Böyükşor gölü üzərində 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
30.07.2024 [11:48]
Energetika Nazirliyi və Asiya İnkişaf Bankı (AİB) tərəfindən həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım” layihəsi çərçivəsində Böyükşor gölü üzərində ümumi gücü 100 kVt olan günəş enerjisi qurğusunun açılış mərasimi keçirilib.
Nazirlikdən bildirilib ki, tədbirdə çıxış edən Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev karbon emissiyalarının azaldılması və iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səylərə ölkəmizin töhfələrindən danışıb. C.Abdullayev Prezident İlham ƏIiyevin bərpaolunan enerjidən istifadənin inkişafını prioritetləşdirən dövlət siyasətinə müvafiq olaraq reallaşdırılan meqa layihələrə diqqət çəkib, Qaradağ Günəş Elektrik Stansiyasının istismara verilməsi ilə cari ilin 6 ayında günəş enerjisi istehsalında 8 dəfədən çox artım qeydə alındığını söyləyib.
“95 kilovatı suda, 5 kilovatı quruda quraşdırılan layihə vasitəsilə illik 160 min kilovat-saatdan çox elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Layihə özəl investisiyaların cəlb olunması üçün çağırış rolunu oynayır və artıq genişləndirilməsi ilə bağlı müzakirələrə start verilib”, - deyən C.Abdullayev bu qurğunun su hövzəsi üzərində istismara verilən ilk günəş elektrik qurğusu olduğunu bildirib.
Tədbirdə çıxış edən bankın Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Kendis Makdeyqan vurğulayıb: “AİB regional layihə çərçivəsində Azərbaycanda su üzərində günəş enerjisindən istifadənin inkişafı üçün texniki dəstək verir. COP29 tədbiri ərəfəsində bu innovativ qurğunun işə salınmasının əhəmiyyəti böyükdür. Pilot layihə kiçik miqyasda həyata keçirilsə də, Azərbaycanda daha bir yaşıl enerji mənbəyinə çevrilir, su və günəş resurslarından birgə istifadəni optimallaşdırır, enerji kompleksini şaxələndirir və emissiyaların qarşısını alır”.
Layihə çərçivəsində stansiyanın istismarı və texniki xidməti sahəsində təlimlərin təşkili də nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21

