Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / FHN: Ötən həftə 41 nəfərin həyatı xilas edilib

FHN: Ötən həftə 41 nəfərin həyatı xilas edilib

28.04.2025 [12:08]

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında ötən həftə ərzində 181 yanğına çıxış, 29 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 41 nəfər xilas edilib, yanğınlar zamanı 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 6 nəfər xəsarət alıb, 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
Baxılıb: 155 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Dünya

Kim seçiləcək?

22 May 09:11

Mədəniyyət

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31