Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycana ünvanlanan yanlış fikirlərə cavab...

Azərbaycana ünvanlanan yanlış fikirlərə cavab...

06.03.2024 [10:00]

Ölkəmizin qaz təchizatı ilə bağlı ixrac potensialı var və artmaqdadır

Müasir Azərbaycan dövlətini keçdiyi inkişaf yolu üzrə bir neçə istiqamətdə təsnifatlandırmaq olar. Ümumi şəkildə isə 1993-2003, 2003-2020 və 2020-ci ildən sonrakı dövrləri inkişaf mərhələləri kimi müəyyənləşdirmək olar. Əgər 1993-2003-cü illərdə “Əsrin müqavilə”sinin fonunda Azərbaycanın dünya birliyinə təqdimatı prosesi nəzərə çarpırdısa, 2003-cü ildən başlayaraq ölkəmiz dünyanın siyasi və iqtisadi platformalarında fəal iştirakçıya çevrildi. 17 illik qısa zaman kəsiyində Azərbaycan qarşıya qoyduğu hədəflərə çatdı. İqtisadi gəlirlərini siyasi-hərbi üstünlüklərinin daha da təkmilləşməsinə yönləndirməyi bacaran, dünyanın ən aparıcı siyasi birliklərinin fəal üzvünə çevrilən, hətta qlobal problemlərin həllində önə çıxaraq təşkilatçılığı bacaran Azərbaycan addım-addım bütün dünyanın diqqətini Cənubi Qafqaza yönəltdi. Həmin dövrdə Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin mühüm bir coğrafiyada sabitliyi, inkişafa və əməkdaşlığa, yeni münasibətlərin formalaşmasına ən böyük maneə olduğunu sübuta yetirən Azərbaycan demək olar ki, bütün beynəlxalq təşkilatların, aparıcı dövlətlərin bu təcavüzə qarşı münasibətini rəsmiləşdirə bildi - bütün dünya BMT, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Türk Dövlətləri Təşkilatı (o dövrdə TDƏŞ), ATƏT, Şanxay Əməkdaşlıq Təşkilatı və sadalamaqla bitməyən bu kimi qurumların timsalında Ermənistanın işğalçı siyasətini qınadı. Bu, Azərbaycan üçün  ən mühüm hüquqi və siyasi əsas idi - beləliklə, 2020-ci il Vətən müharibəsi Azərbaycanın ən yeni tarixinin növbəti inkişaf mərhələsinin əsasını qoydu...

Addım-addım uğura doğru...

Qeyd edildiyi kimi, tarix üçün olduqca qısa zaman kəsiyində, cəmisi 17 ilə  Azərbaycan böyük uğurlara imza atdı:

- Beynəlxalq birliyin ən mühüm ölkələrindən birinə çevrildi;

- Qlobal əhəmiyyətli (sivilizasiyalararası dialoq, hərbi qütblər arası danışıqlar, mədəniyyətlərarası müzakirələr) məsələlərin müzakirə olunduğu əsas ünvanlardan biri stasunu qazandı;

- Regional liderə, böyük bir coğrafiyanın ən əsas siyasi-iqtisadi, hətta hərbi aktoruna çevrildi;

- Bölgədə reallaşan qlobal əhəmiyyətli layihələrin əsas tərəfdaşı kimi mühüm söz sahibi qismində çıxış etdi;

- Yeni dövrün ən mühüm ticari marşrutlarının seçilməsi üçün rentabelli və effektiv təkliflər irəli sürdü.

Burada ən əsas diqqət çəkən məqam isə bütün bu siyasi-iqtisadi üstünlüklərin formalaşdığı dövrdə Azərbaycanın özünün milli maraqlarına istinad etməsi idi. Buna ən real misal kimi post-müharibə dövründə bir sıra Qərb dövlətlərinin, hətta bəzi təşkilatların strukturlarının Azərbaycanın beynəlxalq hüquqa söykənən, ədalətə istinad edən mövqeyinə qarşı haqsız “münasibətidir”. Əslində, Fransanın və başqa dövlətlərin “planı” ilə Azərbaycana qarşı anti-kampaniyaların aparılması, Ermənistanın haqsız şəkildə dəstəklənməsi bizim düzgün yolda olduğumuzu təsdiqləyir. Son dövrlərdə xüsusilə aktivləşən anti-Azərbaycan mərkəzlər olmazın yalanlarla ölkəmizin iqtisadi potensilanı qarşı “cəbhə alırlar”. Bu məqam daha çox Azərbaycanın uğurlu enerji siyasətini hədəfə alınmasına gətirib çıxarır. Anti-azərbaycançı mərkəzlər və dövlətlər Azərbaycanın Avropanın ən əsas qaz təchizatçısı olmasını həzm edə bilmirlər...

Azərbaycan Avropanın qaz təhlükəsizliyində mühüm rol oynayır

Bəli, zəngin enerji resurslarına malik olan Azərbaycan özünü bütün dünyada həm də mavi yanacaq ölkəsi kimi təsdiqləməkdədir. Respublikamız “Şahdəniz” yatağının işlənməsinin uğurla davam etdirilməsi, 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi sayəsində Avropanın mühüm qaz təchizatçılarından birinə çevrilərək “Qoca qitə”nin yeni enerji xəritəsini formalaşdırır. Məlum geosiyasi səbəblərə görə artıq iki ildir Avropanın enerji resursları ilə təminatında, o cümlədən də qaz təchizatında ciddi çətinliklər yaranıb. Ənənəvi təchizat mexanizminin pozulması fonunda isə Avropa yeni mənbələrdən daha böyük həcmlərdə mavi yanacaq almaq istəyir. Zəngin ehtiyatlara və müasir nəql şəbəkəsinə malik olan, daim ədalətli enerji siyasəti həyata keçirən Azərbaycan Avropanın artan ehtiyacını müəyyən həcmlərdə qarşılamağa hazır və qadir ölkədir. Təsadüf deyil ki, 2022-ci ilin iyulunda Azərbaycanla Aİ arasında imzalanan müvafiq Anlaşma Memorandumu enerji əməkdaşlığı sahəsində uzunmüddətli perspektivə hesablanıb. Bu, ölkəmizin enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış vacib addımdır.

Ötən ilin yayından isə Azərbaycan özünün enerji siyasətinin mavi yanacaq seqmenti üzrə daha bir mühüm uğura imza atıb - söhbət Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanılmasından gedir. Bəli, “Şahdəniz” Azərbaycanın əsas qaz yatağıdır - ancaq digər yataqların potensialı da kifayət qədər böyükdür. “Ümid” yatağının ehtiyatları 200 milyard kubmetrdən çoxdur. Ümummiyətlə, Xəzər dənizində, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşən “Abşeron” yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 100 milyon tona yaxın kondensat həcmində qiymətləndirilir. Bütün bu göstəricilər isə ölkəmizin qaz ixracı plotensialının kifayət qədər mühüm gələcək perspektivə malik olduğunu ortaya qoyur. Prezident İlham Əliyev martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında çıxışı zamanı bildirib ki, gələcək planlarımıza gəldikdə, əlbəttə, bu gün biz onları geniş müzakirə edəcəyik: “Mən onlardan yalnız bir neçəsini səsləndirmək istərdim. İlk növbədə, biz gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” bizim neft ixracımızın əsas mənbəyidir. Hazırda kəşfiyyata başlanılması ilə bağlı tərəfdaşlarımızla razılığa gəlmişik və bu əlavə töhfə olacaqdır. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dəfə artacaqdır. Bu, “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaqdır. Bununla yanaşı, bizim “Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planlarımız var ki, potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar”.

Şayiələr tamamilə əsassızdır...

Beləliklə, Azərbaycanın apardığı strateji enerji siyasətinin mühüm uğurları hədəflədiyi bir daha nümayiş etdirilir. Bu isə Azərbaycanın uğurlarına qarşı düşmən münasibəti bəsləyən dairə və dövlətlərin fərqli variantlara müraciət etməsinə yol açır. Bu dairələr hətta Azərbaycanın enerji potensialının təqdim edildiyi formada “olmadığını” belə iddia edirlər. Mühüm müzakirələr və araşdırmalar əsasında ortaya çıxan iqtisadi potensialımıza siyasi böhtanlarla kölgə salmağa çalışanlar məhz qaz təchizatı məsələsi üzərindən “hücuma keçmək” istəyir. Amma bu da mənasızdır - çünki Azərbaycan özünün qaz ixracı potensialını dəyərləndirərək beynəlxalq səviyyəli müqavilələr imzalayır və bu kimi yalanlar heç bir nəticə vəd etmir. Prezident İlham Əliyev adıçəkilən tədbirdəki çıxışında bildirib ki, bütün bu planlar tamamilə realdır, onlar müfəssəl təhlilə, məlumata, informasiyaya və bizim maliyyə resurslarına, habelə investorlarla razılaşmalarımıza əsaslanır: “Layihələrin bəziləri investorlarla birlikdə icra olunacaq, bəziləri isə SOCAR-ın özü tərəfindən həyata keçiriləcək. Bütün bunlar onu göstərir ki, potensial var və artmaqdadır. Uzun illərdir ki, ortalıqda yayılan və Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün “Azərbaycanda kifayət qədər qaz yoxdur” kimi bütün şayiələr bir daha onu göstərdi ki, onlar tamamilə əsassızdır və bizim potensialımızın qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün Azərbaycana qarşı yürüdülən kampaniyanın bir hissəsi idi”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 467 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31