Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan nümunəsi: bəşəri dəyərlərə, beynəlxalq hüquqa hörmət...

Azərbaycan nümunəsi: bəşəri dəyərlərə, beynəlxalq hüquqa hörmət...

16.03.2024 [10:20]

Avropanın qətiyyətsizliyi və lidersizliyi Fransanın timsalında daha aydın görünür

Makronun “önə çıxmaq” arzusu və ya qeyri-ciddi obraz...

Avropa kontingentinin yeni dövr üçün ən azından normal siyasi konsepsiyasızlığı bütün cəhətləri ilə üzə çıxmaqdadır. NATO-nun “təhlükəsizlik çətiri” altında “yedək qitə” görüntüsü ilə öz varlığını sürdürməyə davam edən Avropa siyasi, hüquqi kontekstdə deqradasiyasını etiraf edir. Bu mərhələdə daha çox “qitə canişin”liyi uğrunda gedən lokal tərpənmələr sezilir ki, bu da Fransanın əsrlərə söykənən “arzuları”nın ifadəsidir.

Fransanın adını təsadüfən çəkmədik. Etiraf edilməlidir ki, XXI əsrin ilk 15 ilindəki Avropa daha güclü və monolit görünürdü - Angela Merkelin rəhbərliyi altında mərkəzçi Avropa kontingenti önə çıxmağa tarixi - siyasi şans qazanmışdı. “Qərb dəyərləri” toplusunun qlobal təbliğatı da bu günün prizmasında ötən 15 ildə daha uğurlu idi. Bu gün Avropanın insan hüquq və azadlığı prinsiplərinə barmaqarası yanaşması, haqq-ədalətin deyil korporativ cılız maraqların köləsinə və izcisinə çevrilməsi, korrupsiya və rüşvət bataqlığında boğulması, hətta beynəlxalq təsisatlarının belə adının çirkli pulların yuyulmasında hallanması, silah və zoru danışıqlar və sülhdən daha önə daşımaq “arzusu” “köhnə qitə”də ümumavropa dəyərlərinin “asfalt yol” qədər qiymətləndirilmədiyini göstərir.

Eyni zamanda, Fransa hüquqi platformada özünü “Qərb dəyərləri”nə sadiq ölkə kimi sübut edə bilmədi. Azərbaycana qarşı demarşlar olundu, separatizm açıq şəkildə dəstəkləndi. Bu, anlaşılan mövqe deyildi və bütün hallarda Azərbaycanın qətiyyəti sonda Parisin acı məğlubiyyəti ilə nəticələndi. Prezident İlham Əliyev Bakıda keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib ki, Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu: “Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib - yəni etmədiyimiz bir əmələ görə. Biz beynəlxalq hüquqa zidd olan addım atmamışıq. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi”.

Azərbaycana qısqanclıq nəyin göstəricisidir?

Bəli, beynəlxalq hüququ tapdamağı, bəşəri prinsiplərdən tramplin kimi istifadə etməyi özü üçün “prioritet” sayan Fransa prezidenti Emmanuel Makron kimi “siyasi cılızlıqların obrazı”na çevrlimiş “liderlər” fürsət axtarışındadır. Azərbaycanla “mübarizədən” məğlub ayrılan Makron son 2 ildə Ukrayna-Rusiya müharibəsinin tanıdığı imkanlar çərçivəsində özünü “Avropa taxtına” yerləşdirmək, önə çıxmaq üçün min bir yola baş vurur. Əslində, bu addımları ilə Makron özü də bilmədən Qərbin “lidersizlik sindromunun siluetini” yaratmış olur. Qeyri-ciddi siyasi imicə malik Fransa prezidenti nəinki Qərbdə, artıq bütün dünyada qorxaqlıq və cılızlıq “simvolu” sayılır. Bütün məsələlərdə özünü önə ataraq son nəticədə heç nə əldə edə bilməmək artıq lağ obyektinə çevrilmiş Fransanın “dövlət siyasəti” kursunun əsas “prioriteti” kimi lətifəyə çevrilir. Gah ABŞ-ın “yardım kampaniyasının” təqdimatçısı, gah Avropanın “yardım siyahısı”nın kölgəsi, gah da Şərqdən imdad diləyən başını itirmiş lümpen kimi ortada qalan “kal siyasətçi” təsiri bağışlayan Makron özü ilə yanaşı, ölkəsini və yerləşdiyi qitəni də gülüş, rişxənd obyektinə çevirir. Parodoksal da olsa, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsinə qısqanclıq göstərən Fransa fərqli coğrafyaya kömək üçün qoşun göndərəcəyini bəyan edir. Prezident İlham Əliyev sözügedən Forumdakı çıxışında bildirib ki, bu, ikili standartların göstəricisidir: “Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır”.

Ukraynaya yardım fiaskosu...

Amma Fransa bu dəfə də fiasko ilə üz-üzə qaldı - Ukraynaya hərbi yardımların azalması fonunda önə çıxmaq fürsəti “yaxaladığını” düşünən Makron özünü ortaya ataraq biabır etdi. Fevralın 26-da onun təşkilatçılığı ilə çağrılan Ukrayna ilə bağlı təcili iclas gözlənilən nəticəni verməsə də, Fransa prezidenti mətbuata açıqlamasında “pozitiv mesajlar” səsləndirmişdi. Xatırladaq ki, Parisdə keçirilən konfransda Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü müzakirə edilmişdi, lakin orada iştirak edənlər bu mövzuda konsensus əldə etməmişdidər. Makron isə görüşün yekunlarına dair mətbuat konfransında özündən uydurmalar səsləndirmiş və Ukraynaya yönəlik mümkün addımların atılacağı haqda fikirlər bildirmişdi. Açıqlamaların üstündən 24 saat keçməmiş Fransa prezidenti təkzib olunub. Almaniya Kansleri Olaf Şolts Frayburq şəhərinə səfəri zamanı jurnalistlərə müsahibəsində bildirdi ki, Ukraynaya Avropa İttifaqı (Aİ) və ya NATO ölkələrindən hərbçi göndərilməyəcək. Almaniya hökumətinin rəhbəri Fransa prezidentinin Ukraynada NATO əsgərlərinin iştirakı ilə bağlı bəyanatını təkzib edərək vurğulayıb ki, bu, baş verməyəcək. Şolts ikrahla “Makron Alyansın Qərb qüvvələrinin komandanı deyil”, - deyərək Fransa dövlət başçısına “son zərbə”ni endirdi. Makronun uydurmaları NATO-ya yenicə qoşulan İsveç tərəfindən də rədd edildi - İsveçin Baş naziri Kristersson bildirdi ki, bir ölkə dünyanın istənilən nöqtəsinə ordu göndərirsə, bu NATO-nun ümumi qərarı deyil. Onun sözlərinə görə, İsveçin Ukraynaya qoşun göndərməsi üçün heç də uyğun zaman deyil. Baş nazir Kristersson bildirdi ki, Emmanuel Makron NATO-nun yox, Fransanın Ukraynaya qoşun göndərib-göndərməməsini müzakirə edə bilər.

Beləliklə, Makron növbəti dəfə rişxənd hədəfinə çevrildi - bununla yanaşı, Fransa prezidenti nəinki Avropada “söz sahibi” olduğunu sübut edə bildi, əksinə, “sözlərinə güvənilməyən prezident” statusu daşıdığını ortaya qoydu...

Beləliklə, Makoronun hiyləgərliyi birinci raunddaca “nokauta düşdü”. “Maddi yardım” məsələsində olduğu kimi, “təşəbbüs göstərib kənarda dayanmaq” istəyən Makronun Kiyevə tərəf atılan “oxu daşa dəydi”. Onun məqsədinin səmimi olmadığı isə başqa bir məsələdə özünü biruzə verir - Makron əgər həqiqətən də Ukraynaya yardım etmək, onunla birgə olduğunu sübut etmək istəyirsə, niyə ard-arda bu ölkəyə səfərlərini təxirə salır. Məsələn, öncədən təxirə düşmüş və ikinci dəfə fevralın 11-nə planlaşdırılan səfər o vaxtı da reallaşmamışdı - səbəb kimi təhlükəsizlik məsələsi qabardılmışdı. “Challenges” nəşrinin yazdığına görə, Fransa prezidentinin bu qərarı ukraynalı diplomatlar üçün gözlənilməz olmuşdu. Çünki, Makronun fevralda Ukraynaya səfəri zamanı təhlükəsizlik təminatlarına dair ikitərəfli sazişin imzalanacağını elan edəcəyi gözlənilirdi.

Ardından mart ayına keçirilən səfər yenə də reallaşmadı - Makron Ukraynaya planlaşdırılan səfərini üçüncü dəfə təxirə saldı.  “Reuters” agentliyi məlumat yayıb ki, bu dəfə də əsas “səbəb” təhlükəsizliklə bağlıdır. Necə deyərlər, özünü “Avropa lideri” sayan Makron deyəsən “raket səsindən” yaman qorxur...

Qərbin lidersizlik sindromu...

Bu reallıq isə öz növbəsində daha mühüm bir fikri qətiləşdirir - Avropa hansı siyasi duruma düşüb ki, Makron kimi qərarsız, qorxaq, cəsarətsiz və prinsipiallıqdan xəbəri belə olmayanlar dövlət başçısı olur, hətta kontingentin “lideri” statusuna can atırlar. Bu məqam açıq şəkildə Qərbdə lider böhranının yaşandığı deməyə əsas verir. Adi bir fakt - 2023-cü ildə ard-arda beynəlxalq siyasi platformalarda Azərbaycana məğlub olmuş, separatizmə açıq dəstək vermiş, neokolonialist, imperialist marağa əsaslanan siyasəti ifşa edilmiş, Cənubi Qafqazda sabitliyin təmininə yönəlik təhdidləri ilə gündəmə gəlməyə çalışan Fransa və onun dövlət başçısının beynəlxalq imici haqda artıq şərhə ehtiyac qalmır. Bunun nəticəsidir ki, özünü “lider” sayan bu şəxslərin sözləri ciddi qəbul edilmir, özləri isə lider kimi qəbul edilmirlər. Makronun timsalında bu kimi şəxslər nüfuzlu siyasətçilərdən çəkinir, onları qısqanırlar. Yeni bir fakta müraciət edək: Fransa özünün patronajlığında olan Frankafoniya təşkilatında belə Azərbaycanın əleyhinə qətnamə qəbul etdirə bilmədi. Bu, Makronun lider kimi zəifliyinin bariz təcəssümü olmaqla yanaşı, Azərbaycanın dövlət başçısının praqmatik və dərinməzmunlu siyasətindən, liderlik bacarığından xəbər verir.

Bəli, Makron kimilərinin Qərb siyasətində özünü ortaya atması bu coğrafi məkanda ciddi lider böhranının olduğunu nümayiş etdirir. Qərbin qəbul edə bilmədiyi ən böyük amil onların “kiçik” saydıqları dövlətlərin milli maraqlara əsaslanan müstəqil siyasət yürütməsidir. Bu mənada da, Qərb müstəqil siyasət apararaq öz xalqının milli maraqlarını həyata keçirən, ölkəsinin mənafelərni qorumağı bacaran liderlərə qısqanclıqla yanaşır, onları qəbul etmək istəmir...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 468 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31