Afinada başlanan yarış...
06.04.2024 [11:27]
Bu gün idmansevərlər üçün əlamətdar bir gündür. Çünki 128 il öncə -1896-cı ildə aprelin 6-da Afinada ilk müasir Olimpiya oyunları keçirilib. Olimpiya Oyunları dedikdə yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır.
Olimpiya Oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir.
Qədim Yunanıstanda mövcud olmuş Olimpiya Oyunlarının bərpa olunması təşəbbüsünü XIX əsrin sonlarında fransız ictimai xadimi baron Pyer de Kuberten təklif etmişdi. Onun dövründə Yay Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir 1896-cı ildən etibarən hər 4 ildən bir keçirilir.
Olimpiya hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durur. Qədim Yunanıstanda Olimpiya Oyunlarının yaranmasından söz gedərkən oyunların əsası, bir növ, dinə sitayiş, ibadət nəzəriyyəsinə əsaslanırdı. Orada stadion, teatr və məbəd müqəddəs yer sayılırdı. Burada iki şəhərdə - Olimpiya və Delfidə hər 4 ildən bir xoş məramlı oyunlar keçirilirdi. Bu şəhərlərdə keçirilən oyunlardan əlavə, şeir, mahnı, ədəbiyyat və incəsənət üzrə istedadlı şəxslər tərəfindən bilik, bacarıq və qabiliyyətləri nümayiş olunurdu.
Olimpiya oyunlarında fiziki bacarıq mənəviyyatla, incəsənətlə vəhdət təşkil edirdi. Olimpiya antik dövrdən başlayaraq uzun, enişli-yoxuşlu yol keçib, zəmanəmizə gəlib-çatıb və bu yolda müxtəlif maneələrlə rastlaşsa da, öz əzəli mahiyyətini qoruyaraq saxlayıb. Eyni zamanda Olimpiya Oyunları ümumbəşəri nüfuz sahibi olmaqla, dünya xalqlarının dərin məhəbbətini də qazanıb.
Qeyd edək ki, növbəti Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək Parisdə baş tutacaq.
“Bakı-2015” dünya mediasında...
Son illər ölkəmizdə də idmanın inkişafı istiqamətində atılan addımlar göz qabağındadır. Azərbaycan bu gün dünyada idman dövləti kimi tanınır. Bu sahədə uğurlarımız beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir.
“İnsidethegames.biz” portalı Azərbaycanın 2015-ci ildə I Avropa Oyunlarına yüksək səviyyəli ev sahibliyi etməsindən yazıb. Məqalədə əvvəlcə Azərbaycanın Avropa Olimpiya Komitələrinin (EOC) 41-ci Baş Assambleyasında 48 səsdən 38-ni toplayaraq Avropanın özünəməxsus ilk yarışını qəbul etməyə haqq qazandığı vurğulanıb.
Yazıda Avropa Olimpiya Komitələrinin o zamankı prezidenti Patrik Hikkinin fikirlərinə də yer verilib: “Belə tədbirlərə ev sahibliyi edən bir çox şəhər hazırlığa 5-7 il vaxt sərf edirlər. Bakı isə cəmi 30 aylıq hazırlıqdan sonra qitə miqyasında bu möhtəşəm Oyunları yüksək səviyyədə təşkil etməklə Avropa Olimpiya Hərəkatını şərəfləndirdi”.
Qeyd olunub ki, bu yarış həm də Azərbaycan ilə Avropa ölkələri arasında iqtisadi, siyasi, idman sahələrində əməkdaşlığın gücləndirilməsi, turizmin inkişafı üçün əlverişli şərait yaradıb.
Yazıda Azərbaycan komandasının 56 medalla (21 qızıl, 15 gümüş və 20 bürünc) Rusiyadan (164 medal) sonra ümumi sıralamada 2-ci yeri tutması xatırladılıb.
Qeyd edək ki, IV Avropa Oyunları 2027-ci ildə Türkiyədə keçiriləcək. Məqalədə 2022-ci ildə Konyanın ev sahibliyi etdiyi V İslam Həmrəyliyi Oyunlarındakı təşkilatçılıq uğurunu əsas götürən Türkiyənin Azərbaycanın I Avropa Oyunlarında müəyyən etdiyi standartlara cavab verməyə çalışacağı diqqətə çatdırılıb.
Sonda isə “Bakı 2015”in idmançılar, ekspertlər və media tərəfindən dünyada nadir hadisə kimi qiymətləndirilməsi xüsusi vurğulanıb.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

