Avropada ayırıcı xətt - islomafobiya
01.03.2024 [10:40]
Bütövlükdə Azərbaycanın beynəlxalq birliyə, ayrı-ayrı təşkilatlara, suveren dövlətlərə münasibəti səmimidir və özünə qarşı da belə davranılmasını istəyir. Ölkəmizin davamlı olaraq qlobal təhdidlərə qarşı beynəlxalq həmrəyliyin gücləndirlməsinə çağırışlar etməsi hər kəsə bəllidir. Regional və qlobal əməkdaşlığa sanballı töhfələr verən respublikamızın qətiyyətli mövqeyi ondan ibarətdir ki, ölkələrarası münsaibətlər qarşılıqlı maraqlara əsaslanmalı, bərabərlik gözlənilməli və burada beynəlxalq hüquq normalarına istinad edilməlidir. Ancaq təəssüf doğuran haldır ki, Azərbaycanın səmimi, beynəlxalq hüquq normalarına əsaslanan siyasət aparmasına rəğmən, biz bəzi beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin ölkəmizə münasibətlərində açıq-aşkar qərəzçiliyə yol verdiklərinin şahidi oluruq. Bu məsələni Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bir daha gündəmə gətirib.
Azərbaycan əsassız olaraq günahlandırılır
Görüşdə dövlətimizin başçısı Azərbaycan ərazilərinin 30 il Ermənistanın işğalı altında qalması faktına diqqət çəkib. İşğal illərində ermənilər misli görünməmiş vandalizm əməlləri törədərək həmin əraziləri dağıdıblar. İşğal nəticəsində 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşüb və ölkəmiz humanitar böhranla üzləşib. Ermənistanın silahlı qüvvələri tərəfindən törədilən və bir neçə gün bundan əvvəl 32-ci ildönümü qeyd edilən Xocalı soyqırımı insanlıq faciəsidir. Dövlətimizin başçısı vurğulayıb ki, torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. Buna baxmayaraq, biz işğal dövründə zamanında Qərbi Azərbaycanda yaradılan saxta Ermənistan dövlətinin dünyada havadarları tərəfindən necə güclü şəkildə dəstəkləndiyinin şahidi olduq. İşğalçı Ermənistan üç onillik ərzində daim sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirir, beynəlxalq hüquq normaları ilə bir araya sığmayan tələblər irəli sürür və daim keçmiş təmas xətti boyunca təxribatlara əl atırdı. Bu kimi davranışlarla Ermənistan, əslində işğal nəticəsində yaranan keçmiş status-kvonu sonsuzluğadək uzatmağa çalışırdı. Bunun yeganə səbəbi isə işğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın beynəlxalq hüquq normaları çərçivəsində cəzalandırılmaması idi. Azərbaycanın təcavüzkarın cilovlanması, ona qarşı sanksiyaların tətbiq edilməsi çağırışları cavabsız qalırdı. Sanki beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar vermişdi.
Belə olan halda Azərbaycan düşmənin təxribatlarının qarşısını almaq üçün özü hərəkətə keçmək məcburiyyətində qaldı. 2020-ci ildə baş verən 44 günlük müharibədə Ermənistan layiqli şəkildə cəzalandırıldı. Qarşı tərəf kapitulyasiyaya məruz qaldı. Beləliklə, Azərbaycan ərazi bütövlüyünü və beynəlxalq hüququ öz gücünə təmin etdi. Ötən il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində isə respublikamız Qarabağda separatizmin kökünü kəsməyə nail oldu. Ərazi bütövlüyünü və suverenliyini təmin etmək Azərbaycan dövlətinin müstəsna hüquqdur. Burada ölkəmiz hansısa bir beynəlxalq hüquq normasını, davranış qaydalarını pozmayıb. Əksinə həm Vətən müharibəsində, həm də antiterror tədbirlərində Ordumuz yüksək peşəkarlıq və humanizm nümunəsi ortaya qoydu - mülki infrastruktura ziyan vurulmadı, əhalinin həyatı qorundu.
Əslində, Azərbaycanın etdikləri bütün beynəlxalq müstəvilərdə təqdir olunmalıdır. Çünki biz təcəvüzkarı cəzalandırmışıq. Ancaq ayrı-ayrı dövlətlər və bəzi beynəlxalq təşkilatlar Azərbaycanın suveren hüquqlarına əsaslanan siyasətinə adekvat münasibət göstərmirlər, bizi əsassız olaraq günahlandırırlar. “İndi biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalmışıq”, - deyə Prezident İlham Əliyev görüşdə vurğulayıb.
Din faktorundan qaynaqlanan ikili standartlar
Bütün səmavi dinlər bəşəriyyəti bərabərliyə və humanizmə çağırır. Təəssüf doğuran haldır ki, bugünkü Avropada hətta dini dəyərlər belə manipulyasiya predmetinə çevrilib. Tam qətiyyətlə deyə bilərik ki, hazırda öz dəyərlərindən və ənənələrindən uzaqlaşan qoca qitədə bir sıra hallarda dini təəssübkeşliyə çağırışlar edilir, islamofobiya həyat normasına çevrilir. Son illərdə Yaxın Şərqdə əsasən İslam dininə sitayiş edən insanların yaşadıqları coğrafiyalarda kədərli münaqişələr yaşanır, qanlı müharibələr səngimək bilmir. Bu münaqişələrin və müharibələrin ssenariləri isə bir qayda olaraq Qərb dairələrində hazırlanır. Sadə, günahsız insanlar aclıqdan, səfalətdən, dağıntılardan xilas olmaq naminə Avropaya üz tuturlar. Burada isə onların üzünə qapılar bağlanır.
Əhalisinin böyük əksəriyyəti müqəddəs İslam dininə etiqad göstərən Azərbaycana münasibətdə də oxşar mənzərə müşahidə edilir. Azərbaycan cəmiyyətinə ənənəvi olaraq tolerantlıq hakimdir. Ölkəmiz davamlı şəkildə multikulturalizmi təşviq edir. Burada dini inanclarına görə insanlar arasında fərq qoyulmur. Qərbdə fəaliyyət göstərən ayrı-ayrı təşkilatlar və bəzi ölkələr isə sözün əsl mənasında “xristian klubu” rolunda çıxış edərək məğlub Ermənistanın təəssübünü çəkirlər. Prezident İlham Əliyev Avropanın ərazi bütövlüyü uğrunda mübarizə aparan Ukraynaya dəstək verməsini xatırladıb. Ortada iki oxşar nümunə olsa da, dövlətlərə münasibət daban-dabana ziddiyyət təşkil edir. “Ukraynanı götürək, Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Almaniya və digər ölkələr Ukraynaya silahlar göndərir. Siz hamınız bəyan edirsiniz ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir. Bəs bizim ərazi bütövlüyümüz?! Məgər bu məsələ Ukrayna məsələsindən daha az önəmlidir? Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük. Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir. Mən demirəm ki, bu mənim şəxsi fikrimdir, insanların çoxu belə düşünür. Biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Bu, ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?! Almaniya Kansleri qərəzsizlik nümayiş etdirir, onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkaranə və məqsədyönlü şəkildə edir. Bildiyiniz kimi, biz bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəlmişik. Çünki əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə orada olmalıyıq?!”, - deyə dövlətimizin başçısı bildirib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

