“Zəfər günləri”nin növbəti qonaqları medal qazanan idmançılarımızın valideynləri olublar
26.06.2015 [10:20]
İyunun 25-də Milli Olimpiya Komitəsinin (MOK) təşkil etdiyi “Zəfər günləri” adlı xüsusi tədbirin qonaqları birinci Avropa Oyunlarında medal qazanan idmançılarımızın valideynləri olublar.
AZƏRTAC xəbər verir ki, görüşdə MOK-un İcraiyyə Komitəsinin üzvü Zərifə Salahova, Olimpiya çempionu Zemfira Meftahətdinova və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan idmançılarının birinci Avropa Oyunlarında əldə etdikləri nailiyyətlərdən söhbət açılıb. Məlumat verilib ki, birinci Avropa Oyunlarının 13-cü günündə 11 dəst medalın sahibi müəyyənləşib. Hesabına bir mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 40-a çatıb. Azərbaycan 14 qızıl, 11 gümüş, 15 bürünc medalla komanda hesabında ikinci pillədəki mövqeyini qoruyub.
Diqqətə çatdırılıb ki, idmançılarımızın bu qələbələri heç də təsadüfi deyil. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu idman siyasəti bu gün bəhrəsini verir. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişaf etdirilməsinə və onun kütləviliyinin artırılmasına xüsusi diqqət yetirir. Azərbaycan Prezidentinin mətin iradəsi və böyük səyləri nəticəsində istər paytaxtda, istərsə də bölgələrdə istifadəyə verilən Olimpiya İdman kompleksləri idmançılarımızın birinci Avropa Oyunlarında parlaq qələbələr qazanmalarında mühüm rol oynayır. Vurğulanıb ki, beynəlxalq idman yarışlarında qələbə qazanan gənc idmançılarımızın layiqincə qiymətləndirilməsi, eləcə də birinci Avropa Oyunlarında yarışların dövlətimizin başçısı tərəfindən izlənilməsi onların uğurlarında mühüm rol oynayır.
Sonra birinci Avropa Oyunlarında medal qazanan idmançılarımızın valideynlərinə MOK-un hədiyyələri təqdim olunub və onlar iştirakçılarla sevinclərini bölüşüblər.
Yunan-Roma güləşi üzrə qızıl medalçı Rəsul Çunayevin atası Həmzət Çunayev deyib: “Çox sevinirəm və fəxr edirəm ki, oğlum birinci Avropa Oyunlarında qızıl medal qazanaraq Azərbaycanın dövlət himnini səsləndirdi. Onun çempion olacağına inanırdım. Çünki Rəsul bu yarışlara çox yaxşı hazırlaşmışdı”.
Həmzət Çunayev idmançılarımıza göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçına minnətdarlığını bildirib.
Digər mükafatçı Elman Muxtarovun atası Coşqun Muxtarov da oğlunun qələbəsindən duyduğu sevinci bölüşərək idmançımızın ermənistanlı rəqibinə qalib gəlməsində xalqımızın dəstəyini xüsusi vurğulayıb.
Karate yarışlarında birinci Avropa Oyunlarının çempionu olan Firdovsi Fərzəliyevin atası Rəfi Fərzəliyev sevincini belə ifadə edib: “Övladımın birinci Avropa Oyunlarında Azərbaycan bayrağını yüksəyə qaldırması hər bir azərbaycanlı kimi, məni də fərəhləndirdi. İnanıram ki, Firdovsi dövlətimizin qayğısı sayəsində gələcəkdə də beynəlxalq yarışlarda bayrağımızı dalğalandıracaq və böyük uğurlar əldə edəcək”.
Karate üzrə yığmamızın baş məşqçisi Rəhman Hətəmov birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, buna görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, MOK-un, Gənclər və İdman Nazirliyinin rəhbərliyinə minnətdarlığını çatdırıb. O, həmçinin deyib: “Mən buradakı valideynlərə təşəkkür edirəm ki, ölkəmizə qələbə sevinci yaşadan belə övladlar yetişdiriblər. Bunun özü də qəhrəmanlıqdır. Biz məşqçilər çalışacağıq ki, bundan sonra da güclü idmançılar yetişdirək və daim Azərbaycan xalqını sevindirək”.
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30

