Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Avropanın 10-dan çox ölkəsinə...

Avropanın 10-dan çox ölkəsinə...

06.06.2024 [10:40]

Mərkəzi Asiya-Xəzər-Avropa tranzitinin reallaşması qaz nəqlinin həcmini daha da artıracaq

Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgilərinin açılış mərasimindəki çıxışında ölkəmizin qlobal enerji bazarının ən etibarlı və layiqli üzvü kimi yürütdüyü siyasətin rifah və əməkdaşlığa xidmət etdiyini, ölkəmizdən yanacaq alan ölkələrin sayının hər il artığını bildirib. “Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi” deyən dövlət başçısı bir neçə ay əvvəl keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında qaz təchizatımızın coğrafiyasının artırılması barədə müzakirələrin aparıldığını vurğulayıb. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazasının getdiyi bildirilib.

Ötən 18 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısı kimi etibarlı tərəfdaşa çevrilmiş respublikamız 2020-ci ilin dekabr ayının son günündə Cənub Qaz Dəhlizinin sonuncu hissəsini - Transadriatik qaz kəmərini (TAP) istifadəyə verməklə faktiki olaraq Avropa İttifaqına qaz bazarına daxil oldu. 2021-ci ildə Azərbaycan Avropa regionuna 8 milyard kub metr, 2022-ci ildə 11 milyard kub.metrdən çox qaz ixrac edibdir. 2023-cü ildə isə 12 milyard kubmetrdən çox qaz ixrac edibdir.

Azərbaycanın qaz ixracını artırması üçün resursların istehsalı da artmalıdır. Son illərdə yeni qaz yataqlarındakı blokların hərəkətə gətirilməsi və TAP kəmərinin ötürücülük potensialının genişləndirilməsi istiqamətində davamlı addımlar atılır. Mövcud resurslara əsasən 2024-cü ildə ölkəmizin ixracı 24 milyard kubmetri də ötəcək. Növbəti illərdə ixracın artırılması üçün digər mənbələr də səfərbər olunacaq. Bu isə digər ölkələrə də qaz nəqlini təmin edə biləcək. Yaxın illərdə Slovakiya, Avstriya, Moldova qaz əldə edə biləcək.

2022-ci il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması Azərbaycanın Avropa Birliyində əsas qaz təchizatçılarından biri kimi mövqeyini möhkəmləndirdi və yanacaq həcmlərinin artırılmasına dair niyyət ifadə olundu. Bu plana əsasən, 2024-2027-ci illərdə ölkəmizin qaz istehsalı 40 faiz artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 mlrd. kubmetrədək artırılmalıdır. Bu rəqəmlər və proqnozlar Azərbaycanın qaz potensialını da artırmış olacaq və qaz təchizatının coğrafiyasının qarşıdakı illərdə daha da genişlənməsinə imkan verəcək.

Azərbaycanın qaz ehtiyatları Avropanın uzun illər enerji təminatında yer almağa kifayət edirmi?

Mütəxəssislərin apardığı kəşfiyyat işləri nəticəsində əldə edilmiş qiymətləndirmələrə əsasən, Azərbaycan Xəzər regionunda kifayət qədər qaz ehtiyatlarına malikdir və təsdiq edilmiş ehtiyatların həcmi 2,6 trilyon kubmetr proqnozlaşdırılır. Bu həcm daxili tələbat və ixracla birlikdə ən azı 100 ilə kifayət edir. Bu baxımdan Azərbaycanın Avropa Birliyinin qaz təchizatında bir əsrə yaxın tədarükçü dövlət olacağı şübhəsizdir. Xəzərin Azərbaycan sektorunda yerləşən “Babək”, “Naxçıvan”, “Zəfər-Məşəl”, “Ümid”, “Araz-Alov-Şərq” və “Şəfəq-Asiman” perspektiv strukturlarında proqnozlaşdırılan ehtiyatlar 2,6 trilyondan da çox mənbələrin formalaşmasına əsaslı zəmin yaradır.

Qaz əldə edəcək ölkələrlə hazırda fəal danışıqlar aparılır və yaxın müddətdə yeni qaz müqavilələrinin imzalanması gerçəkləşəcək. Beləliklə, Azərbaycandan qaz əldə edən Avropa ölkəsinin sayı 10-u ötmüş olacaq ki, bu da ümumilikdə, Avropa Birliyi regionunun təxminən 40 faizinin ölkəmizin sayəsində enerji təhlükəsizliyi təmin ediləcəkdir.

Avropa Birliyi Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizinə xüsusi üstünlük verir və gələcək etibarlı yanacaq təminatının əsas həlqəsi kimi dəhlizin genişləndirilməsi üzərində səylərini artırmaqdadır.

Xəzər regionuna zəngin yanacaq mənbəyi kimi xüsusi önəm verən Avropa İttifaqı məhz Azərbaycanın liderliyi sayəsində bölgənin digər ölkələrini - Türkmənistan, Özbəkistan, Qazaxıstanın da Cənub Qaz Dəhlizinə qoşulmasını və bununla da təkcə bu mənbədən Avropaya illik 100 milyard kubmetrə yaxın qaz nəqlinin əldə olunmasına çalışır. Aİ Mərkəzi Asiya-Xəzər regionlarından çoxşaxəli qaz nəqli tranziti şəbəkəsi yaratmaq niyyətindədir. Mərkəzi Asiyanın ehtiyatlarının Avropa bazarına çatdırılması istisna deyil. Türkmənistan qazının Avropaya nəqli üçün Azərbaycanın müəllifi olduğu TAP kəməri və Cənubi Qaz Dəhlizi marşrutu mövcuddur və işləkdir. Qalır türkmən qazını bu dəhlizə cəlb edərək Avropaya çatdırmaq. Bunun üçün hüquqi mexanizm və beynəlxalq sazişlər olmalıdır. Artıq bu istiqamətdə də hüquqi-iqtisadi təminatlar yaradılır və bu beynəlxalq öhdəliyi isə ilk növbədə Azərbaycan və Türkiyə öz üzərinə götürüb. Ötən ay Bakıda Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində imzalanan saziş çərçivəsində Türkmənistan qazının Gürcüstan ərazisi ilə Türkiyəyə tədarükü ilə bağlı əldə olunmuş razılaşmaya əsasən, Türkmənistan qazı Bakı-Tbilisi-Ərzurum-TANAP- vasitəsilə nəql olunacaq, gələcəkdə isə TAP-la Avropaya ixracı nəzərdə tutulur.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 190 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

24 İyun 10:29

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30