Özbəkistan Azərbaycanda pambıqçılıq klasteri yaradır
31.08.2024 [08:25]
Qardaş ölkənin şirkətləri azad ərazilərdə tekstil sənayesinin qurulmasında da iştirak edəcək
Özbəkistan şirkətinin Azərbaycanda pambıqçılıq klasteri layihəsinin icrasına başlanılıb. Özbəkistana məxsus “Tukımachı Sanoat Tekstıl” MMC-nin Azərbaycanda təsis etdiyi “TST Textile Group” MMC-yə İmişli rayonunda 5 min hektar torpaq sahəsi ayrılıb. “İmişli Aqropark”ın ərazisində salınacaq müasir pambıqçılıq təsərrüfatı, pambıq emalı, iplik, toxuculuq, tikiş və yağ istehsalı müəssisələrinin daxil olduğu pambıqçılıq klasterinin yaradılması layihəsinin ilkin investisiya həcmi təxminən 90 milyon manatdır. 2025-2029-cu illər ərzində şirkət tərəfindən pambıq emalı, iplik, toxuculuq və tikiş fabriklərinin, həmçinin pambıq yağı zavodunun qurulması nəzərdə tutulur. Pambıq emalı və yağ zavodları İmişli rayonu ərazisində, iplik, toxuculuq və tikiş fabrikləri isə Mingəçevir Sənaye Parkının ərazisində yaradılacaq. Layihə çərçivəsində xammaldan son məhsul istehsalına kimi proseslər həyata keçiriləcək ki, bu da klasterləşmənin qurulmasına təkan verəcək. Yeni sərmayə layihəsi ölkəmizdə pambıqçılığın inkişafında mühüm rol oynayacaq.
Dünyada pambıq istehsalı və emalı üzrə inkişaf etmiş və yüksək təcrübəyə malik özbək şirkətlərinin Azərbaycanın pambıqçılıq təsərrüfatında yer alması bu sahədə müasir innovasiyayönüml istehsal şəbəkəsinin formalaşmasını da təmin edəcək. Layihənin həyata keçirilməsinə özəl sərmayə qoyuluşu ilə yanaşı, bu günlərdə təsis edilmiş Azərbaycan -Özbəkistan İnvestisiya Fondu tərəfindən də maliyyə ayrılması nəzərdə tutulur ki, bu da klasterin böyük bir emal sənayesi şəbəkəsinə çevrilməsinə səbəb olacaq. Layihənin həyata keçirilməsi isə Azərbaycanda pambıqçılıq sahəsində ilk dəfə olaraq Özbəkistan təcrübəsi əsasında klasterləşmənin formalaşmasına gətirib çıxaracaq ki, bu da dünya bazarlarına ən yüksək keyfiyyətli pambıq və mahlıcın ixracını təmin edəcək.
“Tukımachı Sanoat Tekstıl” MMC təkcə Özbəkistanda deyil, Asiya bölgəsində də dünyada ən nüfuzlu pambıqçılıq-tekstil müəssisəsidir və bir çox ölkədə emal şəbəkələri fəaliyyət göstərir. Şirkət dünya bazarında mahlıc və trikotaj sənayesinin təminatında, ən keyfiyyətli parça istehsalında fərlənən sənaye infrastrukturları qurmaqla öz rəqabət imkanlarını möhkəmləndirməkdədir. Bu baxımdan MMC-nin Azərbaycanda fəaliyyətə başlaması və yeni emal müəssisələri yaratması ölkəmizdə iplik, qumaş, tikiş məhsulları sənayesinin inkişafında yeni mərhələ açacaq, Azərbaycanın müasir rəqabətqabiliyyətli tekstil sənayesinin formalaşmasında mühüm rol oynayacaq.
“Tukımachı Sanoat Tekstıl” MMC-nin növbəti mərhələdə azad edilmiş ərazilərdə də pambıqçılığın inkişafına töhfə verəcəyi istisna deyil. Füzuli və Cəbrayılda bu tipli emal sənayesinin formalaşdırılması müzakirə edilir. Ümumiyyətlə, Özbəkistanın digər şirkətlərinin də azad edilmiş ərazilərdə aqrar-sənaye komplekslərinin yaradılmasında öz qardaş dəstəyini göstərəcəyi planlaşdırılır. Bir neçə ay əvvəl Qubada keçirilən II Azərbaycan-Özbəkistan Regionlararası Forumunda özbək investorları Qarabağda yüngül sənaye şəbəkələrinin yaradılması, tekstil sahəsində birgə müəssisənin qurulması imkanlarını dəyərləndirib və yaxın vaxtlarda bu tipli biznes-layihələrin icrasına başlanılacağı bildirilib.
Özbəkistan azad edilmiş ərazilərdə də sərmayə yatıraraq aqrar sektorra töhfə verəcək. Belə ki, Füzulidə 100 hektar ərazidə “Özbəkistan-Azərbaycan Dostluq Bağları” layihəsi icra ediləcək. Özbəkistan tərəfindən “Uzgreenagro” LLC (MMC) və Azərbaycan “Zəfər Bağları” MMC-nin birgə təsis etməyi planlaşdırdığı “Özbəkistan-Azərbaycan Dostluq Bağları” MMC tərəfindən həyata keçiriləcək. Layihəyə 5 milyon manatadək vəsaitin investisiya olunması nəzərdə tutulur. Bu vəsaitin 50 faizini Özbəkistan, 50 faizini Azərbaycan yatıracaq. Bağda müxtəlif növ meyvə ağacları, o cümlədən Özbəkistandan gətirilmə meyvə ağaclarının əkilməsi nəzərdə tutulub. Layihənin növbəti mərhələsində bağların genişləndirilməsi və məhsulların dərin emalının qurulması nəzərdə tutulur. Həmçinin gələcəkdə istehsalatın genişlənməsi çərçivəsində digər yeni fəaliyyət sahələri də yaradıla bilər. Bağçılıq fəaliyyəti nəticəsində əldə olunan məhsulların ilkin olaraq Azərbaycan və Özbəkistan bazarına çıxarılması, daha sonra digər bazarlara birgə ixracı planlaşdırılır.
Özbəkistanın Qarabağ və Şərqi-Zəngəzurda nəzərdə tutduğu digər özəl biznes layihəsi bərpaolunan enerjinin istehsalı və emalı ilə bağlıdır. Ötən il imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi”nə əsasən, azad edilmiş ərazilərdə təmiz enerji keçid və dekarbonizasiya sahələri üzrə birgə layihələrin icrası çərçivəsində “yaşıl enerji” infrastrukturlarının qurulması, özəl investisiyalar hesabına yeni su elektrik stansiyalarının tikintisi, enerji resurslarından səmərəli istifadə nəzərdə tutulur.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

