/ / Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi üzrə Anlaşma Memorandumu imzalanıb
Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi üzrə Anlaşma Memorandumu imzalanıb
04.04.2025 [15:21]
Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət şuraları çərçivəsində “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə nazirlərin 2-ci iclası keçirilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Gürcüstanı iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze, Türkiyəni energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Bolqarıstanı isə energetika naziri Jeço Stankov təmsil edib. Görüşdə enerji təhlükəsizliyinin təmin olunmasında regionlararası yaşıl enerji infrastrukturunun qurulmasının vacibliyi və Azərbaycanın zəngin bərpaolunan enerji resurslarının nəqli sahəsində geniş əməkdaşlığı təşviq edən layihələrin rolu vurğulanıb. Yeni yaşıl interkonnektorun əhəmiyyəti və layihənin həyata keçirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib. “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstan Respublikasının Energetika Nazirliyi arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
“Bu gün bu sənədi imzalamaqla, mənbəyi Azərbaycan olan daha bir yaşıl enerji dəhlizinin yaradılmasına başladığımızı elan etmiş oluruq. Azərbaycanın zəngin yaşıl enerji potensialı, iddialı layihələri, enerji ixracı infrastrukturunun yaradılması və ölkələrimiz arasında enerji təchizatı üzrə əməkdaşlıq təcrübəsi bu dördtərəfli təşəbbüsün gələcək uğuru üçün möhkəm təməl yaradır. Yaşıl interkonnektorlar vasitəsilə bərpaolunan enerji resurslarının ötürülməsi və ticarəti sahəsində irəliləyişlər əldə edərək, dörd ölkə arasında enerji inteqrasiyasını gücləndirəcək və regional enerji təhlükəsizliyinə yeni töhfə verəcəyik”,- deyə energetika naziri Pərviz Şahbazov deyib.
“Bu gün Azərbaycan, Bolqarıstan, Gürcüstan və Türkiyə Respublikaları arasında imzalanmış Anlaşma Memorandumu transsərhəd elektrik infrastrukturu sahəsində əməkdaşlığın genişləndirilməsi üçün zəmin yaradır. Birlikdə çalışaraq enerji təhlükəsizliyini yaxşılaşdırmaq, bərpaolunan enerjidən istifadəni artırmaq və növbəti nəsillər üçün daha təmiz və davamlı gələcək yaratmaq istiqamətlərində əhəmiyyətli irəliləyişlər əldə edirik”, - deyə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze bildirib.
“Bildiyiniz kimi, transsərhəd elektrik enerjisi birləşmələri texniki, iqtisadi və strateji cəhətdən çox vacibdir. Bu təşəbbüs regionumuza enerji təhlükəsizliyinin artırılmasından infrastrukturun daha səmərəli istifadəsinə, eləcə də iqtisadi faydadan dayanıqlılığa kimi bir sıra strateji faydalar gətirəcək. Lakin bu təkcə başlanğıcdır. Gələcəkdə isə icra, tənzimləyici bazanın uyğunlaşdırılması və bazarın sinxronlaşdırılması sahələrində sıx əməkdaşlığa ehtiyacımız olacaq”,- deyə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar qeyd edib.
“Enerji sektorunun transformasiyası etibarlı, təmiz və əlverişli enerji təchizatı tələb edən iqtisadi dəyişikliklərin bir hissəsidir. Bunlar ümumi çağırışlardır, lakin güclü və etibarlı əməkdaşlıq və tərəfdaşlıqlara əsaslanan həllər tapmalıyıq. Bu gün memorandumun imzalanması ilə biz bu istiqamətdə böyük addım atırıq” ,- deyə Bolqarıstanın energetika naziri Jeço Stankov bildirib.
Sənəd dörd ölkə arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti potensialının artırılması məqsədilə birgə investisiya layihələrinin hazırlanması, elektrik enerjisi infrastrukturunun inkişafı, o cümlədən ENTSO-E sisteminə inteqrasiya prosesi üzrə əməkdaşlığı ehtiva edir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42

