Xalqın qəlbində ucalan Lider
29.02.2024 [10:00]
İlham Əliyevə tükənməz inamın və etimadın səbəbləri
Demokratiya yolunda inamla irəliləyən Azərbaycan fevralın 7-də növbəti dəfə nümunəvi Prezident seçkiləri keçirdi. Bütün mərhələlərdə qanunvericiliyin, Seçki Məcəlləsinin müddəaları ciddi şəkildə gözlənildi. Konstitusiya Məhkəməsi Plenumunun fevralın 13-də keçirilən iclasında ölkəmizdə 2024-cü il fevralın 7-də baş tutmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarının təsdiq və rəsmən elan olunmasına dair qərar qəbul edilib. Qərarda deyilir ki, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks olunmuş nəticələr təsdiq edilsin. Qərara əsasən Azərbaycan Respublikasının prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilib. Fevralın 14-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.
Qələbələrlə seçkilərdən seçkilərə
Artıq tarixə çevrilən 7 fevral seçkilərinin nəticələri əslində, Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevə dərin inamını və etimadını bir daha təsdiqlədi. Uğurla baş tutan, nəticələrə hansısa təsir göstərə biləcək pozuntunun aşkarlanmadığı seçkilər cəmiyyətimizin, Azərbaycan vətəndaşının əhval-ruhiyyəsinin bir testi və yaxud barometri sayıla bilər. “Əsl lider necə olmalıdır və yaxud kim əsl lider sayıla bilər” sualına cavab tapmaq üçün nəzəriyyələrə istinad etməyə, araşdırmalar aparmağa, təriflər əzbərləməyə heç bir lüzum yoxdur. Göz önündə Azərbaycan Prezidentinin nümunəsi, əsl Lider obrzı var.
Müxtəlif ölkələrin timsalında daim şahidi oluruq: Liderlər vədlər verərək hakimiyyətə gəlirlər. Lakin çox keçmir ki, verilən vədlərin sabun köpüyündən başqa bir şey olmadığı üzə çıxır. Hakimiyyət olimpinə yüksələn liderlər verdikləri vədləri yerinə yetirə bilmirlər və onlara qarşı cəmiyyətdə əks-münasibət yaranır, populyarlıq, etimad göstəricisi sürətlə aşağı düşür. Prezident İlham Əliyevə gəldikdə isə, biz başqa mənzərənin şahidi oluruq. Azərbaycan Liderinin populyarlığı, xalqın Ona bəslədiyi etimad nəinki azalmır, əksinə yüksək olaraq qalır. Ölkəmizdə 2003-cü ildən bəri İlham Əliyevin iştirak etdiyi Prezident seçkilərinin nəticələri bunu əyani şəkildə təsdiqləyir.
İlham Əliyev Prezident seçkiləri marafonuna ilk dəfə 2003-cü ildə qatılıb. Həmin il oktyabrın 15-də demokratik qaydada keçirilən seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 71.5%-i (3,046,401 vətəndaş) iştirak edib. Azad, ədalətli və şəffaf şəkildə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev ümumi seçicilərin 2 milyon 438 min 787 nəfərinin səsini qazanaraq, yəni 76.84% faizdən çox səs toplayaraq ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
İlham Əliyevin yenə də YAP-ın namizədi qismində qatıldığı ikinci Prezident seçkiləri 2008-ci il 15 oktyabr tarixində baş tutdu. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 75,64%-i (3,700,634 vətəndaş) iştirak edib. Bu dəfə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
Ölkəmizdə növbəti Prezident seçkiləri 2013-cü il oktyabr ayının 9-da keçirilib. Seçkilərə 10 namizəd qatılıb. Seçici fəallığı 72,31 faiz olub. Seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli Sərəncamına əsasən 2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi qərara alındı. 125 dairənin 5641 seçki məntəqəsində keçirilən seçkiləri 61 təşkilat, 59 ölkədən olmaqla 894 beynəlxalq müşahidəçi izləyirdi. Seçkiləri müşahidə edən yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfər idi. Şəffaflığın təmin olunması məqsədilə digər vasitələrlə yanaşı, işğal olunmuş ərazilər istisna olmaqla bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində və ya seçki məntəqələrinin təqribən 20 faizində veb-kameralar quraşdırılmışdı. Seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq qalib gəldi.
Və nəhayət 7 fevral 2024-cü il seçkiləri. İlham Əliyev yenə də seçkilərin favoriti oldu. MSK-nın məlumatına əsasən, Prezident İlham Əliyev fevralın 7-də keçirilən seçkilərdə səslərin 92.12 faizini (4 milyon 567 min 458 səs) toplayaraq qələbə qazanıb.
Yüksək seçici fəallığı
7 fevral seçkilərini fərqləndirən ən mühüm məqamlardan biri yüksək seçki fəallığı oldu. Bu da bir daha təsdiqləyir ki, Azərbaycan vətəndaşı ölkənin bu gününə və sabahına böyük həssaslıqla yanaşır, Vətənin taleyini özünün, ailəsinin taleyi sanır. Fevralın 7-si seçim anı idi - biz gələcəyimizə səs verməli idik. Azərbaycan xalqı bu seçimdə fəallıq göstərməyi, mövqeyini ortaya qoymağı özünün mənəvi məsuliyyəti kimi qəbul etdi və seçki günündə məntəqələrə gedib səs verməyə tələsdi.
Ölkəmizdə Zəfər seçkilərinin seçicilərin yüksək fəallığı şəraitində keçəcəyi əvvəlcədən də gözlənilirdi və bu gözləntilər fevralın 7-də özünün doğrultdu. Seçkilərin gedişi ilə bağlı ilk rəsmi məlumat saat 10.00-da açıqlandı. Həmin məlumatda seçicilərin 19.44 faizinin (1 milyon 259 min 371 nəfər) səs verdiyi bildirilib. Dünya ölkələrinin təcrübəsinə nəzər saldıqda və müqayisələr apardqda bəlli olur ki, bu, kifayət qədər yaxşı göstəricidir.
Mərkəzi Seçki Komissiyasından seçkilərin gedişi ilə bağlı növbəti məlumat saat 12: 00-da açıqlandı. MSK-nın məlumatında saat 12: 00-dək seçicilərin 38.57 faizinin (2 milyon 499 min 33 nəfər) səs verdiyi bildirib. Rəqəmlərdən də göründüyü kimi, seçicilərin iştirakçılığı əhəmiyyətli dərəcədə artıb.
Bundan sonra Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 15:00-a olan seçici fəallığı barədə məlumat verilib. Saat 15:00-a qədər respublika üzrə 3922187 nəfər səs verib. Seçici fəallığı 60,54 faiz olub. Hesabat vermiş məntəqələrin sayı 6515-ə çatıb.
Seçki fəallığı ölkə ərazisində bütün gün ərzində müşahidə edilib. Bunu MSK-nın açıqladığı növbəti rəqəmlərdən də görmək mümkün idi. Qurumun saat 17:00-a olan məlumatına görə, artıq seçicilərin 70.85 faizi (4 milyon 590 min 75 nəfər) səs vermişdi.
Seçkilərin son saatlarında seçici fəallığı daha da artıb. MSK-dan verilən məlumatda bildirilib ki, Prezident seçkilərində seçici fəallığı 76, 43 faiz olub.
Bütün xalqın Prezidenti
Son Prezident seçkilərində seçici fəallığının kifayət qədər yüksək olduğu bir şəraitdə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin səslərin 92,12 faizini toplaması düşünmək üçün əsaslar verir. Niyə məhz İlham Əliyev? Qatıldığı bütün Prezident seçkilərində, o cümlədən də fevralın 7-də seçicilərin mütləq əksəriyyətinin səsini qazanması İlham Əliyevin bir Lider kimi böyük üstünlüyü və xoşbəxtliyidir. Bu o anlama gəlir ki, xalq Liderin apardığı siyasətdən məmnundur və bu siyasətin gələcəkdə də davam etdirilməsini arzulayır. Xalqın bu böyük inamının və etimadının arxasında isə
İlham Əliyevin son 20 ildə dövlət başçısı kimi apardığı siyasət, bir Lider kimi üstün fərdi keyfiyyətəri dayanır. Son 20 ildə Onun rəhbərliyi ilə reallaşdırılan ardıcıl və məqsədyönlü siyasət ölkəmizə böyük uğurlar qazandırıb: Azərbaycanın iqtisadi və siyasi müstəqilliyi yüksək səviyyədə təmi olunub, beynəlxalq mövqeyi möhkəmlənib. Bu gün respublikamız dünyada milli maraqlarını qətiyyətlə qorumağı bacaran ləyaqətli dövlət kimi tanınır və hörmət bəslənilir.
İlham Əliyevin Lider obrazı kifayət qədər parlaqdır. Bu obrazda diqqət çəkən və nümunə sayıla biləcək çoxlu cəhətlər sadalamaq mümkündür. Məsələn, xalqa bağlılıq, sadə insanlar arasında özünü xoşbəxt sanmaq Onun Lider obrazının ən spesifik cəhətidir. Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də dövlət başçısı kimi ilk dəfə and içəndə demişdi: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”. Oldu da. Əlbəttə, dövlət başçısı olması İlham Əiyevdən özünəməxsus davranış qaydaları sərgiləməyi tələb edir. Lakin biz İlham Əliyevin vəzifə məsuliyyətinin bütün miqyasını dərk edərək verdiyi qərarlarda, atdığı addımlarda son dərəcə sərrast olması, zamanında hədəfi, strateji məqsədləri düzgün müəyyənləşdirməsi ilə yanaşı, cəsarətlə dövlət siyasətinə xəliqilik elementləri qatmasını da müşahidə edirik. İlham Əliyev tez-tez regionlara səfərlərə gedir, ictimaiyyət nümayəndələri ilə görüşlər keçirir. Bu görüşlər, səfərlər izsiz ötüşmür. O, insanları dinləyir, onlardan məktublar alır və cəmiyyəti narahat edən məsələlərlə tanış olur. Sonradan yerlərdə keçirilən görüşlərdə qaldırılan məsələlər, verilən ideyalar ümumiləşdirlərək dövlət siyasətinin istiqamətlərindən biri kimi müəyyənləşdirilir. Beləliklə, o qənaət hasil olur ki, Azərbaycanın dövlət siyasəti yalnız hansısa nəzəriyyələrə əsaslanmır. Ölkənin strateji inkişaf kursu, prioritetləri müəyyənləşdirlərkən konseptual yanaşmalarla paralel şəkildə, cəmiyyətdən gələn sosial sifarişlər də mütləq qaydada nəzərə alınır ki, bu da aparılan siyasətin yüksək səmərəliliyini şərtəndirir. İlham Əlievin 20 illik siyasəti məhz nəticəyönümlü olub və yüksək vətəndaş məmnunluğunu təmin edib. Prezident İlham Əliyevi dövlət başçısı kimi fərqləndirən əsas cəhətlərdən biri Onun sevimli xalqını özünə dayaq sanması və məsuliyyətini də xalqa xidmət etməkdə görməsidir. O, son 20 ildə dövlət başçısı vəzifəsində məhz bu məsuliyyət yükü ilə çalışaraq Azərbaycanı zirvələrdən-zirvələrə yüksəldib. İlham Əliyev 44 günlük Vətən müharibəsinə də dövlətin və xalqın həmrəyliyinin rəmzi olaraq “Dəmir yumruq” devizini seçib. “Dəmir yumruq” öz problemlərini özü həll etmək iqtidarında olan Azərbaycan dövləti ilə xalqın birliyinin ifadəsidir. Müzəffər Lider İlham Əliyev məhz qarşısıalınmaz sienerjiyə malik dövlətlə xalqın vəhdəti sayəsində əsas ümummilli ideyamızı gerçəkləşdirməklə - ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına nail olmaqla, Şuşanı azad etməklə, Xankəndidə bayrağımızı dalğalandrmaqla xalqının qəlbində əbədi olaraq ucalıb.
Milli-mənəvi dəyərlərə, ailə ənənələrinə böyük önəm verən Lider
Qloballaşma şəraitində yaşayırıq. İnternet bütün dünyanı obrazlı ifadə etsək, kiçik kəndə çevirib, bir ovuc içinə sığışdırıb. İnnovativ texnologiyalar inkişafı əks etdirsə də, təhlükələrinin miqyası da böyükdür. Qloballaşma dövrünün təhlükələri daha çox dərəcədə milli dövlətləri, xalqları hədəfə alır. Statistika kədərlidir. Tərəqqiyə geniş meydan açan qloballaşma şəraitində xalqların milli-mənəvi dəyərlərinə təhdidlər artır. Dünyamızın bəzəyi olan xaqların dəyər müxtəlifliyinin yerini ümumiləşməyə verəcəyini düşünmək kədərli təəssüratlar yaradır. Bu mənada Azərbaycan xalqının bəxti gətirib desək, yanılmarıq. Bəli, bəxtimiz onda gətirib ki, ölkəmizə kosmopolit yox, məhz milli düçşüncəli Lider rəhbərlik edir. Xalqımızın qərinələrdən gələn zəngin milli-mənəvi dəyərlər sistemi, özünəməxsus ənənələri var. İlham Əliyev milli dəyərərimizə təəssübkeş münasibət bəsləyən Liderdir. İndi Avropada yaşanan mənzərə adamı heyrətə salır - böyük-kiçik yeri bilinmir, kişi ilə qadına fərq qoyulmur və s. Həm də digər ölkələri, o cümlədən Azərbaycanı da mənəvi cəhətdən deqradasiyaya uğrayan Qərbə inteqrasiyaya çağırırlar. Təəssübkeş milli Lider olan İlham Əliyev belə inteqrasiyanın əleyhinədir və bu xüsusda Özünün dəyərli fikirlərini də gənclərlə görüşlərində birmənalı şəkildə ifadə edib. O, qətiyyətlə bildirir ki, biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq.
Ailə dəyərləri Azərbaycan xalqının mental dəyərlər sistemində xüsusi yer tutur. Ailə bizim üçün müqəddəsdir, böyük Vətənin kiçik modelidir və onun rəmzidir. Prezident İlham Əliyevin davamlı diqqəti sayəsində ölkəmizdə məqsədyönlü dövlət qadın siyasəti həyata keçirilir, gender bərabərliyi təmin olunur, ailə institutu qorunur. Eyni zamanda, İlham Əliyev şəxsi nümunəsi ilə Azərbaycan xalqının ailə dəyərlərinə, necə deyərlər, yeni nəfəs verir, bu dəyərlər sistemini daha da zənginləşdirir. Əvvəla onu qeyd edək ki, Azərbaycanda Mehriban xanım Əliyevanın timsalında kifayət qədər funksional olan birinci xanım institutunun formalaşması dövlət siyasətinin səmərəliliyinin artmasına davamlı töhfələr verir. Biz tez-tez Mehriban xanımın xüsusilə də təhsilin, səhiyyənin inkişafını, həssas qruplardan olan insanlara qayğının artırılmasını hədəfləyən təşəbbüslərlə çıxış etdiyinin şahidi olurur. Prezident İlham Əliyevin birldirdiyi kimi, sonradan bu təşəbbüslər dövlət siyasətində mütləq nəzərə alınır.
Xalqla mütəmadi təmaslar İlham Əliyev üçün artıq bir ənənəyə çevrilib - O, yubileylərini, ailə bayramlarını bir qayda olaraq qaçqın və məcburi köçkün soyadaşlarımızla bir yerdə keçirirdi. Hiss olunur ki, İlham Əliyev məhz qayğıya ehtiyacı olan insanları sevindirəndə, belə ailələrə dövlətin hədiyyə etdiyi mənzillərdə süfrə arxasında əyləşib çay içəndə, çörək kəsəndə özünü xoşbəxt sanır. Bu təmaslarda o qədər səmimi ab-hava yaranır ki, insanlar rəsmiyyəti unudaraq İlham Əliyevlə dövlət başçısı kimi deyil, ailə üzvlərindən biri kimi rəftar edirlər, öz dərd-sərlərini və arzularını, gələcəklə bağlı planlarını Onunla bölüşürlər.
İlham Əliyev müxtəif auditoriyalarda, o cümlədən də gənclərlə keçirdiyi görüşlərində ölkəmizdə nümunəvi olan böyük-kiçik, kişi-qadın münasibətlərini cəmiyyətimizin üstün dəyərlərindən biri kimi təqdim edir. Eyni zamanda , Onun özü də davranışlarında xalqımıza xas olan yazılmamış “davranış qanunlarını” gözləməyi Özünə borc sanır. Buna son nümunəni xatırlamaq yerinə düşər. 7 fevral, separatçılardan təmizlənmiş, Azərbaycan Bayrağının əzəmətlə dalğalandığı Xankəndi şəhəri. Burada səhər tezdən Prezident seçkiləri keçirilir. İlham Əliyev və ailə üzvləri səs verirlər. Nəyi müşahidə edirik? Prezident İlham Əliyevin Özünü ik növbədə ailə başçısı kimi aparmasını. O, daşıdığı yüksək statusa rəğmən bütün prosesurlara əməl etdi, təmkinlə növbəyə dayandı, ailənin digər üzvərinin Ondan qabaq səs verməsini gözlədi. Bu sadə ştrixdə Prezident İlham Əliyevin böyüklüyü, centlmenliyi, dəyərlərə sadiqliyi aydın şəkildə nəzərə çarpır.
Prezident İlham Əliyevin Azərbaycan xalqının ailə dəyərlərinə sadiqliyindən bəhs edərkən Onun məhz sədaqət, sevgi yuvası sayılan Heydər Əliyev - Zərifə Əliyeva ailəsinin davamçısı olduğunu xatırlamamaq mümkün deyil. Dəyərlərimizin və ənənələrimizin daşıyıcıları Heydər Əliyev-Zərifə Əliyeva cütlüyünün sayəsində bu ailəyə xoşbəxtlik və məhəbbət hakim kəsilmişdi. Heydər Əliyev böyük dövlət xadimi idi, çox gərgin iş rejimində çalışırdı. Zərifə Əliyeva Ona dayaq durur, evdə yaratdığı müsbət aura ilə işin gərginliyini aradan qaldırırdı. İlham Əliyev belə nümunəvi ailədə dünyaya göz açıb, böyüyüb, təhsil və tərbiyə alıb. Dövlətimizin başçısı dəfələrlə bildirib ki, Ulu Öndərin siyasətinin ardıcıllığını təmin etmək Onun üçün birinci dərəcəli vəzifədir. O qənaət yaranır ki, Heydər Əliyev siyasətinin ən layiqli varisi olan İlham Əliyev ailədə də Ulu Öndərin yolunu ləyaqətlə davam etdirir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
22 Oktyabr 22:37

Dünya
22 Oktyabr 22:13

YAP xəbərləri
22 Oktyabr 21:52

Dünya
22 Oktyabr 21:35

YAP xəbərləri
22 Oktyabr 21:17

Analitik
22 Oktyabr 21:01

YAP xəbərləri
22 Oktyabr 20:42

YAP xəbərləri
22 Oktyabr 20:26

Dünya
22 Oktyabr 20:12

YAP xəbərləri
22 Oktyabr 19:51

Dünya
22 Oktyabr 19:31

YAP xəbərləri
22 Oktyabr 19:14

YAP xəbərləri
22 Oktyabr 18:33

YAP xəbərləri
22 Oktyabr 18:09

YAP xəbərləri
22 Oktyabr 17:50

YAP xəbərləri
22 Oktyabr 17:49

YAP xəbərləri
22 Oktyabr 17:11

YAP xəbərləri
22 Oktyabr 17:10

YAP xəbərləri
22 Oktyabr 16:19

Siyasət
22 Oktyabr 16:05

YAP xəbərləri
22 Oktyabr 15:54

YAP xəbərləri
22 Oktyabr 15:38

YAP xəbərləri
22 Oktyabr 15:18

Gündəm
22 Oktyabr 14:57

Siyasət
22 Oktyabr 14:34

Siyasət
22 Oktyabr 14:33

Siyasət
22 Oktyabr 14:11

Sosial
22 Oktyabr 13:46

YAP xəbərləri
22 Oktyabr 13:24

YAP xəbərləri
22 Oktyabr 13:06

Gündəm
22 Oktyabr 13:02

Sosial
22 Oktyabr 12:57

Gündəm
22 Oktyabr 12:31

YAP xəbərləri
22 Oktyabr 12:29

YAP xəbərləri
22 Oktyabr 12:26

Elanlar
22 Oktyabr 12:21

İqtisadiyyat
22 Oktyabr 12:18

Siyasət
22 Oktyabr 12:15

YAP xəbərləri
22 Oktyabr 12:11

Hadisə
22 Oktyabr 12:03

Dünya
22 Oktyabr 12:02

İqtisadiyyat
22 Oktyabr 12:00

İqtisadiyyat
22 Oktyabr 11:59

Siyasət
22 Oktyabr 11:46

İqtisadiyyat
22 Oktyabr 11:40

Dünya
22 Oktyabr 11:38

Siyasət
22 Oktyabr 11:37

Siyasət
22 Oktyabr 11:23

Siyasət
22 Oktyabr 10:55

İqtisadiyyat
22 Oktyabr 10:32

İqtisadiyyat
22 Oktyabr 10:17

MEDİA
22 Oktyabr 09:58

Analitik
22 Oktyabr 09:34

Analitik
22 Oktyabr 09:15

Sosial
22 Oktyabr 08:57

Mədəniyyət
22 Oktyabr 08:21

YAP xəbərləri
22 Oktyabr 08:16
YAP xəbərləri
22 Oktyabr 00:12

YAP xəbərləri
21 Oktyabr 23:10

YAP xəbərləri
21 Oktyabr 22:41

Maraqlı
21 Oktyabr 21:30

Xəbər lenti
21 Oktyabr 21:28

YAP xəbərləri
21 Oktyabr 21:12

YAP xəbərləri
21 Oktyabr 20:57

Dünya
21 Oktyabr 20:18
YAP xəbərləri
21 Oktyabr 20:01

Gündəm
21 Oktyabr 19:53

YAP xəbərləri
21 Oktyabr 19:46

Dünya
21 Oktyabr 19:15

Dünya
21 Oktyabr 18:19
