Dinlər və məzhəblərarası dialoqda Azərbaycan təcrübəsi
04.04.2024 [10:20]
Bəşər sivilizasiyasının inkişafı təzadlı bir mərhələyə yüksəlib. Hazırda innovasiyaların intellektual və texnoloji inkişaf üçün geniş imkanlar və perspektivlər açdığı bir dövrdə yaşayırıq. Həyatımıza bir vaxtlar möcüzə təsiri bağışlayan elə yeniliklər daxil olub ki, bəşər övladı ancaq şükranlığını bildirib bundan məmnun qala bilər. Bəşəriyyətin çatdığı yüksək məqam onu diqtə edir ki, insanlar aralarında tarixdə yaşanan milli, dini ədavəti unutsunlar. Bununla belə, dünyada elə məkrli qüvvələr peyda olublar ki, onlar məqsədli şəkildə insanlar, xalqlar arasında milli və dini baxımdan ayırıcı xətlər yaratmağa, hətta eyni bir inanc daxilində məzhəb çəkişmələrini yenidən qızışdırmağa səy göstərirlər və bu istiqamətdə planlaşdırılmış fəaliyyətlər həyata keçirirlər. Təəssüf doğuran haldır ki, bir sıra hallarda ayrı-ayrı dövlətlər və bəzi beynəlxalq təşkilatlar da bu xorda yer alırlar və yanan odun üstünə yağ tökürlər. Müəyyən mərkəzlər tərəfindən məqsədli şəkildə islamofobiya və ksenafobiya təzahürlərinin artması acı reallıqdır. Bu təzadlı və ziddiyyətli mənzərədə Azərbaycanın ənənələrə, milli-mənəvi dəyərlərə böyük önəm verməsi, dinlər və məzhəblərarası barışığa çalışması nümunəsi diqqət çəkir. Yeri gəlmişkən, ölkəmizin və dövlətimizin dinlərarası və məzhəblərarası münasibətlərdə ortaya qoyduğu ibrətamiz mövqe aprelin 2-də Prezident İlham Əliyevlə Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamı arasında Bakıda baş tutan görüşdə diqqət mərkəzində olub və yüksək dəyərləndirilib.
Milli-mənəvi-dini dəyərlərə möhkəm sadiqlik
Qədim tarixə malik Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminin formalaşmasında və zənginləşməsində İslam dini mühüm rol oynayıb. VII-VIII əsrlərdən etibarən xalqımızın həyat tərzi, mədəniyyəti, məişəti bəşəriyyəti saflığa, birliyə səsləyən İslam dini ilə sıx vəhdətdə olub və təbii ki, bu dinin çağırışları xalqımızın həyata baxışının, yaşam fəlsəfəsinin formalaşmasına öz müsbət təsirini göstərib. Eyni zamanda, ölkə ərazisində mövcud olan Əshabi-Kəhf ziyarətgahı, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər. 743-cü ildə inşa edilmiş, Azərbaycan xalqı tərəfindən qorunmuş və bir neçə il bundan əvvəl əsaslı şəkildə bərpa edilmiş Şamaxı Cümə məscidi bizim böyük sərvətimizdir. Bu məscid onu göstərir ki, Azərbaycan qədim İslam diyarıdır.
Keçmiş sovet rejimi Azərbaycanın da tərkibində olduğu ittifaqın ərazisində digər dinlər kimi, İslam dininə də sərt qadağalar qoymuşdu. Ancaq xalqımız bu qadağalara baxmayaraq 70 il ərzində etiqadını, İslam dininə sadiqliyini qəlbində qoruyub saxladı. Azərbaycan ötən əsrin doxsanıncı illərinin əvvəllərində müstəqillik qazandıqdan sonra adət-ənənələrimizə, o cümlədən də İslam dininə münasibət tamam dəyişdi. Müstəqil Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və daha da zənginləşdirilməsi siyasətinin, hər cəhətdən nümunəvi olan dövlət-din münasibətlərinin əsası Heydər Əliyev tərəfindən qoyulub. O, xalqın təkidli tələbi ilə 1993-cü ilin yayında ikinci dəfə Azərbaycanın siyasi hakimiyyətinə qayıtdıqdan sonra respublikamızda xalqın milli-mənəvi-dini dəyərlərinin qorunub saxlanılmasına və daha da zənginləşdirilməsinə, respublikamızda tolerantlıq ənənələrinin möhkəmlənməsinə böyük həssaslıqla yanaşılmağa başlanıldı. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə Bakıda və bölgələrdə 500-dən artıq məscid tikilib, yüzlərlə məscid isə yüksək səviyyədə təmir olunaraq inanclı insanların istifadəsinə verilib. Prezident Heydər Əliyevin 21 iyun 2001-ci il tarixində imzaladığı müvafiq Fərmanla Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb.
Son 20 ildə isə Heydər Əliyevin əsasını qoyduğu nümunəvi dövlət-din siyasəti Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. O cümlədən ölkə ərazisində dini abidələrin, məscidlərin, ibadətgahların bərpası istiqamətində mühüm işlər görülüb. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, indi onların sayı iki mini ötüb, həmçinin ölkə ərazisində 700-dən çox pir və ziyarətgah fəaliyyət göstərir. Hazırda respublikamızda təxminən 300 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Şamaxı rayonunun Dəmirçi kəndindəki qədim məscidin bərpası da başa çatdırılıb. Cənubi Qafqazda ən böyük məscid 26 dekabr 2014-cü il tarixində məhz Azərbaycanda istifadəyə verilib. Bu məscid ulu öndər Heydər Əliyevin adını daşıyır.
Ölkə ərazisində tarixi dini abidələrin bərpasında Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da yaxından iştirak edir. Bu məqamda qeyd edək ki, Azərbaycanın çoxlu sayda tarixi-mədəni-dini abidəsi Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində düşmən əlinə keçmişdi. Həmin abidələr otuz illik işğal dövründə ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb və yaxud təhqirlərə məruz qalıb. Yuxarıda bəhs olunan görüşdə Prezident İlham Əliyev işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın maddi-mədəniyyət nümunələrinin, həmçinin İslam dininə aid ibadət ocaqlarının dağıdıldığını, bu xüsusda həmin ərazilərimizdə olan 67 məsciddən 65-nin tamamilə darmadağın edildiyinə diqqət çəkib. Hazırda Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işləri həyata keçirilir. O cümlədən ermənilər tərəfindən dağıdılmış dini abidələrimizə ikinci həyat verilir. Onlar tarixi fotolara istinad edilməklə bərpa olunur. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu şərəfli missiyanı Heydər Əliyev Fondu öz üzərinə götürüb. Artıq bir sıra abidələrin bərpası tamamlanıb, digərlərində isə işlər intensiv şəkildə davam etdirilir.
Ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeçiliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması bu sahəyə dövlət dəstəyinin növbəti təzahürüdür. Fond dövlət başçısının 10 oktyabr 2017-ci il tarixində imzaladığı müvafiq Fərmana əsasən yaradılıb. Mütəxəssislər Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasını ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirirlər. Fond mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dəstək göstərir.
Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verən ölkədir
Azərbaycanın qısa müstəqillik tarixində bütün müsəlman dünyasının nüfuzlu ölkələrindən birinə çevrilməsi son dərəcə qürurverici haldır. Respublikamız öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında ilk olaraq İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmaq barədə müraciət ünvanlayıb və 1991-ci il dekabrın 8-də qurumun Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilib. Xatırlatmaq yerinə düşər ki, İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə müsəlman ölkələri arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi, İslam dəyərlərinin və irsinin qorunması məqsədilə təsis edilib. Qurum 2011-ci ilədək İslam Konfransı Təşkilatı adlandırılıb. Baş qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən qurumun hazırda 57 üzvü var. Təşkilat BMT yanında müşahidəçi statusa malikdir. İƏT-in fəaliyyət istiqamətləri üzrə siyasi qərarlar üç ildən bir keçirilən İslam Zirvə görüşündə verilir. Hər il keçirilən İslam ölkələri Xarici İşlər nazirlərinin konfranslarında Zirvə görüşündə qəbul edilmiş qərarların icrası nəzərdən keçirilir. Təşkilatın icraedici orqanı Baş Katiblikdir. Baş Katibliyə üzv dövlətlər tərəfindən beş illik müddətə seçilən Baş katib rəhbərlik edir. Ötən dövrdə Azərbaycan təşkilatla sıx əlaqələr qurub. Eyni zamanda, qurum ölkəmizin ərazi bütövlüyünə davamlı dəstək ifadə edib.
Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında İslam ölkələri arasında həmrəyliyin möhkəmlənməsinə sanballı töhfələr verir. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunub. Respublikamızın IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi İslam aləminə və bütün dünyamıza əmin-amanlıq, həmrəylik çağırışları kimi qiymətləndirilməlidir. Hazırda bir sıra ölkələrdə İslamofobiyanın geniş vüsət almasına rəğmən, ölkəmiz ümumbəşəri İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylər göstərir. Azərbaycan, həmçinin 2008-ci ildən başlayan “Bakı prosesi” çərçivəsində İslam ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməyə nail olub. Bundan başqa, deyə bilərik ki, son illərdə Azərbaycan İƏT-ə üzv ölkələrin nazirlərinin görüş yerinə çevrilib. İƏT Baş katibinin və təşkilatın məsul şəxslərinin intensiv şəkildə Azərbaycana səfərə gəlmələri ölkəmizin müsəlman dünyasında nüfuzunun və mövqeyinin artmasının əyani göstəricisidir. Prezident İlham Əliyev Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində böyük səylər göstərdiyini qeyd edib. Dövlətimizin başçısı 2020-ci ildə işğaldan azad edilmiş Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunduğunu xatırlayaraq bu qərarın bütün İslam dünyasının Azərbaycana göstərdiyi böyük dəstəyin təzahürü olduğunu bildirib və gələn ay Şuşada təntənəli tədbirlərin keçiriləcəyini məmnunluqla vurğulayıb.
Dinlər və məzhəblər arasında ən kiçik ixtilaflar belə istisna olunur
Hazırda multikulturalizm çağırışlarının aktuallığı heç vaxt olmadığı qədər artıb. Qəbulda Prezident İlham Əliyev dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində Azərbaycanın mühüm rol oynadığını vurğulayaraq, bu xüsusda Bakıda keçirilən mötəbər tədbirlərə toxunub. Dövlətimizin başçısı yaxın zamanda ICESCO, UNESCO və BMT-nin Sivilizasiyalar Alyansının dəstəyi ilə Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunun yenidən keçiriləcəyini bildirib. Prezident İlham Əliyev COP29 çərçivəsində də Azərbaycanın dinlərarası dialoqun təşviqinə dəstək verməyə, bunun bir nümunəsi kimi dünya dini liderlərinin görüşünün keçirilməsinə və bu sahədə əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Söhbət zamanı İslam dünyasında məzhəblərarası dialoqun vacibliyinə toxunulub, bu xüsusda Azərbaycanın nümunəsi uğurlu örnək kimi məmnunluqla qeyd olunub.
Həqiqətən də, dünyadakı narahatlıq doğuran mənzərə ilə müqayisədə Azərbaycan reallığı tamam fərqlidir. Prezident İlham Əliyevin iradəsi ilə həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan millətlərarası və dinlərarası dialoq baxımından da nümunəvi bir ölkə kimi fərqlənir. Onilliklər ərzində qonşu dövlətin işğalçılıq siyasətindən əziyyət çəkmiş Azərbaycanın hazırkı narahat dünyada sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Azərbaycan elə bir məkandır ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən və yaxud kimləri isə alçaldan amil kimi çıxış etmir. Əksinə burada tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur. Azərbaycan öz üstünlüyünü ölkənin çoxmədəniyyətli və çoxkonfessiyalı olmasında görür. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı abidələrə də eyni yanaşma tətbiq olunur. Məsələn, ölkəmizdə dövlət həmçinin rus pravoslav, katolik, alban kilsələrinin tikintisinə və bərpasına da öz dəstəyini göstərib. Əlamətdar haldır ki, Prezident İlham Əliyev həmin abidələrin bərpadan sonra açılışına şəxsən qatılaraq xeyir-duasını və tövsiyələrini verir.
Bir sıra dövlətlərdə müşahidə edilən məzhəblərarası çəkişmələrə də ölkəmizdə heç bir əsas yoxdur. Ümumiyyətlə, respublikamızda məzhəblərarası ixtilafların ən kiçik təzahürünə belə rast gəlinmir. Prezident İlham Əliyev tərəfindən elan olunmuş “Multikulturalizm ili” çərçivəsində 2016-cı il yanvarın 15-də Bakıda Heydər məscidində qılınan vəhdət namazı da ölkəmizin İslam həmrəyliyinin daha da güclənməsinə verdiyi mühüm töhfələrdən biri kimi dəyərləndirilir. Xatırladaq ki, həmin mərasimdə məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bir araya gələrək eyni vaxtda, bir yerdə namaz qılıb, dualar ediblər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Sosial
22 Oktyabr 13:46

YAP xəbərləri
22 Oktyabr 13:24

YAP xəbərləri
22 Oktyabr 13:06

Gündəm
22 Oktyabr 13:02

Sosial
22 Oktyabr 12:57

Gündəm
22 Oktyabr 12:31

YAP xəbərləri
22 Oktyabr 12:29

YAP xəbərləri
22 Oktyabr 12:26

Elanlar
22 Oktyabr 12:21

İqtisadiyyat
22 Oktyabr 12:18

Siyasət
22 Oktyabr 12:15

YAP xəbərləri
22 Oktyabr 12:11

Hadisə
22 Oktyabr 12:03

Dünya
22 Oktyabr 12:02

İqtisadiyyat
22 Oktyabr 12:00

İqtisadiyyat
22 Oktyabr 11:59

Siyasət
22 Oktyabr 11:46

İqtisadiyyat
22 Oktyabr 11:40

Dünya
22 Oktyabr 11:38

Siyasət
22 Oktyabr 11:37

Siyasət
22 Oktyabr 11:23

Siyasət
22 Oktyabr 10:55

İqtisadiyyat
22 Oktyabr 10:32

İqtisadiyyat
22 Oktyabr 10:17

MEDİA
22 Oktyabr 09:58

Analitik
22 Oktyabr 09:34

Analitik
22 Oktyabr 09:15

Sosial
22 Oktyabr 08:57

Mədəniyyət
22 Oktyabr 08:21

YAP xəbərləri
22 Oktyabr 08:16
YAP xəbərləri
22 Oktyabr 00:12

YAP xəbərləri
21 Oktyabr 23:10

YAP xəbərləri
21 Oktyabr 22:41

Maraqlı
21 Oktyabr 21:30

Xəbər lenti
21 Oktyabr 21:28

YAP xəbərləri
21 Oktyabr 21:12

YAP xəbərləri
21 Oktyabr 20:57

Dünya
21 Oktyabr 20:18
YAP xəbərləri
21 Oktyabr 20:01

Gündəm
21 Oktyabr 19:53

YAP xəbərləri
21 Oktyabr 19:46

Dünya
21 Oktyabr 19:15

Dünya
21 Oktyabr 18:19

YAP xəbərləri
21 Oktyabr 18:09

Analitik
21 Oktyabr 17:56

YAP xəbərləri
21 Oktyabr 17:43

Yeni texnologiyalar
21 Oktyabr 17:25

YAP xəbərləri
21 Oktyabr 17:21

YAP xəbərləri
21 Oktyabr 16:55

Gündəm
21 Oktyabr 16:51

Mədəniyyət
21 Oktyabr 16:40

Dünya
21 Oktyabr 16:34
YAP xəbərləri
21 Oktyabr 16:22

YAP xəbərləri
21 Oktyabr 16:09

YAP xəbərləri
21 Oktyabr 16:07

YAP xəbərləri
21 Oktyabr 16:05

Dünya
21 Oktyabr 15:21

YAP xəbərləri
21 Oktyabr 15:20

YAP xəbərləri
21 Oktyabr 15:14

Gündəm
21 Oktyabr 15:14

YAP xəbərləri
21 Oktyabr 15:10

YAP xəbərləri
21 Oktyabr 14:42

YAP xəbərləri
21 Oktyabr 14:30

Dünya
21 Oktyabr 14:30

Gündəm
21 Oktyabr 14:28

Siyasət
21 Oktyabr 14:18

YAP xəbərləri
21 Oktyabr 14:12

YAP xəbərləri
21 Oktyabr 14:08

Sosial
21 Oktyabr 14:06

YAP xəbərləri
21 Oktyabr 13:51
