Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının ilk günü maraqlı anlarla yadda qaldı
23.07.2016 [10:04]
İyulun 22-də Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə dünya kubokunun finalı start götürüb. İdmansevərlərimiz ilin əsas hadisəsi olan Rio Olimpiadasından iki həftə əvvəl dünyanın 17 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək imkanı əldə ediblər.
AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək yarışda Azərbaycanın idman şərəfini ilk Avropa Oyunlarının gümüş medalçısı, Avropa çempionatının bürünc mükafatçısı, “Rio-2016” Olimpiya Oyunlarının iştirakçısı Marina Durunda və Avropa çempionatının gənclər arasında gümüş və bürünc medalçısı Jalə Piriyeva qoruyurlar. Qrup hərəkətləri yarışlarında isə - Avropa çempionatının gümüş medalçıları Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celep mübarizə aparırlar.
Yarışların ilk iki günündə 26 gimnast və 9 qrup hərəkətləri komandası çoxnövçülük üzrə medallar uğrunda mübarizə aparacaq. Kubokun sonuncu günündə isə ayrı-ayrı alətlər üzrə final mərhələləri təşkil olunacaq.
İlk yarış günündə halqa və topla təsnifat yarışları təşkil olunub. İlk səkkiz pillədə qərarlaşan gimnastlar finala yüksəliblər.
Topla yarışda rusiyalı Marqarita Mamun 19.050 xalla birinci olub. Onun komanda yoldaşları Aleksandra Soldatova (19.000 xal) ikinci, Yana Kudryavtseva (18.900 xal) üçüncü yerin sahibidir.
Azərbaycan gimnastı Marina Durunda 18.450 xalla beşinci olub və finala yüksəlib. Digər gimnastımız Jalə Piriyeva 17.200 xalla on üçüncü pillədə qərarlaşıb və finala vəsiqə qazana bilməyib.
Halqa ilə yarışların təsnifat mərhələsində də rusiyalı gimnastlar ilk üçlükdə yer alıblar. Yana Kudryatseva (19.400 xal) birinci, Marqarita Mamun (19.350 xal) ikinci, Aleksandra Soldatova (18.950 xal) üçüncü olublar.
Bu alət üzrə yarışda Jalə Piriyeva 17.550 xalla ehtiyat oyunçu kimi finala yüksəlib. Marina Durunda isə 16.550 xalla iyirmi birinci pillədə qərarlaşıb.
İki hərəkətin cəminə görə, çoxnövçülük yarışlarında Rusiya təmsilçiləri liderdirlər. Hesabında 38.400 xal olan Marqarita Mamun birincidir. Yana Kudryatseva 38.300 xalla ikinci, Aleksandra Soldatova isə 37.950 xalla üçüncüdür. Marina Durunda 35.000 xalla onuncu, Jalə Piriyeva 34.750 xalla on ikinci yerdədir.
Beş lentlə qrup hərəkətləri yarışlarında Azərbaycan komandası 16.500 xalla səkkizinci olub və finala vəsiqə qazanıb. Rusiya millisi 18.800 xalla birinci, İsrail komandası 18.350 xalla ikinci, İtaliya kollektivi isə 18.150 xalla üçüncü olub.
Bu il dünya kubokunun 9 mərhələsi olub. Bakı finalında öncəki mərhələlərdə göstərilmiş ən yaxşı dörd nəticəyə əsasən, birinci yeri tutan gimnastlar və qruplar mükafatlandırılacaqlar.
Xəbər lenti
Hamısına baxSosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48

