Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb

15.01.2025 [11:54]

Ötən il ərzində Azərbaycanda təbii qaz hasilatı 4,14 faiz artaraq 50,3 milyard kubmetr olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qazın 13,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 27,8 milyard kubmetri “Şahdəniz”, 1,5 milyard kubmetri “Abşeron” yatağı, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən 2 milyard kubmetr artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı 25,2 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz çoxdur. Bunun 12,9 milyard kubmetri Avropaya (9,3 faiz artım), 9,9 milyard kubmetri Türkiyəyə (4,21 faiz artım), 2,4 milyard kubmetrdən çoxu isə Gürcüstana (4 faiz azalma) satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,6 milyard kubmetr qaz nəql olunub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə sabit qalıb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2025-ci il yanvarın 1-dək 650,2 milyon ton neft (kondensatla birlikdə), 466,5 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 601,5 milyon ton neft, 229,7 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 48,7 milyon tona yaxın kondensat, 236,8 milyard kubmetr qaz çıxarılıb. Bu yataqlardan həmin dövrdə 648,3 milyon ton neft, 169,5 milyard kubmetr qaz ixraca nəql edilib.

Paylaş:
Baxılıb: 158 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

İqtisadiyyat

Dünya

Dünya

Girovlar qaytarılmasa...

12 Fevral 09:10  

Mədəniyyət

Hərbi

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28