Çinin BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb
02.07.2024 [16:04]
İyulun 2-də Baş nazirin müavini Şahin Mustafayevin iştirakı ilə keçirilən görüşdə ölkəmizdə avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Çərçivə sazişi imzalanıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sazişi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, BYD şirkətinin kommersiya avtomobilləri üzrə icraçı direktoru Tien Çunlon və “Electrify Azerbaijan” MMC-nin direktoru Tariyel Rüstəmov imzalayıblar. Çərçivə sazişi elektrik mühərrikli avtobusların alınmasını, onlara xidmətin göstərilməsini, ölkəmizdə istehsalın qurulmasını və lokallaşlaşdırılmasını nəzərdə tutur.
Tədbirdə çıxış edən Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan və Çin prezidentlərinin birgə səyləri ilə ölkələrimiz arasında ikitərəfli münasibətlərin bu gün bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. Əlaqələrimizin dostluq, qarşılıqlı anlaşma və dəstək prinsiplərinə əsaslandığı qeyd olunub.
Bildirilib ki, Çin şirkətlərinin Azərbaycanda rahat və səmərəli fəaliyyət göstərməsi üçün bütün lazımi şərait təmin edilib və çoxsaylı Çin şirkətləri ölkəmizdə yaradılan əlverişli və şəffaf biznes mühitindən bəhrələnir.
BYD şirkəti ilə əməkdaşlığın uğurlu olacağına və bu gün imzalanacaq sənədlərin Azərbaycan-Çin qarşılıqlı faydalı əlaqələrinin daha da genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Bu il Azərbaycanın ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP 29) ərəfəsində sözügedən müqavilənin imzalanması ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizə üzrə qlobal səylərə sadiqliyini bir daha vurğulayır.
Saziş çərçivəsində BYD şirkəti ölkəmizdə əlavə dəyər zəncirinin inkişaf etdirilməsi məqsədilə yeni istehsal sahələrinə də investisiya qoymağı nəzərdə tutur. Belə ki, şirkətlə 2026-ci ildən aşağı tonnajlı yük elektrik avtomobillərinin, kommunal təsərrüfat üçün elektrik mühərrikli avtonəqliyyat vasitələrinin, elektrik mühərrikli minik avtomobilinin istehsalı və 2028-ci ildən isə elektrik enerjisinin saxlanması üçün batareyaların yığımı kimi sahələrdə əməkdaşlıq planlaşdırılır. Bu layihələrə şirkət tərəfindən ümumilikdə təqribən 60 milyon ABŞ dolları məbləğində əlavə investisiyanın qoyulması planlaşdırılır.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə elektrik mühərrikli avtobusların ölkəmizdə bu sahədə istehsalı həyata keçirəcək şirkətdən alınmasına qərar verilib. Azərbaycanda elektrik mühərrikli avtobus istehsalı müəssisəsi fəaliyyətə başladıqdan sonra isə tələbat daxili istehsal hesabına ödəniləcək. Hazırkı mərhələdə “BakuBus” MMC tərəfindən BYD şirkətindən 160 ədəd elektrik mühərrikli avtobus və 100 ədəd enerjidoldurma aparatı alınacaq. Avtobusların 2024-cü il oktyabrın 31-dək mərhələli şəkildə gətirilərək Bakı şəhərində marşrut xəttinə çıxarılması planlaşdırılır.
BYD ilə əməkdaşlıq çərçivəsində 2025-ci ildə yerli istehsalın qurulması və ehtiyat hissələrinin mərhələli şəkildə lokallaşdırılması planlaşdırılır. Lokallaşdırılmanın 2030-cu ilədək avtobusların ümumi maya dəyərinin 40 faizini təşkil etməsi nəzərdə tutulur. Layihə ilə bağlı müqavilənin bu ilin sentyabr ayında imzalanması planlaşdırılır.
Ölkəmizdə elektrik avtobuslarının istehsalı layihəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC payçı kimi iştirak edəcək. Layihə üzrə BYD şirkətinin Azərbaycandan olan tərəfdaşı “SARDA Group” şirkətlərinə məxsus “Electrify Azerbaijan” MMC-dir.
Çinin BYD şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında qurulacaq zavodda elektrik mühərrikli avtobusların istehsalına ilkin olaraq 34 milyon ABŞ dolları həcmində investisiyanın qoyulması nəzərdə tutulub. Şirkət tərəfindən daxili tələbat və ixrac imkanları nəzərə alınmaqla illik istehsal həcminin 500 ədəd olması nəzərdə tutulur. Layihə çərçivəsində 800 yeni iş yerinin yaradılması planlaşdırılır.
1995-ci ildə yaranmış BYD şirkəti 2023-cü ildə 3 milyon yeni enerji avtomobilinin rekord satışını həyata keçirməklə dünya birincisi olub və şirkət avtomobil istehsalı, elektronika, elektrik batareyaları, bərpa olunan enerji və dəmir yolu nəqliyyatı sahələrində son yenilikləri tətbiq edən dünyamiqyaslı aparıcı texnologiya şirkətlərindən biri hesab olunur.
Xəbər lenti
Hamısına bax
Dünya
16 İyun 10:27

Dünya
16 İyun 09:29

Dünya
16 İyun 08:25

Sosial
15 İyun 23:21

Dünya
15 İyun 22:30

Dünya
15 İyun 21:25

Hadisə
15 İyun 20:34

Hadisə
15 İyun 19:23

Siyasət
15 İyun 18:32

YAP xəbərləri
15 İyun 17:11

Sosial
15 İyun 16:26

Dünya
15 İyun 16:15

YAP xəbərləri
15 İyun 16:00

Dünya
15 İyun 15:17

Sosial
15 İyun 14:30

Siyasət
15 İyun 13:49

Dünya
15 İyun 12:28

Gündəm
15 İyun 12:22

Dünya
15 İyun 11:47

Gündəm
15 İyun 11:40

Dünya
15 İyun 11:18

YAP xəbərləri
15 İyun 11:00

Dünya
15 İyun 10:35

Müsahibə
15 İyun 10:30

Gündəm
15 İyun 10:08

İdman
15 İyun 09:58

YAP xəbərləri
15 İyun 09:58

Hadisə
15 İyun 09:24

Dünya
15 İyun 08:39

Gündəm
15 İyun 08:26

Gündəm
15 İyun 08:06

Dünya
15 İyun 07:42

Gündəm
15 İyun 00:20

Dünya
14 İyun 23:11

İdman
14 İyun 22:35

Gündəm
14 İyun 21:09

Dünya
14 İyun 20:12

Siyasət
14 İyun 19:13

Gündəm
14 İyun 18:59

YAP xəbərləri
14 İyun 18:37

Dünya
14 İyun 18:28

Sosial
14 İyun 17:37

YAP xəbərləri
14 İyun 16:25

Xəbər lenti
14 İyun 16:23

YAP xəbərləri
14 İyun 15:43
YAP xəbərləri
14 İyun 14:21

YAP xəbərləri
14 İyun 13:59

YAP xəbərləri
14 İyun 13:17

Sosial
14 İyun 12:51

YAP xəbərləri
14 İyun 12:48

YAP xəbərləri
14 İyun 12:31

Mədəniyyət
14 İyun 12:27

MEDİA
14 İyun 12:15

Gündəm
14 İyun 12:10

Siyasət
14 İyun 12:05

Siyasət
14 İyun 11:52

MEDİA
14 İyun 11:38

Analitik
14 İyun 11:24

YAP xəbərləri
14 İyun 11:23

Analitik
14 İyun 11:00

YAP xəbərləri
14 İyun 10:55

Siyasət
14 İyun 10:26

Sosial
14 İyun 09:53

Elm
14 İyun 08:51

Ədəbiyyat
14 İyun 08:37

İdman
13 İyun 23:34

YAP xəbərləri
13 İyun 23:11

YAP xəbərləri
13 İyun 22:46

Sosial
13 İyun 22:31

Dünya
13 İyun 22:17
