“Yaşıl enerji” istehsalında rekord...
15.08.2024 [10:47]
2024-cü ilin 7 ayında bərpa olunan enerjinin payı ümumi elektrik enerjisi istehsalında 15 faizi ötüb2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda “yaşıl enerji” güclərinin istehsal həcmi 1 milyard kVt·st-dan çox artıb. Belə ki, qeyd olunan dövrdə “yaşıl hidrogen” mənbəyi olan su elektrik stansiyalarında (SES) 1 milyard 867,3 milyon kVt·st, külək elektrik stansiyalarında 33,3 milyon kVt·st, ?ünəş elektrik stansiyalarında 352 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 152,7 milyon kVt·st elektrik enerjisi istehsal edilib. Beləliklə, “yaşıl enerji” mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 milyard 77,6 milyon kVt·st artaraq 2,4 milyard kVt·st təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında yaşıl güclər üzrə istehsal həcmi 1,3 milyard kVt·st-a bərabər olmuşdu. Cəmi bir il ərzində “yaşıl enerji” istehsalının 80 faiz və ya 1 milyard Kvt-st-dan çox artması rekord göstərici olmaqla Azərbaycanın “yaşıl enerji” strategiyasının gözlənildiyindən də uğurla həyata keçirilməsindən xəbər verir.
Bu rəqəmlər “yaşıl güclərin” ümumi enerji istehsalında payının durmadan artmasını da şərtləndirir. Əgər əvvəllər ölkə üzrə enerji istehsalında bərpa olunan enerji mənbələrinin payı 10 faizdən aşağı idisə hazırda bu göstərici 15 faizi ötüb. Belə ki, 2024-cü ilin yanvar-iyul ayları üzrə Azərbaycanda ümumilikdə 16,2 Kvt-st elektrik enerjisi istehsal olunub ki, onun 15,2 faizi “yaşıl enerji” mənbələrinin payına düşür. Bu, bir daha Azərbaycanda bərpa olunan enerji növlərinin hər birində dayanıqlı artımın baş verdiyini göstərir və yaxın 5 il ərzində “yaşıl enerji” gücünün cəmi enerji istehsalında 25 faizi ötəcəyini əsaslandırır. Mövcud ssenari hökumətin 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin payının 30 faizə çatdırmaq planlarının vaxtından əvvəl yerinə yetiriləcəyinə də işarə edir. Yaxın 6-7 ildə bərpa olunan enerji sitehsalının təxminən 5 milyard Kvt-st-a çatacağı proqnozlaşdırılır ki, bu da cəmi enerji hasilatının təxminən 34 faizi deməkdir. Göründüyü kimi Azərbaycan “yaşıl enerji” gücünü artırmaqla bölgədə yeni enerji arxitekturasını da möhkəmləndirir.
Azərbaycanın “yaşıl enerji” potensialı qiymətləndirmələrə əsasən, quruda 135 QVt, dənizdə 157 QVt proqnozlaşdırılır.Təkcə, Qarabağ və Şərqi Zəngəzur bölgəsində hidroenerji, külək və ?ünəş enerjisi, termal su mənbələrinin gücü 7200 MVt-dan artıq qiymətləndirilir. Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Hidroenerji ehtiyatlarına görə Tərtərçay, Həkəri çayı və bu çayların qolları əsas resurs mənbələri hesab olunur. İndiyə qədər bu ərazilərdə 10 ədəd kiçik su elektrik stansiyası inşa edilərək istifadəyə verilib, digər hidrogen infrastrukturlarının yaradılması işləri davam etdirilir. Ümumilikdə, 2 il ərzində Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal edəcək su elektrik stansiyalarının tikintisinin başa çatdırılması nəzərdə tutulub. Bu isə bu bölgədə bərpa olunan təmiz enerjinin gücünün 1 QVt-ı ötməsinə səbəb olacaq.
Azərbaycan hökuməti “yaşıl enerji” sektorunda istehsalın artırılması üçün beynəlxalq koalisiya ilə sıx əməkdaşlıq qurub və son 2 ildə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə bərpaolunan enerji istehsalına dair müqavilələr imzalanıb. Ümumilikdə, Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Bundan başqa, Azərbaycanda Dünya Bankı (DB) , Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) , Asiya İnkişaf Bankı (AİB) kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirilir. AYİB 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının inşasına kreditlər ayıracaq. 2 ay əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə maliyyə tutumu 1 milyard dollar olan müqavilələrin imzalanması isə “yaşıl enerji” hərəkatında yeni dalğanın başlanğıcı sayıla bilər. Bu, yeni enerji sərmayələrinin açar sazişi kimi digər çoxhəcmli investisiyalar üçün əsaslı zəmin demıəkdir. Həmin sərmayə proqramının davamı kimi digər potensial investorlarla daha iritutumlu “yaşıl sərmayələr”in qoyuluşuna dair ilkin razılaşmalar da əldə edilib. Məsələn, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti qarşıdakı illərdə ölkəmizin yaşıl güclərinə 5 milyard dollara yaxın investisiya yatırmaq niyyətini bəyan edib.
Beləliklə, Azərbaycanda “yaşıl enerji” istehsalının əhəmiyyətli dərəcədə artması bu enerji resurslarının nəqli üçün də dayanıqlı mənbə formalaşdırır. “Yaşıl enerji” siyasətinin əsas istiqamətlərindən biri kimi yaxın illərdə ixracın şaxələndirilməsi də əsas prioritetdir. Həmin istiqamət üzrə fundamental hüquqi baza yaradılıb, hazırda yaşıl infrastrukturların qurulması işləri sürətlə icra olunur. “Yaşıl enerji”nin ixracını təmin edəcək “Mərkəzi Asiya -Xəzər-Qara dəniz-Avropa” dəhlizinin yaradılması ilə bağlı niyyət razıalşmaları imzalanıb və yaxın aylarda Avropa ölkələri ilə birlikdə çoxtərəfli beynəlxalq sazişin imzalanması nəzərdə tutulur.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
07 Sentyabr 14:11
Siyasət
07 Sentyabr 13:55
İdman
07 Sentyabr 13:53
İdman
07 Sentyabr 13:48
Dünya
07 Sentyabr 13:42
Sosial
07 Sentyabr 13:17
İdman
07 Sentyabr 13:15
Sosial
07 Sentyabr 13:12
Sosial
07 Sentyabr 12:45
Sosial
07 Sentyabr 12:14
İdman
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:29
Dünya
07 Sentyabr 11:14
Sosial
07 Sentyabr 10:45
Sosial
07 Sentyabr 10:30
İdman
07 Sentyabr 10:17
Sosial
07 Sentyabr 10:16
Dünya
07 Sentyabr 10:13
Siyasət
07 Sentyabr 10:10
İqtisadiyyat
07 Sentyabr 09:45
Siyasət
07 Sentyabr 09:35
Sosial
07 Sentyabr 09:15
Siyasət
07 Sentyabr 09:00
İqtisadiyyat
07 Sentyabr 08:45
MEDİA
07 Sentyabr 08:30
Siyasət
07 Sentyabr 08:18
İqtisadiyyat
07 Sentyabr 07:45
Dünya
07 Sentyabr 07:45
Mədəniyyət
07 Sentyabr 07:37
Dünya
07 Sentyabr 07:30
Dünya
07 Sentyabr 07:15
Maraqlı
07 Sentyabr 07:00
Gündəm
06 Sentyabr 23:40
Siyasət
06 Sentyabr 22:50
YAP xəbərləri
06 Sentyabr 21:55
Hadisə
06 Sentyabr 21:54
Dünya
06 Sentyabr 21:04
Xəbər lenti
06 Sentyabr 20:57
Dünya
06 Sentyabr 20:30
Hadisə
06 Sentyabr 20:15
Xəbər lenti
06 Sentyabr 20:00
İqtisadiyyat
06 Sentyabr 19:45
Mədəniyyət
06 Sentyabr 19:30
Siyasət
06 Sentyabr 19:15
Xəbər lenti
06 Sentyabr 19:00
İqtisadiyyat
06 Sentyabr 18:50
Xəbər lenti
06 Sentyabr 18:35
Elm
06 Sentyabr 18:20
Hadisə
06 Sentyabr 18:05
Elm
06 Sentyabr 17:50
Xarici siyasət
06 Sentyabr 17:49
İdman
06 Sentyabr 17:45
Xəbər lenti
06 Sentyabr 17:35
Xəbər lenti
06 Sentyabr 17:20
Mədəniyyət
06 Sentyabr 17:09
Xəbər lenti
06 Sentyabr 17:05
İdman
06 Sentyabr 17:00
Xəbər lenti
06 Sentyabr 16:58
YAP xəbərləri
06 Sentyabr 16:51
Hadisə
06 Sentyabr 16:50
Xəbər lenti
06 Sentyabr 16:35
Hadisə
06 Sentyabr 16:20
Xarici siyasət
06 Sentyabr 16:05
Müsahibə
06 Sentyabr 15:28
Dünya
06 Sentyabr 15:17
Dünya
06 Sentyabr 15:11
Sosial
06 Sentyabr 15:09
Siyasət
06 Sentyabr 15:07
YAP xəbərləri
06 Sentyabr 14:40
Siyasət
06 Sentyabr 13:54