Ağasəlim Mircavadov: “Bizim klublarda strategiya yoxdur”
14.01.2022 [11:10]
“Transfer o demək deyil ki, yayda gətirib, qışda yola salasan. Bunun olmaması üçün bəyəndiyin futbolçunun nə yeməyindən, nə xoşladığına qədər hər şeydən xəbərdar olmalısan ki, komandana uyğunlaşıb-uyğunlaşmayacağını biləsən”. Bu sözləri “Yeni Azərbaycan”a futbol üzrə Azərbaycan millisinin keçmiş baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Baş məşqçi kimi “Qarabağ” və “Neftçi”də çalışmış 74 yaşlı mütəxəssis bu komandaların qış transfer fəaliyyətini dəyərləndirib. O, xüsusən də, “Qarabağ”ın doğru yolda olduğunu bildirib: “Qarabağ” geniş heyəti olmasına baxmayaraq, daha bir neçə oyunçunu transfer edib. Çünki sabahını düşünür. Bütün Avropa klublarının öz strategiyaları olur. Məsələn, “Ayaks” nəyin hesabına böyük klubdur? İstedadlı oyunçunu 1 milyon avroya gətirir, 10 milyona satır. Üstəlik, hədəfi də kiçilmir. Problem ondadır ki, bizim klublarda strategiya yoxdur. Yalnız “Qarabağ” istisnadır. Düzgün strategiya sayəsində hər il qrupa qədər irəliləyir, UEFA-dan maliyyə gəlir, həmçinin istədiyi oyunçunu ala bilir. Əcnəbi futbolçular da “Qarabağ”a gəlməyə artıq müsbət baxırlar. Yəni həm oyunçular, həm məşqçilər, həm də klub daim inkişafdadır”.
1987-1988 və 2004-2006-cı illərdə “Neftçi”yə rəhbərlik etmiş Mircavadov paytaxt klubunda əsas problemin yerli oyunçularla bağlı olduğunu düşünür: “Neftçi”nin orta xətti ötən mövsüm çox ağıllı oyunçulardan qurulmuşdu. Mamadu Kane, Sabir Buqrin və Emin Mahmudov bir-birini tamamlayırdı. Hər üçü formada olduğu zaman yalnız onların ötürmələrini qola çevirəcək yaxşı hücumçuya ehtiyac olur. Amma indi Buqrinin gedişi komandanın işini çətinləşdirəcək. Yenə də mövsümün ikinci yarısında “Qarabağ”a çatmaq mümkünsüz deyil. Bunun üçün, ilk növbədə, yerli oyunçu transferlərinə diqqət ayırmaq lazımdır. Məsələn, “Keşlə”dən alınan Azər Salahlı komandanın sisteminə tam uyğundur. “Qarabağ” yerli bazarda hamıdan üstündür. Keyfiyyətli uşaqları götürdü, indi hamısı əsas komandada yer alır. “Neftçi” həm bu, həm də əcnəbi oyunçu baxımdan onlara uduzur”.
Qış fasiləsində futbolçu gətirməyin çətin olduğunu deyən Mircavadov həm yerli, həm də əcnəbi transferində diqqət yetirilməsi vacib olan məqamlara da toxunub: “Qışda transfer etmək çətindir. Əvvəla futbolçuların müqavilələri davam edir. İkincisi isə gətirdiyin futbolçu dərhal oynamağa hazır olmalıdır. Çünki qışda hazırlaşmağa vaxt yoxdur. Yerli futbolçunun icarə əsasında başqa kluba keçməsində maliyyə əsas rol oynayır. Amma əcnəbini gətirirsənsə, aldanmamaq üçün onu tanımalısan. Həmin legioneri ən azı altı ay öncədən izləməli və sənə xeyir verəcəyinə əmin olmalısan. Daha yoxlamaq məqsədilə qışda icarəyə götürmək yanlış strategiyadır”.
Bəs Azərbaycan futbolunun inkişafı üçün nələr tələb olunur? Mircavadov bunu iki məqamla əlaqələndirib: “Futbolu inkişaf etdirmək üçün, ilk növbədə, komandaların sayını artırmaq lazımdır. İkinci şərt isə odur ki, heç olmasa azı iki klub hər mövsüm avrokubokların qrup mərhələsində mübarizə aparmalıdır. Çünki avrokuboklara bir il düşüb, üç il vəsiqə qazanmayanda paslanırsan”.
Xəbər lenti
Hamısına baxSosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02

