Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İstehsal başlayır

İstehsal başlayır

02.07.2024 [10:20]

Aİ-95” markalı benzinin ucuzlaşması “Avro-5”-ə keçidi sürətləndirəcək

Məlum olduğu kimi Tarif Şurasının qərarına əsasən, ölkəmizdə dizel yanacağının bir litrinin pərakəndə satış qiyməti 80 qəpikdən 1 manata, “A-92” maraklı benzinin qiyməti isə 1 manatdan 1 manat 10 qəpiyə qaldırılıb. “Avro-5” keyfiyyət göstəricilərinə uyğun daxili istehsal edilən “Aİ-95” markalı avtomobil benzininin 1 litrinin qiymətinin iyulun15-dən bazarın konyukturasına uyğun olaraq, 0,40 manat ucuzlaşaraq 1,60 manat olması nəzərdə tutulub. 

Tarif tənzimləmələri ilk növbədə ekoloji siyasətin mühüm istiqamətlərindən biri olan ətraf mühitin çirklənməsinin qarşısının alınmasına yönəlmiş təşviqedici xarakter daşıyır. Belə ki, havanın çirklənməsində xüsusi rol oynayan aşağı oktanlı yanacaq kimi dizel və “Aİ-92” markalı benzin dünya ölkələrində neçə müddətdir ki, sıradan çıxarılıb və əksər ölkələrdə “Aİ-92” markalı benzin istifadə olunmur. Qlobal səviyyədə böyük istehsalçılar premium markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçib. Azərbaycan da məhz dünya ekoloji tələblərindən irəli gələn bu siyasətə keçid istiqamətində addımlar atır. 

Bu siyasətin əsas hədəfi “Avro-5” standartlarına keçidin təmin edilməsi və buna uyğun olaraq maşın parkının da bu prosesə hazırlanmasıdır. Bu baxımdam “A-95”-in ucuzlaşması təşviqedici rol oynamaqla nəzərdə tutulan hədəflərə çatmaqda ilk addım kimi səmərəverici rol oynaya bilər, eləcə də növbəti mərhələlərdə aşağı oktanlı yanacaq sərfiyyatından kənarlaşmaların minimallaşdırılmasına yol açmaqla avtomobil bazarında müsbət vərdiş yaradacaq.  

Bəs, “A-95” indiyə qədər niyə ucuzlaşmırdı, əksinə bahalaşırdı? 

Azərbaycanda “Aİ-95” və daha yüksək oktanlı premium yanacaq emalının əsas güc bloku olan Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) bir neçə il əvvəl təmirə dayandığından həmin yanacaq növünün idxalına zərurət yarandı. Azərbaycan təxminən 10 il idi ki, sözügedən marka yanacağa olan tələbatı xaricdən idxal hesabına təmin edirdi. Buna görə də respublikamız “Aİ-95” markalı premium benzin? əsasən 4 ölkədən idxal edirdi, Rusiya, Bolqarıstan, Rumıniya və Türkmənistan ildə təxminən 150 min  ton “Aİ-95” markalı benzin satırdı. Yol-nəqliyyat, daşınma, logistika və sair xərclər, eləcə də dünya bazarında həmin növ benzinin qiymət dəyişmələri  ölkəmizdə gətirilən yanacağın bahalaşmasına səbəb olurdu. Ötən illərdə bir neçə dəfə qiymət artımları sayəsində 2 manata çatmışdı. 

NEZ-də əsaslı şəkildə yenidən qurma və istehsal gücünün artırılması, sənayenin yüksək keyfiyyətli yanacaqla təmin edilməsi məqsədilə 2014-cü ildən başlanmış  əsaslı təmir işləri isə beynəlxalq mütəxəssislərin apardığı qiymətləndirmələrdən sonra əlavə olaraq tamamilə modernizasiyaya açıldı və proses daha da uzandı. NEZ-in keçən əsrin 70-80-cı illərində inşa olunmuş bir neçə əsas qurğunun, o cümlədən neftin ilkin emalı qurğusunun istismar müddətinin sona yaxınlaşması nəzərə alınaraq həmin qurğuların tamamilə yeniləri ilə əvəz edilməsi tövsiyə olundu. 

Beləliklə, ötən dövrdə NEZ-də yenidənqurma layihəsi çərçivəsində əhəmiyyətli texnoloji işlər görüldü, istehsal gücünün artırılmasını təmin edəcək dayanıqlı infrastrukturlar quruldu, yeni istehsal qurğuları inşa edildi və zavoddakı qurğular yeni qurğularla əvəz edildi. Əsaslı təmir və yenidən qurma işlərinin 2022-ci ilə başa çatması və NEZ-də “Avro-5” tələblərinə cavab verən yanacağın istehsalına başlanılması nəzərdə tutulsa da, COVID-19 pandemiyası layihənin bir neçə il gecikməsinə səbəb oldu. 

Layihə üzrə işlərin sürətləndirilməsi üçün beynəlxalq təcrübəli mütəxəssislərdən ibarət “SOCAR Downstream Management” şirkəti yaradıldı, SOCAR-ın Türkiyə ofisindən bir sıra təcrübəli mütəxəssislər işlərə cəlb olundu. “SOCAR Downstream Management” tərəfindən tərtib edilmiş “İstismar mükəmməlliyi” proqramı çərçivəsində gənc mütəxəssislər təcrübə mübadiləsi üçün SOCAR-ın Türkiyədəki “Star” neft emalı zavoduna təlimlərə göndərildi. Məqsəd daha tez “Avro-5” standartlarına çatmaq idi. NEZ-də aparılan yenidənqurma və modernizasiya işlərinin böyük bir hissəsinin tamamlanmasından sonra ötən aydan artıq “Aİ-95” markalı avtomobil benzini istehsalı mümkünləşdi. Həmin növ yanacağın birbaşa daxili istehsal hesabına təmin edilməsi isə qiymət konyukturasında ciddi dəyişikliyə əsas yaratdığından hökumət ucuzlaşmağa qərar verdi. 

Beləliklə, respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin yerli istehsal hesabına təmin olunması yanacaq bazarında uculaşmalara gətirib çıxarır  və bu prosesin növbəti mərhələdə də baş verəcəyi istisna deyil. “Aİ-95” premium markalı və “Aİ-98” super markalı benzindən sürücülərin az qismi istifadə etsə də, 40 qəpik ucuşlaşmadan sonra bu markalı yanacağa da keçid kifayət qədər artacaq. Bu isə təmiz ekoloji mühit standartlarına keçidin sürətlənməsinə də əhəmiyyətli təsir göstərəcək. 

Araşdırmalar göstərir ki, ətraf mühitin çirklənməsinin böyük bir hissəsini avtomobillərdən müasir standartlara uyğun olmayan yanacaqlardan istifadə nəticəsində ayrılan zəhərli qazlar təşkil edir. Havanın çirklənməsi ilə bağlı dünya ölkələrində əsas hədəf elektromobillərə keçidi sürətləndirməkdir. Əksər ölkələrdə artıq “Aİ-92” markalı benzin istehsal olunmur və satılmır, dizelin daha böyük ekoloji zərəri nəzərə alınaraq istehlakının azaldılması üçün tədbirlər görülür. Bu məqsədlə bir çox ölkələrdə dizelin qiyməti elə tənzimlənir ki, benzinin qiymətindən baha olsun. Ölkəmizdə benzin mühərrikli avtomobillərin idxalı azalsa da, dizel mühərrikli avtomobillərin sayı artır. Dizel mühərrikli avtomobillərin havanı daha çox çirkləndirdiyini nəzərə alaraq, ölkələr onların istifadəsinin azaldılmasına doğru müxtəlif vasitələrdən istifadə edir ki, nəticədə nəqliyyat sektorunda keyfiyyətli yanacağa doğru motivasiya da artır. Bu baxımdan “Avro-5”standartlara uyğun “Aİ-95” və “Aİ-98”-ə keçidi stimullaşdıran tarif siyasəti optimallaşmada xüsusi əhəmiyyət kəsb edəcək. 

ELBRUS 

Paylaş:
Baxılıb: 187 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

“Triumf yolu”..

13 İyul 11:00

MEDİA

Uğurlu yoldayıq...

13 İyul 10:55

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31