Energetika naziri Braziliyada bir sıra görüşlər keçirib
04.10.2024 [14:48]
Energetika naziri Pərviz Şahbazov Foz do İquaçu şəhərində Braziliyanın mədən və energetika naziri Aleksandr Silveira, Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səud və Qlobal Bərpa Olunan Enerji Alyansının baş icraçı direktoru Bruce Douglas ilə görüşüb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Braziliyanın mədən və energetika naziri Aleksandr Silveira ilə görüşdə ölkələrarası münasibətlərin COP və G20 platformaları vasitəsilə fəal tərəfdaşlıq mərhələsinə daxil olduğu, neft-qaz ölkələri olan Azərbaycan və Braziliyanın enerji keçidində mühüm rol oynadığı qeyd edilib. Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Braziliyadan ibarət COP üçlüyünün yeni öhdəliklər və təşəbbüslərin elan edilməsi və həyata keçirilməsində birgə əməkdaşlığı təmin etdiyi bildirilib. Enerji keçidinə rəvan şəkildə nail olmağın vacibliyi vurğulanıb. Azərbaycanda dövlət başçısının yaşıl enerjinin inkişafına və yaşıl enerji keçidinə investisiyaya yol açan siyasəti, aparılan islahatlar, həyata keçirilən layihələrdən bəhs edilib. Bildirilib ki, yaşıl enerji ilə tərəfdaşlarımızın enerji təchizatı və təhlükəsizliyini təmin etmək istiqamətində fəaliyyətimizi davam etdiririk. Avropa və Asiyanı birləşdirən, müxtəlif ölkələri yaşıl enerji ilə təchiz edəcək layihələrin təşəbbüskarı məhz Azərbaycandır. Söhbət zamanı COP29 Sədrliyinin təşəbbüsləri, o cümlədən iqlimin maliyyələşdirilməsi istiqamətində atılan addımlar müzakirə olunub. Azərbaycanla Braziliyanın əməkdaşlığının COP məqsədlərinin reallaşdırılmasına töhfə verəcəyi qeyd olunub.
Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səudla görüşdə isə qlobal neft bazarında vəziyyət, “OPEC plus” formatında əldə olunmuş razılaşmaların, öhdəliklərin yerinə yetirilməsi və iki ölkə arasında enerji tərəfdaşlığının gündəliyindəki layihələrin icrası müzakirə edilib. “ACWA Power” şirkəti ilə dənizdə 1,5 qiqavat külək enerjisi və 200 meqavatlıq Batareya Enerji Saxlanc Sistemi (BESS) layihələrinin inkişafına, həmçinin yaşıl enerji dəhlizləri çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. COP29 tədbirlərində iştirak, eləcə də hər iki ölkənin Energetika nazirlikləri arasında Birgə Texniki Komitənin fəaliyyət istiqamətləri üzrə atılan addımlar nəzərdən keçirilib.
Azərbaycanın “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi” təşəbbüsü, dənizdə külək enerjisinin inkişafı və yaşıl enerjinin nəqli layihələri, COP29 çərçivəsində əməkdaşlıq Qlobal Bərpa Olunan Enerji Alyansının baş icraçı direktoru Bruce Douglas ilə görüşdə müzakirə mövzuları olub. Bərpaolunan enerji texnologiyaları sahəsində ixtisaslaşmış və bu sahədə özəl sektoru təmsil edən Qlobal Bərpa Olunan Enerji Alyansının Azərbaycanla əməkdaşlığa marağı ifadə edilib və şəbəkələrlə bağlı vədin yerinə yetirilməsinə özəl sektorun mümkün dəstəyi barədə danışılıb. COP29 çərçivəsində Alyansın Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə birgə tədbirlərdə iştirakı, həmçinin COP təşəbbüsləri nəzərdən keçirilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

