Məskunlaşmadan məşğulluğa...
28.09.2024 [11:29]
Azad ərazilərdə yeni müəssisələrin yaradılması əhalinin işlə təminatını da artırmaqdadır
Hökumət qarşısında dayanan ən mühüm məsələlərdən biri azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri ilə yanaşı, əhalinin məşğulluq imkanlarının yaradılmasıdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları əlverişli iqlim mühiti və coğrafi şəraiti baxımından aqrar və aqrar-sənaye fəaliyyətləri, turizm, mineral ehtiyatları ilə mədənçıxarma sənayesi, eləcə də su və hidrogen resursları ilə “yaşıl enerji” sənayesinin inkişafı baxımından böyük imkanlara malikdir. Bu baxımdan həmin ərazilərdə müxtəlif istehsal və xidmət sahələrinin yaradılması iş yerlərinin təmin olunmasına da münbit şərait yaradır.
Məhz bu imkanlar nəzərə alınaraq məskunlaşma prosesi ilə paralel olaraq istehsal və emal, ticarət, xidmət, sənaye, turizm müəssisələri qurulur, müxtəlif iqtisadi fəaliyyət sahələrinin yaradılması təmin olunur. Həmin sosial yanaşma çərçivəsində, azad olunmuş ərazilərdə məşğulluq məsələləri ilə əlaqədar Dövlət Məşğulluq Agentliyinin tərkibində işçi qrup yaradılıb. İşçi qrupu tərəfindən təsdiqlənmiş “Tədbirlər planı”na əsasən, məşğulluğun müxtəlif istiqamətləri, o cümlədən özünəməşğulluq imkanları, ictimai işlərin təşkili, kvota üzrə iş yerlərinin yaradılması, sosial iş yerlərindən əməkhaqqının birgə maliyyələşdirilməsi, ərazidə fəaliyyət göstərən şirkətlərə münasibətdə yerli işçi qüvvəsinin işlərə cəlb edilməsinin müxtəlif təşviqlərlə motivasiyası nəzərdə tutulub. Habelə yerli icra və idarəetmə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət sahələrinə aid müəssisələrdə iş yeri yaratma potensialının və digər aktiv məşğulluq tədbirlərinin təmin olunması müəyyənləşib.
Əmək yarmarkaları işaxtaranların köməyinə çatır...
Məşğulluq proqramı çərçivəsində Laçın, Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl şəhərləri, Laçının Zabux və Sus, Füzulinin Dövlətyarlı, Cəbrayılın Horovlu və Şükürbəyli, Qubadlının Mahruzlu və Zilanlı, Ağdərənin Talış və Suqovuşan, Ağdamın Xıdırlı, Sarıcalı, Kəngərli, Salahlı Kəngərli, Baş Qərvənd kəndlərinin işsiz və işaxtaran sakinləri üçün peşə hazırlığı kurslarının təşkili işlərinə başlanıb. Qeyd edək ki, ötən ilin noyabr ayında bölgədə ilk əmək yarmarkası keçirilib və Füzuli şəhərində 20 işəgötürən tərəfindən 200-ə yaxın vakansiya təqdim edilib. Bu prosesin davamı olaraq 2024-cü ildə əmək yarmarkalarının təşkili davam etdirilib və onlarla insanın iş tapması mümkün olub. Hazırda işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlər vakansiyalar haqqında məlumatları Dövlət Məşğulluq Agentliyinin altsistemində yerləşdirir ki, vətəndaşlar hətta köçdən əvvəl belə bu bölgələrdə yaradılan iş yerləri haqqında məlumatları, o cümlədən iş saatları, tələb olunan peşə bacarıqları, əməkhaqqı və s. detalları bu elektron platformadan öyrənir və işlər üçün müraciət edirlər.
Dövlət Məşğulluq Agentliyinin məlumatına görə, həyata keçirilən tədbirlər nəticəsində azad olunan ərazilərə köçürülən 2700 nəfərin məşğulluğu təmin olunub. Hazırda daha 600 nəfərin məşğulluğunun təmin olunması istiqamətində iş aparılır.
Ümumilikdə, işğaldan azad edilmiş ərazilərimizdə 2026-cı ilədək ilkin mərhələdə 12 min şəxsin peşə hazırlığına cəlbi nəzərdə tutulub.
159 yeni müəssisə və təşkilat dövlət qeydiyyatına alınıb
Azad edilmiş ərazilərdə məşğulluq digər tədbirlərlə yanaşı, həmçinin biznes mühitinin inkişaf etdirilməsi yolu ilə dəstəklənməkdədir. 2023-cü ilin əvvəlindən etibarən 10 il müddətinə müvafiq ərazilərdə yaradılan və fəaliyyət göstərən müəssisələrə və sahibkarlara bir sıra vergi və fiskal güzəştlər tətbiq edilib, onlar gəlir, mənfəət, torpaq, əmlak və sadələşdirilmiş vergidən, istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 10 il müddətində ƏDV-dən azad ediliblər. Habelə işğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının dividend gəlirləri 10 il müddətində vergidən azad olunub. Qeyri-dövlət və qeyri-neft sahələrində fəaliyyət göstərən sahibkarların məcburi dövlət sosial sığorta haqqı dövlət büdcəsi vəsaiti hesabına subsidiyalaşdırılır. Bütün bu güzəşt və stimullar sahibkarların istehsal xərclərinin azalmasına, yığım imkanlarının genişlənməsinə və təkrar investisiya üçün əlverişli maliyyə mənbələrinin yaradılmasına imkan verir, həmçinin istehsal olunan mal və xidmətlərin maya dəyərinin optimallaşdırılması yolu ilə rəqabət qabiliyyətinin dəstəklənməsini təmin edir.
Bu səbəbdən son bir ildə həmin ərazilərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin sayı artıb. Təkcə, 2024-cü ilin birinci yarısında ərazidə 1700-dən çox fərdi sahibkar qeydiyyatdan keçib, 159 yeni müəssisə və təşkilat dövlət qeydiyyatına alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 90, fərdi sahibkarların sayı isə 488 vahid artıb.
Sənaye parkları....
Özəl təşəbbüsləri hərtərəfli təşviq etmək və dövlət-özəl sektor tərəfdaşlığını inkişaf etdirməklə regiona investisiya qoyuluşunun artırılması istiqamətində də əhəmiyyətli dinamika nəzərə çarpmaqdadır. Sahibkarların maliyyə-kredit təminatı ilə bağlı tədbirlər çərçivəsində bir neçə sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə güzəştli kredit verilib, 12 kənd təsərrüfatı məhsullarının istehsalçısı dövlət büdcəsinin vəsaiti hesabına əkin subsidiyası ilə təmin olunub. Bölgədə biznes qurmaq istəyən sahibkarların maliyyə imkanlarına çıxışı asanlaşdırmaq üçün banklarla birgə mexanizm hazırlanır, eləcə də sahibkarların istehsal etdikləri məhsulun birbaşa dövlətin dəstəyi ilə alışının təşkili üzərində iş aparılır.
Bölgənin sənaye arxitekturasının əsas sütunlarından biri olan Ağdam Sənaye Parkında biznesin sayı durmadan artır. Bu sənaye zonasına ümumi investisiyalarının məbləği 238 milyon manatdan çox olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə, 2090 iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu günədək rezidentlər tərəfindən sənaye parkına 72 milyon manatdan çox investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb.
Bölgədə 2030-cu ilədək təqribən 150 min iş yerinin açılacağı gözlənilir
Sentyabrın 19-da Ağdam Sənaye Parkında “BAFCO İnvest” “Eel Electric”, “Rail Trans Service”, “Mister Decor” və “Metkons” MMC-lərin açılışı ilə sənaye zonasında yeni imkanlar da böyüyüb və bu sənaye zonasında əlavə olaraq 400-dən çox iş yeri yaradılacaq. Həmçinin Cəbrayıldakı 200 hektarlıq sahədə yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında hazırda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması işləri sürətlə davam etdirilir ki, həmin müəssislərdə 1000 nəfərin işlə təmin olunması mümkünləşəcək.
Azad ərazilərdə yeni investorlardan biri “Tabaterra” QSC tərəfindən Ağdam və Qubadlıda investisiya layihələrinin reallaşdırılması nəzərdə tutulub ki, bu layihə üzrə ən azı 200 nəfər işlə təmin olunacaq. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya imkanlarının və biznes perspektivlərinin qiymətləndirilməsi, dövlət-özəl sektor əməkdaşlığı modeli üzrə layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir ki, bütün bu layihələr minlərlə iş yerinin yaradılmasına səbəb olacaq.
Prezidentin Qarabağ iqtisadi rayonundakı işğaldan azad edilmiş ərazilərdə Xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, regionda böyük tikinti işləri aparılır, yerli iqtisadiyyatın qurulmasına özəl investisiyalar da cəlb olunacaq. Qarabağ iqtisadi rayonunda 2030-cu ilədək təqribən 150 min iş yerinin açılacağı gözlənilir.
Hədəf 300 min nəfər...
Müxtəlif tədqiqat mərkəzlərinin apardığı araşdırmalar göstərir ki, azad edilmiş ərazilərdə məskunlaşma tam miqyasda təmin edildikdən sonra əhali üçün gələcək fəaliyyət sahəsinin planlaşdırılması, o cümlədən özünüməşğulluq fəaliyyəti sahələrinin müəyyən edilməsi, gənclər üçün düzgün peşə bacarıqlarına yiyələnmə və əmək bazarının tələbinə uyğun ixtisaslar üzrə peşə seçimləri sayəsində on minlərlə dayanıqlı iş yerləri yaratmaq mümkün olacaq. Belə ki, kənd təsərrüfatında təxminən 140 min, nəqliyyat və ticarət və xidmət sektorlarında 80 min, emal və yeyinti sənayesinə 60-65 min iş yeri yaratmaq mümkündür. Bununla yanaşı, təhsil sahəsində 45 min, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 35 min, tikintidə 35 min iş yeri olmaqla, ümumilikdə, bölgədə 300-320 min iş yeri yaratmaq imkanı mümkündür.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
16 Oktyabr 10:28
Hadisə
16 Oktyabr 10:24
Sosial
16 Oktyabr 10:20
Siyasət
16 Oktyabr 10:18
Siyasət
16 Oktyabr 10:12
Siyasət
16 Oktyabr 09:52
Siyasət
16 Oktyabr 09:34
İqtisadiyyat
16 Oktyabr 09:12
İqtisadiyyat
16 Oktyabr 08:59
Dünya
16 Oktyabr 08:36
Siyasət
16 Oktyabr 08:16
Sosial
16 Oktyabr 07:43
Maraqlı
16 Oktyabr 07:17
İqtisadiyyat
15 Oktyabr 23:39
Xəbər lenti
15 Oktyabr 23:18
İqtisadiyyat
15 Oktyabr 22:57
Dünya
15 Oktyabr 22:34
COP29
15 Oktyabr 22:13
Mədəniyyət
15 Oktyabr 21:59
Dünya
15 Oktyabr 21:37
Sosial
15 Oktyabr 21:24
Siyasət
15 Oktyabr 21:18
Xəbər lenti
15 Oktyabr 21:11
YAP xəbərləri
15 Oktyabr 21:09
Elm
15 Oktyabr 20:49
İqtisadiyyat
15 Oktyabr 20:38
Elm
15 Oktyabr 20:17
Sosial
15 Oktyabr 19:54
İqtisadiyyat
15 Oktyabr 19:34
Elm
15 Oktyabr 19:13
Xəbər lenti
15 Oktyabr 18:52
Dünya
15 Oktyabr 18:31
Dünya
15 Oktyabr 18:14
Xəbər lenti
15 Oktyabr 17:58
Siyasət
15 Oktyabr 17:41
İqtisadiyyat
15 Oktyabr 17:39
Mədəniyyət
15 Oktyabr 17:18
Elm
15 Oktyabr 16:56
İdman
15 Oktyabr 16:42
YAP xəbərləri
15 Oktyabr 16:41
YAP xəbərləri
15 Oktyabr 16:39
COP29
15 Oktyabr 16:15
YAP xəbərləri
15 Oktyabr 15:42
YAP xəbərləri
15 Oktyabr 15:38
İqtisadiyyat
15 Oktyabr 15:37
Siyasət
15 Oktyabr 15:36
İqtisadiyyat
15 Oktyabr 15:21
İdman
15 Oktyabr 15:20
YAP xəbərləri
15 Oktyabr 15:19
YAP xəbərləri
15 Oktyabr 15:18
YAP xəbərləri
15 Oktyabr 15:16
YAP xəbərləri
15 Oktyabr 15:15
YAP xəbərləri
15 Oktyabr 15:14
Sosial
15 Oktyabr 15:12
Xəbər lenti
15 Oktyabr 15:03
YAP xəbərləri
15 Oktyabr 14:58
YAP xəbərləri
15 Oktyabr 14:56
Elm
15 Oktyabr 14:53
Sosial
15 Oktyabr 14:23
Sosial
15 Oktyabr 14:19
İqtisadiyyat
15 Oktyabr 14:19
Sosial
15 Oktyabr 14:08
İdman
15 Oktyabr 13:58
İqtisadiyyat
15 Oktyabr 13:38
İqtisadiyyat
15 Oktyabr 13:37
Xəbər lenti
15 Oktyabr 13:36
YAP xəbərləri
15 Oktyabr 12:57
İqtisadiyyat
15 Oktyabr 12:43
Xəbər lenti
15 Oktyabr 12:32
Sosial
15 Oktyabr 12:30