Emosional cavabların idarə edilməsi...
24.05.2025 [08:34]
İdman hər kəsin həyatında böyük rol oynayır. Belə ki, idmanın uşaqlara akademik səviyyədə fayda verdiyi elmi faktdır. Bu idman növləri içərisində futbol xüsusilə fərqlənir. Futbol uşağın zehni, emosional və sosial keyfiyyətlərinin inkişafı üçün təməl rolunu oynayır.
Futbolun insanlara öyrədə biləcəyi çox məqam var
Dostluq, qardaşlıq, kollektiv əmək...
Futbolun insanlar üçün öyrədə biləcəyi çox məqam da var: sahiblik, münaqişələrin həlli, emosional cavabların idarə edilməsi, konstruktiv tənqidi qəbul etmək, başqalarına hörmət etmək, motivasiya yaratmaq və s. Bu baxımdan futbol aktiv həyat tərzini təşviq edir, ünsiyyət bacarıqlarını inkişaf etdirir. Futbolda fəaliyyətin kollektiv forması onlarda dostluq, qardaşlıq, qarşılıqlı yardım xüsusiyyətlərini tərbiyə etməklə bərabər, başqa lazımi keyfiyyətləri formalaşdırır. Bu isə futbolçularda əsaslı əhəmiyyət daşıyan şəxsi marağın kollektiv maraqlara tabe olmaq kimi vərdişlərini aşılayır.
Mayın 25-i Ümumdünya futbol günü kimi qeyd olunur. Bu əlamətdar gün Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarına əsasən təsis edilib. Qərar planetin ən populyar idman növü olan futbola hörmət əlaməti kimi qəbul olunub.
“Bütün dünyanı zəbt etmiş”
Futbol üzrə dünya çempionatını adətən ümumi olaraq “Mundial” adlandırırlar. Bu, ispan mənşəli sözdür. Mənası “bütün dünyanı zəbt etmiş, bürümüş” deməkdir. Bu ifadə pərəstişkarlar tərəfindən 1982-ci ildən etibarən işlədilməyə və qəbul edilməyə başlanıldı. Bundan sonra kəlmə daha da genişləndi və nəticədə futbol üzrə dünya çempionatı bu cür adlandırıldı.
Futbol geyimlərinin nömrələnmə tarixi
Futbol geyimləri 90 ildən çoxdur ki, nömrələnir. İlk dəfə rəqəmləmə 1928-ci ildə “Çelsi” ilə “Arsenal”ın görüşündə baş vermişdi. Statistikaya uyğun olaraq London klublarının geyim nömrələri 1-dən 11-ə qədər nömrələnir. Ənənə tam olaraq 10 il sonra ümumi xarakter aldı. Bu gün isə məhz nömrələnmə oyunçuların özünü təsdiqi və dünya ulduzlarının fərqləndirilməsi üçün gərəklidir.
Başla oyun...
Bu element yalnız futbola xasdır. İdmanın oyun növlərinin heç birində topun yerdəyişməsi başla edilmir. Oyunun böyük hissəsinin yerdə getdiyinə baxmayaraq, başla oyun futbolun ayrılmaz tərkib hissəsi olaraq qalır, futbolçular öz oyun rollarından asılı olmayaraq, həm hücumda, həm də müdafiə olunarkən havada başla məharətlə oynamağı bacarmalıdırlar.
Niyə 11 nəfər?
Futbol komandasında oyunçuların sayının 11 nəfərdən ibarət olması fikrini ilk dəfə ingilislər, daha dəqiq desək, ingiltərəli tələbələr irəli sürüblər.
Futbolun yaranma tarixi 1863-cü il hesab olunur. Çünki həmin ildə ilk Futbol Assosiasiyası yaradılıb və indiki qaydalara uyğun gələn qaydalar tətbiq olunub. Bu qaydalar içərisində Kembric tələbələrindən qalan bircə qayda var idi, o da - oyunçuların sayının 11 nəfər olması. Bəs kembricli tələbələr nə üçün - “komandada oyunçuların sayı 11 nəfər olsun”- qaydasını qoyublar? O zamanlar Kembric Universitetinin yataqxanasında otaqlar 11 çarpayılıq idi. Yəni hər otaqda 11 tələbə qalırdı. Universitetdə isə tələbələr otaqlar arasında futbol yarışması keçirirdilər. Necə deyərlər: - “otaq otağa qarşı, yəni - 11 nəfər 11 nəfərə qarşı”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 17:24
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53

