Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sülhə açılan atəş...

Sülhə açılan atəş...

15.02.2024 [10:00]

Fransa geosiyasi reallıqlarla niyə barışa bilmir?

Fevralın 12-də baş verən erməni təxribatına layiqli şəkildə cavab verildi. Qısa zaman ərzində Azərbaycanın Dövlət Sərhəd Xidməti keçirilən əməliyyatla bağlı məlumat yaydı və bildirildi ki, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqedəki post darmadağın edildi.

Təbii ki, Ermənistan əl atdığı bütün təxribatların hansı nəticələr verdiyini əyani şəkildə görüb və bilir. 2020-ci il Vətən müharibəsindən sonrakı dövrdə Ermənistanın törətdiyi bütün təxribatçı addımlar ən ağır şəkildə cavablandırılıb. Bu mənada, Ermənistan anlamalı idi ki, son təxribatın da cavabı veriləcək və verildi də. Amma bu təxribatın həm də bir görünməyən tərəfləri ola bilər. Bəzi ştrixlər var ki, bunu diqqətdən kənarda qoymaq olmaz...

Danışıqlar formatı: haradan haraya...

2024-cü il Cənubi Qafqazın tarixinə yenilənmə, inkişaf dövrü kimi düşə bilər. Bunun üçün həm real əsaslar, həm də münbit şərait mövcuddur. Bölgənin əsas problemlərindən biri - erməni separatizmi aradan qaldırılıb. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Artıq bir müddətdir ki, fərqli müstəvilərdə sülh prosesi ilə bağlı aktiv danışıqlar həyata keçirilir. Həm Brüsell, həm də Soçi formatı bəzi məqamlarına görə uğurlarını sıralayır. Və belə bir anda...

Soçi formatında görüşlərin mütəmadi şəkildə baş tutmaması obyektiv səbəblərə əsaslanır - vasitəçi ölkə olan Rusiya hazırda müharibə şəraitindədir və bu mənada, Cənubi Qafqazda baş verən proseslərlə bağlı əvvəlki intensivlikdə görüşlər təşkil etməməsi anlaşılandır. Bununla belə, Rusiyanın Azərbaycandakı səfirinin son açıqlamasında mövqe açıq şəkildə ifadə olunur: rəsmi Moskva sülhün əldə olunmasına töhfə verməyə hazırdır.

Brüssel formatı isə bir il öncəyə qədər daha dinamikliyi ilə seçilirdi - hətta ötən ilin ikinci rübündə bu danışıqlar daha intensiv hal almışdı. Amma... Azərbaycan ötən il ərzində bir neçə dəfə Brüsell görüşünə etiraz etdi. Etiraz səbəbi isə anlaşılan dillə izah olunurdu - Fransa danışıqlar prosesinə müdaxiləsinə son verməlidir. Daha doğrusu, Paris prosesi “nəzarətə almaq” istəyindən vaz keçməli idi. Əks halda...

Fransanın müdaxilə cəhdləri...

Bir az əvvəli xatırlayaq. 2022-ci ilin noyabrında Bakıda keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyev çıxışında bildirdi ki, növbəti görüş dekabrın 7-də Brüsseldə keçirilməli idi: “Ancaq dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, Prezident Şarl Mişelin ofisindən onunla əlaqə saxlayıblar. Bildiriblər ki, Paşinyan görüşə bir şərtlə razılıq verib ki, Prezident Makron da orada iştirak etsin. Təbii, bu da o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək”.

Fransanın prosesə müdaxilə cəhdi isə heç də sırf erməni təəssübkeşliyindən qaynaqlanmırdı. Neokoloialist maraqlarından əl çəkməyən Fransa özü üçün virtual olaraq yeni “nüfuz məntəqəsi” müəyyənləşdirmişdi və Cənubi Qafqaza münasibətdə Ermənistanın mütiliyini öz xeyrinə istifadə etməyə çalışırdı. Amma Azərbaycanın qəti mövqeyi buna imkan vermədi. Danışıqların yalnız müəyyən olunmuş çərçivədə keçirilməsi Azərbaycan üçün prinsipə çevrildi. Buna qarşı gələn Fransa isə ötən 2 il ərzində ölkəmizə qarşı müxtəlif beynəlxalq platformalarda təxribatçı kampaniyalar başlatdı. Və bütün parametrlər üzrə də məğlubiyyətə uğradı...

Sülh hazırdır...

Ötən ilin payızında baş tutan antiterror əməliyyatları isə regional realllıqları daha aydın mənzərəyə qovuşdurmaqla yanaşı, sülh danışıqlarının axarına da öz təsirini göstərdi. Məhz bu əməliyyatın ardından Fransa başda olmaqla Qərbin bəzi siyasi aktorlarının ölkəmizə qarşı yeni standartlara müraciət etməsinin şahidi olduq. Azərbaycana qarşı hədələyici kontekstdə çıxış edən həmin güclər də nəticədə reallıqlarla barışmalı oldu - bu dövlətlərin ən yüksək ranqlı məmurları Azərbaycan Prezidentindən xahişlər etməyə başladılar. Azərbaycanın mövqeyi isə dəyişməz, qəti və beynəlxalq hüquqa əsaslanan bir mövqedir.

Sülhün detalları hər kəs üçün açıqdır. Aylardır ki, Ermənistan ilə Azərbaycan arasında şərtlərin müzakirəsi aparılır. Zaman-zaman bununla bağlı açıqlamalar verilir. Məsul şəxslərin açıqlamalarından gəlinən qənaət isə budur ki, sülh çox yaxındadır (və ya yaxında idi). Ermənistanın mövqeyini isə baş nazir Paşinyan net olaraq belə izah etmişdi: “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var”.

Paşinyan “The Telegraph”a müsahibəsində demişdi ki, əslində, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb və ötən ilin sonunda bizə elə gəldi ki, yekun müqavilənin son razılığına çox yaxınıq: “Güman edirəm ki, Azərbaycanda keçirilmiş prezident seçkilərindən sonra buna nail olmaq mümkün olacaq. Deyə bilərəm ki, Ermənistan hökumətinin əvvəlki kimi regionumuzda sülhə nail olmaq və Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəsi var”.

Aİ Azərbaycanın mövqeyini qəbul edir...

7 fevral prezident seçkilərindən sonra isə demək olar ki, dünyanın əksər dövlət başçıları, beynəlxalq strukturların rəhbərləri, eyni zamanda, sülh prosesinin Brüsell formatına “ev sahibliyi” edən Aİ-nin Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidentini təbrik etdi. Şarl Mişel bununla bağlı telefon danışığı zamanı üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında görüşlərin bərpa edilməsi ilə bağlı fkirlərini bölüşüb. Prezident İlham Əliyev Azərbaycanın həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini bildirib.

Bəli, Azərbaycan üçtərəfli görüşləri bu gün də dəstəkləyir. Fransa və ya bir başqa ölkənin bu danışıqlara müdaxilə cəhdləri isə qəbuledilməzdir. Bizim mövqeyimiz aydın və nəticəyə hədəflənmişdir. Sülhün dayanıqlı və əbədi olması üçün şərtlər iki dövlət arasında müəyyənləşdirilməli, müzakirələr iki dövlət arasında aparılmalıdır. Xüsusilə bir faktı qeyd etmək lazımdır ki, Şarl Mişelin timsalında Aİ Şurası da dərk edir ki, Fransanın və ya bir başqa ölkənin danışıqlar prosesinə müdaxilə şansı qalmayıb. Şarl Mişelin xahişi də bu kontekstə əsaslanır...

Fransa yenidən “iş başında”...

Yenidən qayıdaq son təxribata. Hadisənin baş vermə yeri Aİ müşahidə missiyasının, dolayısı ilə Fransanın kəşfiyyat qrupunun “durbinçi zonasıdır”. Son günlərdə isə bu ərazidə fərqi hadisələr cərəyan edir-Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı saxlanılır, Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam De Meyer oranı “ziyarət” edir. Hadisənin baş vermə anına videogörüntülərdən nəzər saldıqda isə, planlı hərəkətin şahidi oluruq.

Demək ki, bu hadisə özü-özündən baş verməyib. Və ya bir əsgərin snayperi götürərək təsadüfən atəş açması faktı da deyil. Fransa artıq görür ki, oyundan kənar vəziyyətə düşür və Aİ Şurası da onun danışıqlardan kənarda qalması fakt ilə razılaşır. Belə olan halda isə adı Aİ-nin, əslində isə Fransanın “patronajlığı” altında olan kəşfiyyat qrupu (müşahidə missiyası) dövrəyə girir. Məram sülhə atəş açmaqdır...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 458 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31