Azərbaycan öz ərazi bütövlüyünü istənilən yolla təmin etmək iqtidarındadır
19.06.2012 [22:42]
Cənubi Qafqaz regionunda əbədi sülhün əldə edilməsinə mane olan Ermənistan Respublikası 20 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır. Beynəlxalq hüquq normalarına zidd addımlar atan, o cümlədən, Azərbaycanın sərhədlərini zorla dəyişdirməyə cəhd edən Ermənistan münaqişənin tənzimlənməsi prosesində hər zaman qeyri-konstruktiv mövqe tutub. Məhz bu səbəbdən də problemin həlli məhz rəsmi Yerevan tərəfindən uzadılır. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı istər BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini, istərsə də digər nüfuzlu beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi bəyənnamə və qətnamələri yerinə yetirmir. Apardığı işğalçı siyasətlə Cənubi Qafqaz regionunda təhlükəsizliyin təminatına mane olan Ermənistan danışıqlar prosesində dəfələrlə imitativ manevrlər edir, Azərbaycanın nizamlanma prosesindəki birmənalı mövqeyini bilə-bilə təxribat xarakterli bəyanatlar verir, bununla da sülh danışıqlarını pozmaq üçün cəhdlər göstərir. Təbii ki, həm iqtisadi, həm hərbi, həm də siyasi cəhətdən ölkəmizdən xeyli zəif olan Ermənistan Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyini bilir.
Amma bu faktdır ki, atdığı addımlarla Ermənistan özü-özünü dalana dirədiyinin fərqindədir. Rəsmi Yerevan dərk edir ki, əgər danışıqlar vasitəsilə münaqişənin həllində nəticə əldə olunmazsa, Azərbaycan öz hərbi gücündən istifadə edəcək və bu da Ermənistan üçün ağır nəticələr vəd edir. Bu gün istər iqtisadi gücünə, istərsə də hərbi gücünə görə Ermənistan Azərbaycandan geri qalır. ölkəmiz isə hər zaman münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan edir. Bununla belə, ölkəmiz işğal altında olan ərazilərini azad etmək üçün alternativ vasitələrdən istifadə etmək hüququna malikdir.
Xatırladaq ki, bu gün Cənubi Qafqazın ən güclü, ən müasir silahlara və texnikaya malik ordusuna sahib olan Azərbaycan dövləti hər zaman məsələnin sülh yolu ilə tənzimlənməsinə çalışır. 28 May-Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi və indiki vəziyyəti uzatmaq cəhdləri hələ imkan vermir ki, məsələ həllini tapsın: “Ancaq mən bu barədə dəfələrlə fikrimi bildirmişəm. Biz hər gün, hər an məsələnin həllinə yaxınlaşırıq. Bizi bu günə yaxınlaşdıran amillər həm siyasi, həm iqtisadi və digər sahələrlə bağlıdır. Siyasi sahədə bu gün Azərbaycan bölgənin lider dövlətidir. Bizim kifayət qədər güclü mövqeyimiz vardır. Dünya birliyində böyük dəstəyimiz vardır”.
Təbii ki, bu gün bütün dünya Azərbaycan dövlətinin yüksək sürətli inkişaf yolunda olduğunu etiraf edir. O cümlədən, bu inkişaf torpaqlarımızı işğal altında saxlayan Ermənistan tərəfindən də dərk olunur. Prezident İlham Əliyev qeyd edib ki, məsələnin həlli üçün, əlbəttə, bütün diplomatik-siyasi imkanlardan istifadə edirik, eyni zamanda, hərbi gücümüzü də artırırıq: “Bu istiqamətdə də böyük addımlar atılmışdır. Təkcə onu demək kifayətdir ki, hazırda Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur. Əlbəttə, həm maddi-texniki təchizatımız böyük dərəcədə yaxşılaşır, həm də ordumuzun peşəkarlığı, döyüş qabiliyyəti artır. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü orduların sırasındadır. Bundan sonrakı illərdə ordu quruculuğuna göstərilən diqqət daha da çox olacaq və biz daha da güclü orduya malik olacağıq”.
ümumiyyətlə, son illərdə ölkəmizdə gedən ordu quruculuğu prosesi mühüm nailiyyətlərlə yadda qalıb. Bu isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli prosesində əsas şərtlərdən sayılır. O mənada ki, öz qeyri-konstruktiv mövqeyi ilə danışıqlar prosesinə mane olan Ermənistan problemin sülh yolu ilə həllinə imkan vermir. Bu isə Azərbaycanı öz torpaqlarını işğaldan azad etmək üçün digər vasitələrə əl atmaqdan başqa yol qoymur. Bu baxımdan, ölkəmizdə gedən ordu quruculuğu prosesi torpaqlarımızın işğaldan azad olunması üçün hər an başlaya biləcək müharibədə qalibiyyət əldə etmək üçün mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı bildirib ki, Azərbaycan öz torpaqlarını mütləq şəkildə işğaldan azad edəcək. Prezident İlham Əliyev bir daha bəyan edib ki, Azərbaycan alternativ vasitələrdən istifadə etmək istəmir, amma Ermənistan danışıqlar yolu ilə həll prosesinə mane olarsa, Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin etmək qüdrətini nümayiş etdirəcək: “Müharibə hələ bitməyib. Müharibənin birinci dövrü başa çatıbdır. Biz hamımız arzu edirik ki, müharibənin ikinci dövrü başlamasın. Ancaq buna nail olmaq üçün Ermənistan beynəlxalq hüquq normalarına əməl etməli və işğal edilmiş torpaqlardan çıxmalıdır”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

