QHT-lərin qanunsuz medal fəaliyyəti üzrə cinayət işləri məhkəməyə göndərilib
12.01.2026 [22:58]
Azərbaycan ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ibtidai istintaq nəticəsində “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev və “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucovun səlahiyyətləri olmadığı halda, təsis etdikləri müxtəlif adda medal və döş nişanlarını pul müqabilində və şəxsi münasibətlərə görə çoxsaylı şəxslərə təqdim etməklə, dövlət orqanları tərəfindən müvafiq xidmətlərinə görə vətəndaşlara verilən orden və medallara münasibətdə cəmiyyətdə yanlış təsəvvür və çaşqınlıq yaratmağa əsaslı şübhələr müəyyən edilib.
Belə ki, qanunvericilikdə, o cümlədən "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunda orden və medalların vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən təltif olması, digər normativ-hüquqi aktlarda orden və medalların (o cümlədən orden və ya medal ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis olunmasının qadağan edilməsi, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda isə QHT-lərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinin yolverilməzliyinin təsbit edilməsinə baxmayaraq, həmin vəzifəli şəxslər tərəfindən bu tələblər kobud şəkildə pozulub.
Toplanılmış sübutlar əsasında Mehdi Mehdiyev, Füzuli Rzaquliyev və Sərraf Orucov Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbirləri seçilib və iş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Bundan başqa, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna əsasən, ictimai birliklər dövlət qeydiyyatına alındıqdan sonra 30 gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin etməli olduğu halda, “Qarabağ Əlillərinə Qayğı”, “Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi”, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı”, “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birlikləri və “Dədə Qorqud” Xeyriyyə Fondu qanunvericiliyin tələblərini pozaraq üzvlərinin reyestrini aparmayıb və nizamnamələrinə uyğun fəaliyyət göstərməyiblər.
Həmin faktlarla bağlı müvafiq təşkilatlar və onların rəhbərləri barəsində Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 579-cu (qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyin pozulması) maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatlar başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə və Ədliyyə Nazirliyinə göndərilib.
Eyni zamanda, QHT-lərin (ictimai birliklər və fondlar) qeydiyyata alınması, həmin təşkilatların müvafiq istiqamətlərə uyğun fəaliyyət göstərməsi və qeyd edilən qurumlardan daxil olan müraciətlərə baxılması zamanı cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinin nəzərə alınması, yeni qeydiyyat üçün müraciət edən və əvvəllər qeydiyyata alınmış təşkilatların nizamnamələrinin qanunvericiliyə uyğun olub-olmamasının yoxlanılması və bu sahədə nəzarətin gücləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə Ədliyyə Nazirliyinə müraciət edilib.
Xəbər lenti
Hamısına baxDünya
08 Fevral 22:40
Siyasət
08 Fevral 22:30
Hadisə
08 Fevral 21:22
Sosial
08 Fevral 20:41
Dünya
08 Fevral 20:38
Dünya
08 Fevral 19:14
Siyasət
08 Fevral 18:11
Dünya
08 Fevral 17:14
Siyasət
08 Fevral 16:39
Sosial
08 Fevral 15:32
Hadisə
08 Fevral 14:26
İdman
08 Fevral 13:21
Dünya
08 Fevral 12:41
Sosial
08 Fevral 12:04
Sosial
08 Fevral 12:02
İdman
08 Fevral 11:30
Dünya
08 Fevral 11:09
Dünya
08 Fevral 10:58
Dünya
08 Fevral 10:22
İdman
08 Fevral 09:43
Dünya
08 Fevral 09:18
Hadisə
08 Fevral 08:51
Dünya
08 Fevral 08:14
Dünya
07 Fevral 23:25
Dünya
07 Fevral 22:19
Siyasət
07 Fevral 21:51
Dünya
07 Fevral 21:23
İdman
07 Fevral 21:01
Sosial
07 Fevral 21:01
Siyasət
07 Fevral 20:26
Sosial
07 Fevral 19:15
Dünya
07 Fevral 18:33
Dünya
07 Fevral 17:25
Dünya
07 Fevral 16:40
Sosial
07 Fevral 15:50
Dünya
07 Fevral 15:17
Sosial
07 Fevral 14:43
Dünya
07 Fevral 14:29
Dünya
07 Fevral 13:32
Hadisə
07 Fevral 13:11
Gündəm
07 Fevral 12:22
Siyasət
07 Fevral 11:59
Siyasət
07 Fevral 11:32
Siyasət
07 Fevral 11:15
İqtisadiyyat
07 Fevral 10:55
İqtisadiyyat
07 Fevral 10:38
Analitik
07 Fevral 10:13
Sosial
07 Fevral 09:50
Analitik
07 Fevral 09:31
Analitik
07 Fevral 09:14
Sosial
07 Fevral 08:56
Ədəbiyyat
07 Fevral 08:33
Gündəm
07 Fevral 08:10
Dünya
06 Fevral 23:35
YAP xəbərləri
06 Fevral 23:18
Sosial
06 Fevral 22:50
YAP xəbərləri
06 Fevral 22:39
Dünya
06 Fevral 22:27
İqtisadiyyat
06 Fevral 22:14
Dünya
06 Fevral 21:48
Sosial
06 Fevral 21:32
YAP xəbərləri
06 Fevral 21:15
Dünya
06 Fevral 20:57
YAP xəbərləri
06 Fevral 20:33
İdman
06 Fevral 20:12
Dünya
06 Fevral 19:50
Sosial
06 Fevral 19:41
Dünya
06 Fevral 19:36
Sosial
06 Fevral 19:32
YAP xəbərləri
06 Fevral 19:18

