Prezidentin dünyaya mesajı...
05.03.2024 [10:20]
Təmiz dünya uğrunda apardığımız mübarizədə mühüm mərhələ adlamışıq
İlham Əliyev: Bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq.
Müasir çağırışlar ənənəvi inkişaf tendensiyasına yeni nüanslar qazandırır. Bu mənada iqtisadi - ticari əlaqələrin yeni mərhələsi mühüm elementlərlə zənginləşməkdədir. Məsələn, qlobal miqyasda baş verən bir sıra proseslər, o cümlədən intensiv texnoloji dəyişikliklər, resurslardan səmərəli istifadə olunması zərurəti və əlbəttə ki, sıfır emissiyasız iqtisadiyyat quruculuğuna keçid özlüyündə yeni çağırışlar müəyyənləşdirməkdədir. Artıq 30 ilə yaxındır ki, xüsusi aktuallıq daşıyan bu çağırışlardan biri də bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlıdır ki, bu da yaşıl enerji dövrünü reallaşdırır. Hesablamalara görə, alternativ mənbələrdən enerji istehsalı növbəti dövr üçün özünün istifadə imkanlarını artaraq - 2025-ci ildə dünya üzrə elektrik istehsalının 33 faizini təşkil edəcək. Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizi bərpaolunan enerji mənbələrinin payına düşəcək. Ən çox artım isə günəş və külək enerjisi istehsalında gözlənilir - müvafiq olaraq 60 və 30 faiz səviyyəsində.
Ənənəvi enerji ixracatçısı olsaq da...
Azərbaycan dünyada ənənəvi enerji daşıyıcılarının ixracatçısı kimi tanınır. Xüsusilə, 2022-ci ildə başlayan Ukrayna-Rusiya müharibəsi fonunda Azərbaycanın qaz təchizatçısı kimi rolu genişlənməkdədir. Respublikamız ehtiyatları 1,2 trilyon kubmetr “mavi yanacaq” həcmində dəyərləndirilən “Şahdəniz” yatağının və 2020-ci ilin son günlərində bütünlüklə istismara verilən Cənub Qaz Dəhlizinin sayəsində Avropa üçün həm yeni mənbə, həm də diversifikasiya edilmiş marşrut qismində çıxış edir. Çox haqlı olaraq Azərbaycanın təşəbbüsü və liderliyi ilə yaradılan Cənub Qaz Dəhlizi “qoca qitə”nin “mavi yanacaq” təchizatında keyfiyyətcə yeni bir mərhələnin başlanması kimi dəyərləndirilir. Bu enerji dəhlizinin 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibində quraşdırılıb. 2021-ci ildə Avropadan Azərbaycana cəmi 5 milyard kubmetr qazın alınması ilə bağlı sifariş verilmişdi. İlin yekununda respublikamız Avropaya qaz tədarükünü 8 milyard 150 milyon kubmetrə çatdırmağa nail oldu. Bu rəqəm ildən-ilə artmaqdadır. Azərbaycan özünü proqnozlaşdırılan və etibar edilən tərəfdaş kimi təsdiqləyib. Artıq başqa ölkələr də bu dəhlizə qoşulmaqla bağlı müraicətlər ediblər ki, Azərbaycanın qaz təchizatçısı kimi imkanları bu müraciətləri müsbət cavablandırmağa imkan verir.
Əsas hədəfimizə mane olmamalıdır...
Amma Azərbaycanın qaz ixracı potensialı və imkanları təbii olaraq yeni enerji çağırışlarını gözardı etməsi demək də deyil. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. İlkin dəyərləndirmələrə əsasən, ölkəmizin külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Azərbaycan artıq bu zəngin potensialın reallaşdırılması mərhələsindədir. Vurğulanmalıdır ki, 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30 və yaxud 40 faizə çatdırılması hədəf kimi qarşıya qoyulur. Təsadüfi deyil ki, martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxış edən Prezident İlham Əliyev bildirib ki, Cənub Qaz Dəhlizinin genişlənməsinin və təbii qaza aid istənilən digər layihənin maliyyələşməsi elə bir şəkildə aparılmalıdır ki, bizim əsas hədəfimizə mane olmasın.
Azərbaycanın “yaşıl dünya” naminə töhfələri...
Bəli, Cənubi Qafqazın lideri Azərbaycan aparıcı regional aktor kimi qlobal proseslərdə mühüm rol almaqla yanaşı, yeni iqtisadi çağırışları da adekvat şəkildə cavablandırır. Xüsusilə, son dövrlərdə “yaşıl enerji” və “yaşıl dünya” prioritetlərini açıqlayan Azərbaycan dünyanın sağlam gələcəyi uğrunda əsaslı təşəbbüsləri ilə yadda qalmaqdadır. Bəli, dünya ölkələri ən çətin, həssas durumlara düşən, hətta dilemma qarşısında qalan zaman Azərbaycan özünün bu kimi beynəlxaq çağırışları, qlobal təşəbbüsləri ilə gündəmə gəlir. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi sabit və sakit dünya, silahsız və müharibəsiz həyat, sosial təminatı olan və ali təfəkkürə malik cəmiyyət prioritetləri kimi vacib şərtə çevrilən “yaşıl dünya” şüarını, sağlam gələcəyi tərənnüm etməkdədir. “Yaşıl dünya” şüarı Azərbaycanın ümumi inkişaf prosesinin ən ümdə ştrixlərini özündə birləşdirir - bu gün dünyanın bir sıra regionlarının enerji təminatçıları sırasında yer alan Azərbaycan yeni dövr üçün yeni prioritetlər müəyyənləşdirir və bu prioritetlərin həyata keçməsi prosesində böyük cəsarət, qətiyyət nümayiş etdirir.
Ən mühüm prioritetlərdən biri...
Bu sahənin inkişafı ilə bağlı beynəlxalq əlaqələrimiz isə günü-gündən genişlənməkdədir. Məhz bu addımlar nəticəsində ölkəmizdə yaşıl enerjinin istehsalının artırılmasına hədəflənən qurğular hazırlanır, zavodlar açılır. Ölkəmizin digər böyük planı Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşları ilə fəal şəkildə işləməkdən ibarətdir. 2022-ci ilin dekabrında Azərbaycanda istehsal olunacaq “yaşıl enerji”nin Qara dənizin dibi ilə Avropaya çatdırılmasını özündə ehtiva edən müvafiq müqavilə imzalanıb. Bu istiqamətdə artıq fəaliyyətə start verilib. Yeni enerji təhlükəsizliyi layihəsinin - Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırmasının hazırlanması prosesi yekunlaşdırılır. Beləliklə, Azərbaycan yeni dönəmdə yeni enerji siyasətinin ən mühüm mərkəzlərindən biri kimi çıxış edir. Bu isə qarşıdakı dövr üçün yeni iqtisadi münasibətlər sistemində də ölkəmizin yerinin ən mühüm və fəal oyunçulardan biri kimi müəyyənləşdirilməsini səciyyələndirir.
Azərbaycan COP29-a ev sahibliyi edəcək
Əldə edilən kompleks uğurlar isə nəticə etibarı ilə COP29-un Azərbaycanda keçirilməsi üçün təbii zəmin yaratdı - bəlli olduğu kimi, bu ilin noyabrında Sammit ölkəmizdə baş tutacaq. Sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarın yekdilliklə dəstəklənməsi isə mühüm əhəmiyyət daşıyır. Azərbaycana növbəti dəfə inanılıb və hörmət göstərilib. Bu, son dərəcə böyük etimaddır. Dünya birliyinin respublikamıza bu böyük etimadı göstərməsi isə heç də təsadüfi deyil. Bu, bir tərəfdən Azərbaycanın apardığı siyasət, digər tərəfdən isə ölkəmizin müsbət reallıqları ilə bağlıdır. Azərbaycan bu tədbiri ən yüksək səviyyədə təşkil edəcək - buna həm siyasi potensialımız, həm də mənəvi cəhətdən hüququmuz imkan verir. Daima qlobal təşəbbüslərlə aktuallaşan Azərbaycan qarşıdakı illərdə özünün yaşıl prioritetləri uğrunda səylərini daha da möhkəmləndirəcək...
Biz nefti inkişafa çevirdik...
Qeyd edildiyi kimi, ənənəvi enerji daşıyıcılarına, qazıntı yanacağına sahib olmaq Azərbaycanın “yaşıl dünya”ya verəcəyi töhfələrin qarşısını almır. Tam əksinə, Azərbaycan 20 ildən artıqdır ki, neft kapitalının uğurlu şəkildə insan kapitalına çevrilməsi yönündə addımları ilə seçilir. Ən böyük zənginlik vətəndaşların sosial və intellektual inkişafıdır ki, Azərbaycanın bunun təminatı ilə bağlı mühüm proqramlar qəbul edir. Dövlətimiz əldə olunan gəlirlərin yüksək yaşam standartlarının təmininə, yaşıl enerji prioritetinə, vətəndaş məmnunluğunun yüksəlişinə və ən əsası yaşadığımız planetin qorunmasına yönləndirə bilib. Bu gün COP29 kimi mühüm bir tədbirin ölkəmizdə keçirilməsi bunu təsdiqləyir.
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirib ki, qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil: “Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır. Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
22 Oktyabr 22:37

Dünya
22 Oktyabr 22:13

YAP xəbərləri
22 Oktyabr 21:52

Dünya
22 Oktyabr 21:35

YAP xəbərləri
22 Oktyabr 21:17

Analitik
22 Oktyabr 21:01

YAP xəbərləri
22 Oktyabr 20:42

YAP xəbərləri
22 Oktyabr 20:26

Dünya
22 Oktyabr 20:12

YAP xəbərləri
22 Oktyabr 19:51

Dünya
22 Oktyabr 19:31

YAP xəbərləri
22 Oktyabr 19:14

YAP xəbərləri
22 Oktyabr 18:33

YAP xəbərləri
22 Oktyabr 18:09

YAP xəbərləri
22 Oktyabr 17:50

YAP xəbərləri
22 Oktyabr 17:49

YAP xəbərləri
22 Oktyabr 17:11

YAP xəbərləri
22 Oktyabr 17:10

YAP xəbərləri
22 Oktyabr 16:19

Siyasət
22 Oktyabr 16:05

YAP xəbərləri
22 Oktyabr 15:54

YAP xəbərləri
22 Oktyabr 15:38

YAP xəbərləri
22 Oktyabr 15:18

Gündəm
22 Oktyabr 14:57

Siyasət
22 Oktyabr 14:34

Siyasət
22 Oktyabr 14:33

Siyasət
22 Oktyabr 14:11

Sosial
22 Oktyabr 13:46

YAP xəbərləri
22 Oktyabr 13:24

YAP xəbərləri
22 Oktyabr 13:06

Gündəm
22 Oktyabr 13:02

Sosial
22 Oktyabr 12:57

Gündəm
22 Oktyabr 12:31

YAP xəbərləri
22 Oktyabr 12:29

YAP xəbərləri
22 Oktyabr 12:26

Elanlar
22 Oktyabr 12:21

İqtisadiyyat
22 Oktyabr 12:18

Siyasət
22 Oktyabr 12:15

YAP xəbərləri
22 Oktyabr 12:11

Hadisə
22 Oktyabr 12:03

Dünya
22 Oktyabr 12:02

İqtisadiyyat
22 Oktyabr 12:00

İqtisadiyyat
22 Oktyabr 11:59

Siyasət
22 Oktyabr 11:46

İqtisadiyyat
22 Oktyabr 11:40

Dünya
22 Oktyabr 11:38

Siyasət
22 Oktyabr 11:37

Siyasət
22 Oktyabr 11:23

Siyasət
22 Oktyabr 10:55

İqtisadiyyat
22 Oktyabr 10:32

İqtisadiyyat
22 Oktyabr 10:17

MEDİA
22 Oktyabr 09:58

Analitik
22 Oktyabr 09:34

Analitik
22 Oktyabr 09:15

Sosial
22 Oktyabr 08:57

Mədəniyyət
22 Oktyabr 08:21

YAP xəbərləri
22 Oktyabr 08:16
YAP xəbərləri
22 Oktyabr 00:12

YAP xəbərləri
21 Oktyabr 23:10

YAP xəbərləri
21 Oktyabr 22:41

Maraqlı
21 Oktyabr 21:30

Xəbər lenti
21 Oktyabr 21:28

YAP xəbərləri
21 Oktyabr 21:12

YAP xəbərləri
21 Oktyabr 20:57

Dünya
21 Oktyabr 20:18
YAP xəbərləri
21 Oktyabr 20:01

Gündəm
21 Oktyabr 19:53

YAP xəbərləri
21 Oktyabr 19:46

Dünya
21 Oktyabr 19:15

Dünya
21 Oktyabr 18:19
