/ / IV İslam Həmrəyliyi Oyunlarını işıqlandırmaq üçün 34 ölkədən 999 media nümayəndəsi müraciət edib
IV İslam Həmrəyliyi Oyunlarını işıqlandırmaq üçün 34 ölkədən 999 media nümayəndəsi müraciət edib
20.04.2017 [09:12]
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını işıqlandırmaq üçün 34 ölkədən 999 media nümayəndəsi müraciət edib. Media nümayəndələrinin qeydiyyatı prosesinə yanvarın 16-dan start verilib. Əvvəlcədən martın 31-i sonuncu qeydiyyat günü kimi nəzərdə tutulsa da, sonradan yerli və xarici media nümayəndələrinin müraciəti nəzərə alınaraq bu müddət aprelin 9-dək uzadılmışdı”.
Bu sözləri “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının media əməliyyatları şöbəsinin rəhbəri Kamran Talıbov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
K.Talıbov bildirib ki, müraciətlərin 252-si beynəlxalq, 747-si isə yerli mətbuat orqanları tərəfindən qeydə alınıb. Bunlardan 673-ü yazılı mətbuat, 204-ü fotomüxbir, 122-si isə rəsmi yayım hüququ olmayan televiziya kanallarının operatorlarıdır. Müraciət edənlər arasında Türkiyə, Səudiyyə Ərəbistanı, Əlcəzair, İran və Pakistandan olan media nümayəndələri üstünlük təşkil edirlər. IV İslam Həmrəyliyi Oyunlarını işıqlandırmaq üçün Hollandiya, Polşa, ABŞ, Almaniya, Böyük Britaniya, Rusiya və Fransadan da müraciətlər daxil olub.
“Xarici media nümayəndələrinin müraciətlərinə baxıldıqdan sonra onların ölkəmizə gəlməsi üçün həmin şəxslərə poçt vasitəsilə ilkin akkreditasiya kartı göndərilir. Ölkəmizə gələndə aeroportda kart təsdiqləndikdən sonra akkreditasiya ilə idman arenalarına sərbəst girmək mümkün olur. Xarici media nümayəndələrinin qalma xərcləri onların özləri tərəfindən ödənilir. Ancaq “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları həmin media nümayəndələrinə əməkdaşlıq etdiyi otelləri endirimli qiymətlərlə təklif edir”, - deyə Kamran Talıbov əlavə edib.
“Bakı-2017”dən əvvəl yerli və xarici mətbuat nümayəndələri üçün brifinqlərin təşkil olunacağını bildirən Kamran Talıbov deyib: “Artıq yerli media nümayəndələrinin müraciətlərinə cavabların verilməsinə başlanıb. Həmin cavabda akkreditasiya kartının haradan götürülməsi, Media Mərkəzinin yeri haqqında ətraflı məlumat verilir. İdman obyektlərində media mərkəzləri ilə yanaşı, bir əsas Media Mərkəzi də fəaliyyət göstərəcək ki, burada mətbuat konfransları, görüşlər və brifinqlər təşkil olunacaq”.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

