Avropa Olimpiya Komitəsinin prezidenti “Bakı-2015”ə hazırlığı yüksək qiymətləndirib
24.09.2014 [09:40]
Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin Direktorlar Şurasının üzvü və İrlandiyanın Olimpiya Şurasının prezidenti Patrik Hikkinin Bakıya növbəti səfəri başa çatıb.
AzərTAc xəbər verir ki, səfər zamanı P.Hikkiyə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) tərəfindən hazırlıq işlərinin gedişi barədə məlumat verilib.
BEGOC-dan AzərTAc-a bildiriblər ki, AOK-un prezidenti səfər çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Avropa Oyunlarının rəsmi tərəfdaşı elan olunduğu tədbirdə iştirak edib. Patrik Hikki deyib: “Bakı-2015” komandası tərəfindən son aylarda əldə edilmiş belə əhəmiyyətli irəliləyişi görmək məni hədsiz dərəcədə ruhlandırdı. Bu, inkişaf etdirilmiş və təkmilləşdirilmiş idman proqramı barədə son məlumatları almaq üçün dəyərli imkan idi. Əminəm ki, “Bakı-2015” bütün dünya üzrə çoxnövlü idman yarışları standartını yaradacaq ilk Avropa Oyunlarının innovativ və mükəmməl surətdə keçirilməsi ilə bağlı gözləntilərimizi doğruldacaq. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova, “Bakı-2015” Avropa Oyunlarının Əməliyyatlar üzrə baş direktoru Saymon Kleqə və burada çalışan peşəkar komandaya mənə ayırdıqları vaxta və bir daha Azərbaycandakı qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm”.
Patrik Hikkinin səfərinin planlar barədə ən son məlumatların çatdırılması baxımından gözəl fürsət olduğunu vurğulayan Saymon Kleq deyib ki, işimizdəki irəliləyişlərlə bağlı AOK prezidentinin əminliyi bizi daha da həvəsləndirir. Biz Avropa Oyunlarına doğru irəlilədikcə onun fikirləri və tövsiyələri komandamızı bütün Avropanın fəxr edəcəyi idman tədbirinin keçirilməsinə ruhlandıracaq.
Patrik Hikki, həmçinin təşkilatın yeni baş ofisi və Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı ilə də tanış olub.
Qeyd edək ki, gələn il iyunun 12-dən 28-dək keçiriləcək birinci Avropa Oyunlarında ümumilikdə 20 idman növü üzrə altı mindən artıq idmançı birincilik uğrunda mübarizə aparacaq. İdmanın doqquz növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq.
Avropa Oyunlarının keçirilməsi barədə qərar Avropa Olimpiya Komitəsinin (AOK) 2012-ci ilin dekabrında keçirilən iclasında qəbul olunub.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

