Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Nəriman Axundzadə MLS-də debüt edib, komandası uduzub

Nəriman Axundzadə MLS-də debüt edib, komandası uduzub

22.03.2026 [10:45]

Azərbaycan millisinin və ABŞ-nin "Kolambus Kryu" klubunun futbolçusu Nəriman Axundzadə bu gün MLS-də debüt edib.

AZƏRTAC xəbər verir ki, 21 yaşlı hücumçu müntəzəm mövsümün V turunun "Toronto" ilə səfər oyununda meydana çıxıb. Gənc forvard 88-ci dəqiqədə Andre Qomeşi əvəzləyib.

Qarşılaşma qonaq komandanın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, "Kolambus Kryu" klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.

Paylaş:
Baxılıb: 481 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30