daha böyük həcmdə lazım olan vasitələrlə təmin edəcəyik. Yəni, biz heç vaxt sakitləşə bilmərik. Bizim ordu quruculuğu prosesi davam edəcək və Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 444 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31