/ / Azər Əliyev: Ümidvaram ki, gənc idmançılarımız olimpiadalardakı qələbələri ilə bizi sevindirəcəklər
Azər Əliyev: Ümidvaram ki, gənc idmançılarımız olimpiadalardakı qələbələri ilə bizi sevindirəcəklər
02.11.2018 [09:28]
Oktyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev Argentinanın Buenos-Ayres şəhərində keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama görə, birinci yeri tutan hər bir idmançıya 25 min manat, onun məşqçisinə isə 12 min 500 manat; ikinci yeri tutan hər bir idmançıya 15 min manat, onun məşqçisinə isə 7 min 500 manat; üçüncü yeri tutan hər bir idmançıya 10 min manat, onun məşqçisinə isə 5 min manat məbləğində mükafat müəyyən olunur.
Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini, Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində gənc idmançılarımızın bu Oyunlarda çıxışlarına yekun vuraraq qeyd edib ki, Azərbaycan idmançılarının Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qazandığı 7 medal böyük müvəffəqiyyət sayıla bilər. O deyib: “İdmançılarımızın hamısı layiqincə çıxış edib. Bütövlükdə nəticələrdən çox razıyam. Mən ilk dəfə idi ki, Yeniyetmələrin Olimpiadasına getmişdim. Odur ki, idmanı sevən, ölkəsinin idman şərəfini qoruyan gənclərimizi görəndə sevincimin həddi-hüdudu olmadı. Olduqca xoş hisslərdir. Ümid edirəm ki, müvəffəqiyyətlə çıxış etmiş gənc idmançılarımız, hətta medalsız qalmış gənclərimiz böyüklər arasında dördilliyin əsas oyunlarında da qələbə əzmi nümayiş etdirəcək və ölkəmiz üçün medallar qazanacaqlar.
Bu idmançılar hələ çox gəncdir. Əgər onlar 2020-ci ildə Tokio Olimpiadasında çıxış etməyə macal tapmasalar belə, ümidvaram ki, 2024-cü ildə Paris Olimpiadasında ölkəmizi layiqincə təmsil edəcəklər”.
Ağır atletlərimizin çıxışlarından danışan A.Əliyev bildirib ki, Azərbaycanın ağır atletika üzrə kişilərdən və qadınlardan ibarət yığmaları Aşqabadda dünya çempionatında çıxış edəcəklər. Bu çempionat 2020-ci ildə Yaponiyada keçiriləcək Olimpiya Oyunları üçün seçmə mərhələdir.
A.Əliyev deyib: “Ağır atletimiz Tarmenxan Babayev Buenos-Ayres Oyunlarında gümüş medal qazanıb. Bu da Ağır Atletika Federasiyası üçün çox yaxşı göstəricidir. O, Avropa çempionudur. Odur ki, biz ona böyük ümidlər bəsləyirik. O, Tokio Olimpiadasında da medal qazana bilər. Ümidvarıq ki, Tarmenxan idman ustalığını daim artıracaq, bu cür layiqli nəticələr nümayiş etdirəcək.
Ağır Atletika Federasiyası üçün prioritet vəzifə gənc idmançılar hazırlamaqdır. Biz yeni nəslə ümid bəsləyirik. İdmançılarımız yeniyetmələr arasında Avropa çempionatında bir qızıl və iki gümüş medal qazanıblar. Gənclərimizin çox yaxşı potensialı var. Biz də məhz yeniyetmələrdən ibarət yığmanı inkişaf etdirməyə çalışırıq. Ümidvarıq ki, bu idmançılar artıq Tokio və Paris olimpiadalarında medallar uğrunda mübarizə aparacaqlar”.
Xəbər lenti
Hamısına baxSosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39

