Dünya gündəliyi Bakıda müzakirə olunur
14.03.2024 [09:40]
Dünyanın gözü yenidən Azərbaycanda olacaq. Ölkəmizdə 2024-cü il 14-16 mart tarixində XI Qlobal Bakı Forumu keçiriləcək. Ənənəvi olaraq keçirilən forumun təşkilatçısı qismində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çıxış edir. Forumun mövzusu bir qayda olaraq qlobal gündəliyin ən aktual məsələlərini əhatə edir. Tədbirə qatılmaq üçün 400-ə yaxın dünyaca məşhur peşəkar siyasətçi, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları respublikamıza təşrif gətiriblər. Xatırladaq ki, 2023-cü il martın 9-11-də baş tutan bunda əvvəlki Qlobal Bakı Forumunda bir çox ölkələr və görkəmli beynəlxalq təşkilatlar təmsil olunmuşdu.Tədbirdə dörd prezident, iki baş nazir, altı spiker və nazir, BMT sisteminə daxil olan beş təşkilatın rəhbərləri, 25 keçmiş prezident, 21 keçmiş baş nazir və 23 ölkənin xarici işlər nazirlərinin müavinləri iştirak ediblər. Forum 61 ölkədən 360 nümayəndənin iştirakı ilə yadda qalıb.
Bakı forumu - səmərəli beynəlxalq platforma
Artıq bütün dünyada tanınan Qlobal Bakı Forumu Azərbaycan Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir. Dünyanın bir sıra sabiq dövlət və hökumət başçılarının təmsil olunduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə Gəncədə, dahi şairin 870 illik yubiley tədbirləri çərçivəsində təsis edilib.
Sürətlə dəyişən dünyada qarşıya yeni-yeni çağırışlar çıxır. 2020-2021-ci illərdə beynəlxalq birlik yeni növ koronavirus pandemiyası ilə sınağa çəkildi. COVİD-19 pandemiyasının pik mərhələsi keçdikdən sonra Rusiya-Ukrayna müharibəsi başladı. Hələ ki, davam edən və sonu görünməyən müharibə fonunda dünya yeni çətinliklərlə üz-üzədir. Yaxın Şərqdə başlayan yeni müharibə geosiyasi gərginlikləri daha da kəskinləşdirib. Biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Hazırda təhlükəsizlik beynəlxalq birlik üçün ən vacib məsələyə çevrilib. Birləşmiş Millətlər Təşkilatı dünyanı gözləyən ərzaq və enerji təhlükəsizliyi ilə bağlı həyəcan siqnalı çalır. Məlum olduğu kimi, BMT 2000-ci ildə Minilliyin İnkişaf Məqsədlərini, 2015-ci ildə isə Dayanıqlı İnkişaf Məqsədlərini qəbul edərək bütün bəşəriyyət üçün ümumi bir gündəlik müəyyənləşdirib. İndi beynəlxalq birliyin qarşısında ümumi çağırışlar var. Pandemiya dövründə milyonlarla insan həyatını itirdi. Bu gün isə iqlim dəyişikliyi ilə yanaşı, su qıtlığı, ərzaq təhlükəsizliyi daha qabarıq şəkildə ortaya çıxır. Bu cür çağırışların həlli yolları tapılmalıdır. Bu baxımdan Qlobal Bakı Forumu çox səmərəli platformadır. Forumun proqramı hər zaman kifayət qədər geniş olur. Son illərdə bura daxil edilən məsələlər Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları əhatə edib. Eyni zamanda, forumda dünya gündəliyinin aktual məsələləri ətrafında da müzakirələr aparılır. Prezident İlham Əliyevin “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında platformanın önəminə diqqət çəkərək vurğulayıb: “Onu deyə bilərəm ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Əlbəttə ki, bu, həmsədrlərin, bütün idarə heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür”.
Forumun Nizami Gəncəvinin adını daşıyan beynəlxalq mərkəz tərəfindən təşkil olunması da diqqət çəkən məqamdır. Bu, həm də dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə və irsinə olan dərin hörmətin, ehtiramın ifadəsi anlamında qəbul olunur. Nizami Gəncəvi əsərlərində humanizm, xeyirxahlıq kimi bəşəri səciyyə daşıyan dəyərlər aşılamağa çalışırdı və bunu bədii lövhələrdə dolğun və təsirli formada əks etdirirdi. Onun yaradıcılığı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir.
Ölkəmizə və onun Liderinə olan böyük inam
Belə mötəbər foruma ev sahibliyi hüququnun Azərbaycana verilməsi isə heç də təsadüfi deyil. Bu, ölkəmizin müsbət reallıqları, cəmiyyətimizin tolerantlığı və əlbəttə ki, dövlətin ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü siyasətlə bilavasitə bağlıdır. Uğurlu siyasət sayəsində respublikamız beynəlxalq birliyə sıx inteqrasiya edib. Bu gün Azərbaycan bütün dünyada yüksək nüfuza malik ölkə kimi tanınır. Respublikamızın, xalqımızın milli maraqları qətiyyətlə qorunur. İqtisadi mütəqilliyinə nail olan respublikamız siyasi qərarlarını da tam müstəqil şəkildə qəbul edir. Bu qərarlar hansısa güc mərkəzlərinin paytaxtlarında deyil, məhz Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi əsasında verilir. Ölkəmizlə heç bir güc mərkəzi diktat dili ilə danışmır və danışa da bilməz. Prezident İlham Əliyev mötəbər beynəlxalq təşkilatların tribunalarından dəfələrlə bəyan edib ki, Azərbaycanın özünün milli maraqlarını qorumağa gücü və iradəsi var. Ötən illərin təcrübəsi dövlət başçımızın ifadə etdiyi fikirlərin təsdiqinə çevrilib. Hər inkişaf mərhələsində ölkəmizin potensialı və qlobal çağırışlar nəzərə alınmaqla yeni prioritetləri müəyyənləşdirilir. Sonra isə milli güc səfərbər edilərək qarşıya qoyulan hədəflərə doğru inamlı addımlar atılır. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu formul sayəsində Azərbaycan zirvələrə yüksəlib, dünyanın sayılıb seçilən ölkələrindən birinə çevrilib. Qısa müstəqilliik tarixində ən böyük uğurumuz, heç şübhəsiz ki, 44 günlük müharibədə qazandığımız şanlı Qələbə və ötən il 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq Qarabağda suverenliyimizin tam təmin edilməsidir. Bu Qələbələr sayəsində ölkəmiz düşməni kapituyasiyaya məruz qoydu və özünün ərazi bütövlüyünü, suverenliyini tam təmin etdi. Milli maraqlarını belə qətiyyətlə qoruması Azərbaycana bütün dünyada ləyaqətli dövlət imici qazandırıb.
Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artması da belə səmərəli siyasət kursunun məntiqi nəticəsidir. Dünyada ölkəmizə və onun Lideri İlham Əliyevə böyük inam formalaşıb. Dövlətimizin başçısı bütün dünyada qlobal əməkdaşlığa, beynəlxalq həmrəyliyin möhkəmlənməsinə töhfələr verən Lider kimi tanınır və qəbul olunur. Buna görə də beynəlxalq təşkilatlar öz tədbirlərinin keçiriləcəyi məkan kimi məhz Azərbaycanı, Bakını seçirlər.
MÜBARİZ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
22 Oktyabr 23:30

YAP xəbərləri
22 Oktyabr 22:37

Dünya
22 Oktyabr 22:13

YAP xəbərləri
22 Oktyabr 21:52

Dünya
22 Oktyabr 21:35

YAP xəbərləri
22 Oktyabr 21:17

Analitik
22 Oktyabr 21:01

YAP xəbərləri
22 Oktyabr 20:42

YAP xəbərləri
22 Oktyabr 20:26

Dünya
22 Oktyabr 20:12

YAP xəbərləri
22 Oktyabr 19:51

Dünya
22 Oktyabr 19:31

YAP xəbərləri
22 Oktyabr 19:14

YAP xəbərləri
22 Oktyabr 18:33

YAP xəbərləri
22 Oktyabr 18:09

YAP xəbərləri
22 Oktyabr 17:50

YAP xəbərləri
22 Oktyabr 17:49

YAP xəbərləri
22 Oktyabr 17:11

YAP xəbərləri
22 Oktyabr 17:10

YAP xəbərləri
22 Oktyabr 16:19

Siyasət
22 Oktyabr 16:05

YAP xəbərləri
22 Oktyabr 15:54

YAP xəbərləri
22 Oktyabr 15:38

YAP xəbərləri
22 Oktyabr 15:18

Gündəm
22 Oktyabr 14:57

Siyasət
22 Oktyabr 14:34

Siyasət
22 Oktyabr 14:33

Siyasət
22 Oktyabr 14:11

Sosial
22 Oktyabr 13:46

YAP xəbərləri
22 Oktyabr 13:24

YAP xəbərləri
22 Oktyabr 13:06

Gündəm
22 Oktyabr 13:02

Sosial
22 Oktyabr 12:57

Gündəm
22 Oktyabr 12:31

YAP xəbərləri
22 Oktyabr 12:29

YAP xəbərləri
22 Oktyabr 12:26

Elanlar
22 Oktyabr 12:21

İqtisadiyyat
22 Oktyabr 12:18

Siyasət
22 Oktyabr 12:15

YAP xəbərləri
22 Oktyabr 12:11

Hadisə
22 Oktyabr 12:03

Dünya
22 Oktyabr 12:02

İqtisadiyyat
22 Oktyabr 12:00

İqtisadiyyat
22 Oktyabr 11:59

Siyasət
22 Oktyabr 11:46

İqtisadiyyat
22 Oktyabr 11:40

Dünya
22 Oktyabr 11:38

Siyasət
22 Oktyabr 11:37

Siyasət
22 Oktyabr 11:23

Siyasət
22 Oktyabr 10:55

İqtisadiyyat
22 Oktyabr 10:32

İqtisadiyyat
22 Oktyabr 10:17

MEDİA
22 Oktyabr 09:58

Analitik
22 Oktyabr 09:34

Analitik
22 Oktyabr 09:15

Sosial
22 Oktyabr 08:57

Mədəniyyət
22 Oktyabr 08:21

YAP xəbərləri
22 Oktyabr 08:16
YAP xəbərləri
22 Oktyabr 00:12

YAP xəbərləri
21 Oktyabr 23:10

YAP xəbərləri
21 Oktyabr 22:41

Maraqlı
21 Oktyabr 21:30

Xəbər lenti
21 Oktyabr 21:28

YAP xəbərləri
21 Oktyabr 21:12

YAP xəbərləri
21 Oktyabr 20:57

Dünya
21 Oktyabr 20:18
YAP xəbərləri
21 Oktyabr 20:01

Gündəm
21 Oktyabr 19:53

YAP xəbərləri
21 Oktyabr 19:46

Dünya
21 Oktyabr 19:15
