Vətənə qaytarılan əsgər: Bilirdim ki, Prezident İlham Əliyev məni xilas edəcək
06.03.2024 [09:45]
Azərbaycan hərbçisinin Prezidentə, Ali Baş Komandana sonsuz sədaqəti və inamı
Bir neçə gün əvvəl Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azan və Ermənistan hərbçiləri tərəfindən saxlanılan əsgər Ruslan Pənahov Vətənə qaytarılıb. R. Pənahov martın 5-də təyyarə ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gətirilib. Əsgərimizin Vətənə qaytarılması sıradan bir hadisə deyil. Bunu müxtəlif baxış bucaqlarından dəyərləndirmək mümkündür.
Hərbçilərə diqqət və qayğı həmişə Prezident, Ali Baş Komandan İlham Əliyevin nəzarətindədir
Böyük Zəfərlərimizlə başa çatan 44 günlük Vətən müharibəsi və 23 saatlıq uğurlu antiterror tədbirləri Azərbaycan hərbiçilərinin sərhəd tanımayan torpaq sevgisini və Prezident, Ali Baş Komandan İlham Əliyevə sonsuz sədaqətini, inamını bütün dünyaya nümayiş etdirdi. Verilən məlumatlara görə 44 günlük müharibədə düşmən ordusunun 11 min əsgər və zabiti fərarilik edib, silahlarını qoyaraq döyüş mövqelərindən qaçıb. Azərbaycan tərəfində isə bir dənə də olsun belə hal baş verməyib. Hərbiçilərimiz “Arxada Vətəndir!” deyib daim irəli gediblər və hər gün yeni qələbələrə imza atıblar. Vətən müharibəsi günlərində Şuşanın fəthi ilə bağlı ibrətamiz bir foto paylaşıldı. Həmin fotoda ağır silahları daşıyan gənc əsgərimiz yaralı döyüş yoldaşını da çiyinlərinə alaraq çətin keçilən yollarla, qayalarla Şuşaya doğru irəliləyir. Budur Azərbaycan gəncinin Vətən sevgisi. Bu ruhu, iradəni heç nə ilə qırmaq mümkün deyil!
Eyni zamanda, Azərbaycan əsgərinə Prezident, Ali Baş Komandan İlham
Əliyevə sonsuz sədaqət və inam hakimdir. Prezident İlham Əliyev son 200 illik tariximizdə xalqımızı ilk dəfə Zəfərə qovuşduran yenilməz sərkərdədir. Tarix boyunca torpaq itkilərinə məruz qalmışıq, xain hücumlar nəticəsində sərhədlərimiz daralıb. Biz ilk dəfə Vətən müharibəsində torpaq itirmədik, əksinə zamanında işğal altına düşmüş ərazilərimizi geri qaytardıq. Böyük Qələbəmizin əsas memarı isə Prezident İlham Əliyevdir. Azərbaycanın Silahlı Qüvvələri sonsuz qürur mənbəyimiz olan qələbələrimizi Onun yenilməz iradəsi və komandanlığı ilə qazandı. Hərbiçilərimiz Ali Baş Komandana sədaqətlə vuruşaraq bütün döyüş tapşırıqlarını yerinə yetirdilər.
Azərbaycan əsgər və zabitlərini yenilməz edən həm də onların Prezidentə, Ali Baş Komandana güvən hissidir. İlham Əliyev yalnız uğurlu döyüş əməliyyatları planlaşdırmır, həm də bütün hallarda hərbiçilərimizə arxa, dayaq durur. Azərbaycan hərbiçiləri əmindirlər ki, ən çətin məqamlarda Ali Baş Komandan onların yanında, arxalarında dayanacaq. Müharibə günlərində Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə hərbi hospitalda müalicə alan yaralı əsgər və zabitlərimizə baş çəkməsi, onların müalicəsi üçün öz tapşırıqlarını verməsi böyük təəssüratlar oyadır. Eyni zamanda, müxtəlif səbəblərdən əsir düşən hərbiçilərimizin və mülki vətəndaşlaımızın geri qaytarılması da həmişə dövlətimizin başçısının diqqətində olub. Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, heç bir vətəndaşını, hərbçisini darda qoymayacaq və onlara yardım göstərmək, əsirlikdən azad etmək üçün bütün zəruri tədbirlər görüləcək. Bunu artıq Ermənistan da anlayır. Ona görə də vəziyyətin daha da gərginləşməməsi, ölkəmizin Ermənistana növbəti dərsi verməməsi üçün rəsmi İrəvan, belə demək mümkündürsə, qabaqdangəlmişlik edərək əsgərimizi Azərbaycana qaytarmağa razılaşıb. Buradan da əsgər və zabitlərimizdə Ali Baş Komandana böyük güvən hissi formalaşır. R.Pənahov onu Vətənə geri qaytardığı üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü ifadə edib. “Mən bilirdim ki, Prezident İlham Əliyev məni xilas edəcək”, - deyə o bildirib.
Azərbaycanın yenilməz gücü
Ermənistanın müvafiq qurumları hərbiçimizin azad edilməsini xoş məramın ifadəsi kimi təqdim etməyə çalışırlar. Ancaq Ermənistan üçün kədərli reallıq ortadadır. R.Pənahovun azad edilməsi bilavasitə Ermənistanın Azərbaycanın gücü qarşısında geri çəkilməsi anlamına gəlir. Zamanında torpaqlarımızı havadarlarının dəstəyi ilə ilhaq edən ermənilər silahlı qüvvələri barədə “yenilməz ordu” mifi yaratmışdılar. Azərbaycan Vətən müharibəsində və antiterror tədbirlərində bu mifi tar-mar etdi. O necə “yenilməz ordu”dur ki, cəmi 44 gün ərzində kapitulyasiyaya məruz qalır, silah-sursatı qənimət kimi götürülür, komandanlığı əsir düşür? Zamanında separatçılar Bakıya çay, kofe içməyə gələcəklərini bildirirdilər. Bəli, onlar indi paytaxtımızdadırlar. Ancaq əsirlər, müharibə caniləri qismində dəmir barmaqlıqlar arxasında onlara veriləcək cəzalarını gözləyirlər. Hərbi Qənimətlər Parkında nümayiş olunan texnika da Ermənistan ordusu üçün sözün əsl mənasında göz dağıdır. İndi Ermənistanda Ordumuzun həyata keçirdiyi “Fərrux”, “Sarıbaba-Qırxqız”, “Qisas” əməliyyatlarını da yaxşı xatırlayırlar. Son olaraq Silahlı Qüvvələrimiz Zəngilanda şərti sərhəddə ermənilərin törətdiyi təxribata cavab olaraq hərbçimizə atəş açıldığı postu darmadağın etdi. Bütün bunlar təsdiqləyir ki, Azərbaycan Ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdir. Dövlətimizin başçısı bununla bağlı bildirib: “Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir”.
Hazırda Ermənistan məğlub ölkə sindromu yaşayır. Yaxşı başa düşür ki, Azərbaycan Ordusunun qabağında dayanmağa gücü və iradəsi yoxdur. Günahsız hərbiçimizin əsirlikdə saxlanılmasının bədəli də qarşı tərəf üçün ağır olacaqdı. Buna görə də acizliyini “xoş məram” ifadəsi ilə ört-basdır etməyə çalışıb.
Ermənistan yenə də oyun oynamağa çalışsa da...
Məğlub ölkə özüsayağı manipulyasiyalar işlətməklə sülhyaratma prosesinə əngəllər yaradır. Azərbaycanla Ermənistan arasında əldə olunan qarşılıqlı şifahi anlaşmaya əsasən, hava şəraitindən asılı olaraq azıb əsir düşən hərbçilər qısa zamanda, heç bir qeyd-şərt irəli sürülmədən geri qaytarılmalıdır. Ermənistan öz ənənəsinə sadiq qalaraq yenə də oyun oynamağa çalışdı və anlaşmanı pozdu. Belə ki, pis hava şəraiti səbəbindən azan hərbiçimiz bir neçə gün əsirlikdə saxlanıldı, onun barəsində qondarma cinayət işi açıldı. Bütün bu həngamələr nəyə lazım idi? Prezident İlham Əliyev bu günlərdə növbəti dəfə qətiyyətlə bildirdi ki, Ermənistan bizim bütün şərtlərimizi qəbul etməlidir. Bunun nə demək olduğunu yaxşı anlayan məğlub ölkə növbəti manipulyasiyasını çox da uzada bilmədi və qüdrətli Azərbaycanın təzyiqləri qarşısında geri çəkilərək hərbiçimizi təhvil vermək məcburiyyətində qaldı.
MÜBARİZ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
22 Oktyabr 23:30

YAP xəbərləri
22 Oktyabr 22:37

Dünya
22 Oktyabr 22:13

YAP xəbərləri
22 Oktyabr 21:52

Dünya
22 Oktyabr 21:35

YAP xəbərləri
22 Oktyabr 21:17

Analitik
22 Oktyabr 21:01

YAP xəbərləri
22 Oktyabr 20:42

YAP xəbərləri
22 Oktyabr 20:26

Dünya
22 Oktyabr 20:12

YAP xəbərləri
22 Oktyabr 19:51

Dünya
22 Oktyabr 19:31

YAP xəbərləri
22 Oktyabr 19:14

YAP xəbərləri
22 Oktyabr 18:33

YAP xəbərləri
22 Oktyabr 18:09

YAP xəbərləri
22 Oktyabr 17:50

YAP xəbərləri
22 Oktyabr 17:49

YAP xəbərləri
22 Oktyabr 17:11

YAP xəbərləri
22 Oktyabr 17:10

YAP xəbərləri
22 Oktyabr 16:19

Siyasət
22 Oktyabr 16:05

YAP xəbərləri
22 Oktyabr 15:54

YAP xəbərləri
22 Oktyabr 15:38

YAP xəbərləri
22 Oktyabr 15:18

Gündəm
22 Oktyabr 14:57

Siyasət
22 Oktyabr 14:34

Siyasət
22 Oktyabr 14:33

Siyasət
22 Oktyabr 14:11

Sosial
22 Oktyabr 13:46

YAP xəbərləri
22 Oktyabr 13:24

YAP xəbərləri
22 Oktyabr 13:06

Gündəm
22 Oktyabr 13:02

Sosial
22 Oktyabr 12:57

Gündəm
22 Oktyabr 12:31

YAP xəbərləri
22 Oktyabr 12:29

YAP xəbərləri
22 Oktyabr 12:26

Elanlar
22 Oktyabr 12:21

İqtisadiyyat
22 Oktyabr 12:18

Siyasət
22 Oktyabr 12:15

YAP xəbərləri
22 Oktyabr 12:11

Hadisə
22 Oktyabr 12:03

Dünya
22 Oktyabr 12:02

İqtisadiyyat
22 Oktyabr 12:00

İqtisadiyyat
22 Oktyabr 11:59

Siyasət
22 Oktyabr 11:46

İqtisadiyyat
22 Oktyabr 11:40

Dünya
22 Oktyabr 11:38

Siyasət
22 Oktyabr 11:37

Siyasət
22 Oktyabr 11:23

Siyasət
22 Oktyabr 10:55

İqtisadiyyat
22 Oktyabr 10:32

İqtisadiyyat
22 Oktyabr 10:17

MEDİA
22 Oktyabr 09:58

Analitik
22 Oktyabr 09:34

Analitik
22 Oktyabr 09:15

Sosial
22 Oktyabr 08:57

Mədəniyyət
22 Oktyabr 08:21

YAP xəbərləri
22 Oktyabr 08:16
YAP xəbərləri
22 Oktyabr 00:12

YAP xəbərləri
21 Oktyabr 23:10

YAP xəbərləri
21 Oktyabr 22:41

Maraqlı
21 Oktyabr 21:30

Xəbər lenti
21 Oktyabr 21:28

YAP xəbərləri
21 Oktyabr 21:12

YAP xəbərləri
21 Oktyabr 20:57

Dünya
21 Oktyabr 20:18
YAP xəbərləri
21 Oktyabr 20:01

Gündəm
21 Oktyabr 19:53

YAP xəbərləri
21 Oktyabr 19:46

Dünya
21 Oktyabr 19:15
