Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sabitliyi pozan Ermənistan oldu

Sabitliyi pozan Ermənistan oldu

14.02.2024 [10:15]

Qalib Azərbaycan postmüharibə dövründə davamlı olaraq sülh mövqeyindən çıxış edir. Nəhayət müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq lazımdır. Ermənistanın işğalçılıq siyasəti üç onillik ərzində region üçün ciddi təhdid mənbəyi olub. Ölkəmizin 44 günlük müharibədə qazandığı şanlı Qələbə sayəsində yeni reallıqlar yaranıb. Bu reallıqlar Cənubi Qafqaz coğrafiyasında sülhün və təhlükəsizliyin təmin olunması, etimad mühitinin formalaşması üçün münbit zəmin ola bilər. Bu fürsətdən maksimum dərəcədə istifadə edilməlidir. Azərbaycanın ötən il sentyabrın 19-da başladığı və cəmi 23 saat ərzində uğurla tamamladığı antiterror tədbirlərində Qarabağda Ermənistan ordusunun təxminən 15 minlik kontingentinin mövcudluğuna xitam verildi. Artıq ərazilərimizdə separatizmə son qoyulub. Əvvəllər Ermənistanın üçtərəfli bəyanatın şərtlərini pozaraq suveren ərazilərimizdən hərbi hissələrini saxlamaqda davam etməsi, bütövlükdə separatizmin mövcudluğu iki ölkə arasındakı şərti sərhədlər boyunca, həmçinin Qarabağda silahlı təxribatların baş verməsinin əsas səbəblərindən idi. Antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq bu təhlükə mənbəyi sıradan çıxarıldı. Separatçılar ağ bayraq qaldırdılar. Baş verənlərin müsbət nəticələri özünü çox gözlətmədi. Belə ki, antiterror tədbirlərindən sonra şərti sərhədlər boyunca təxribatların arası kəsildi, Qarabağda güllə səsləri eşidilmədi. Bu, sülhyaratma prosesinin irəliləməsinə böyük ümidlər yaradırdı. Təsadüfi deyil ki, bir müddət əvvəl Prezident İlham Əliyev Azərbaycan mediasına müsahibəsində son 4-5 ayın ən sabit dövr olduğunu bildirmişdi.

Şərti sərhədlərdə və Qarabağda təxribatlara son qoyulması çoxdan arzulanan bir hal idi. Sabitliyi pozan isə yenə də Ermənistan oldu. Xatırladaq ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-Hand yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb. Beləliklə, postmüharibə dövründə yaranan nisbi uzunmüddətli sabitlik məhz qarşı tərəfin günahı üzündən pozulub. Baş verən təxribatın bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bütövlükdə, Vətən müharibəsindən sonrakı dövrdə Ermənistanda gedən proseslər bu ölkənin revanşa hazırlaşdığını aydın şəkildə göstərir. Bu reallıq çoxsaylı ekspertlər tərəfindən də qeyd olunurdu. Xatırlayaq ki, postmüharibə dövründə qalib Azərbaycan beş bənddən ibarət sülh paketi hazırlayaraq qarşı tərəfə göndərib, həmçinin bir sıra digər təşəbbüslər irəi sürüb. Bu təşəbbüslər özündə sülh sazişinin qısa müddətdə imzalanmasını, sərhədlərin demarkasiya və delimitasiya olunmasını və digər vacib məsələləri ehtiva edir. Əslində, Azərbaycan qeyri-adi heç nə istəmir, qalib statusuna uyğun hansısa şərtlər irəli sürmür. Bəhs olunan paketdə yer alan müddəalar beynəlxalq prinsiplərə tam uyğundur. Bu təkliflərin Ermənistan tərəfindən də qəbul edilməsi ilə regiona davamlı sülh gələ bilər, sabitlik bərqərar olar. Ancaq Ermənistanın davranışlarında sülhə və sabitliyə qətiyyətli sadiqlik müşahidə edilmir. Baş nazir Nikol Paşinyan müxtəlif yerli və xarici auditoriyalar qarşısındakı çıxışlarında ölkəsinin sülh istəyindən danışsa da, əslində real müstəvidə əks davranışlar ortaya qoyur. Onun verdiyi vədlərlə gerçəkləşdirdiyi absurd siyasət, atdığı addımlar, verdiyi qərarlar ziddiyyətli mənzərə yaradır.  Ermənistanın hərbi-siyasi rəhbərliyinin əl atdığı müxtəlif manipulyasiyalar sülh prosesinə zərbə vurur və etimad mühitinin formalaşmasını əngəlləyir. Ermənistan rəhbərliyinin sülhdən danışması ilə ölkədə revanşizm meyllərinin güclənməsi, həmçinin silahlanmaya daha artıq dərəcədə diqqət ayrılması bir araya sığmır. Bütün bunlar qarşı tərəfin oyun oynadığını və məkrli niyyətlər güddüyünü açıq şəkildə ortaya qoyur.  

Şərti sərhəddə baş verən son hadisənin Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və məqsədyönlü şəkildə törədildiyi və vəziyyətin gərginləşməsinə çalışıldığı aydın görünür. Erməni postunun görüntüləri də təsdiq edir ki, təxribat planlı şəkildə həyata keçirilib. Belə təxribatlarla Ermənistan nəyə nail olmaq istəyir? Məğlub ölkə 44 günlük müharibədə və 23 saatlıq antiterror tədbirlərində müzəffər ordumuzdan aldığı dərsləri heç vaxt yaddan çıxarmamalıdır. Azərbaycanın Silahlı Qüvvələri Ermənistanın növbəti təxribatının cavabını layiqincə verdi. Ermənistanın sülh prosesindən yayınmaq məqsədilə yenidən manipulyasiyalara əl atması, silahlanmaya rəvac verməsi reallıqda vəziyyəti dəyişməyəcək. Qarşı tərəf unutmamalıdır ki, Azərbaycanın gücünü, qətiyyətini və həmrəyliyini əks etdirən “Dəmir yumruq” yerindədir və həmişə də yerində olacaq.

MÜBARİZ

Paylaş:
Baxılıb: 483 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31