Avropa İnvestisiya Bankı ölkəmizdə “yaşıl istiqrazlar” buraxacaq
15.04.2025 [10:27]
Avropa İnvestisiya Bankı (AİB) Azərbaycanda “yaşıl istiqrazlar”ın emissiyası (buraxılışını) imkanını nəzərdən keçirir. Bankın açıqlamasında qeyd edilir ki, Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində yürütdüyü qətiyyətli siyasət, o cümlədən, bərpaolunan enerji mənbələrinə və enerji səmərəliliyinə fəal şəkildə sərmayə yatırması, xarici investorlarla və maliyyə institutları ilə sıx əməkdaşlığı artırması “yaşıl istiqrazlar”ın buraxılması üçün münbit şəraiti formalaşdırıb. AİB Azərbaycan hökumətinin, bank təşkilatlarının “yaşıl taksonomiya” planlarını, etibarlı normativ baza yaratmasını və ekoloji cəhətdən dayanıqlı layihələrin aydın xəttini müəyyənləşdirməsini nəzərə alaraq “yaşıl maliyyə” vəsaitinin cəlb edilməsini mümkün hesab edir.
Qeyd edək ki, Avropa İnvestisiya Bankı dünyada “yaşıl maliyyələşdirmə” sahəsində, o cümlədən ekoloji cəhətdən dayanıqlı layihələri dəstəkləyən istiqrazların buraxılmasında böyük təcrübəyə malikdir. Bank “yaşıl maliyyə” alətlərindən olan “yaşıl istiqraz” və “yaşıl səhm”lərin buraxılışın ekoloji cəhətdən təmiz texnologiyaların genişləndirilməsi və iqlim dəyişikliyinin azaldılması istiqamətində strategiyaya kömək məqsədilə dəstəkləyir. Son 5 ildə bu kağızların emissiyası qlobal bazarlarda 230 milyard dolları ötüb ki, həmin maliyyələşmədə Dunya Bankı, Avropa Komissiyası ilə birlikdə Avropa İnvestisiya Bankı da fəal yer alır.
“Yaşıl iqtisadiyyat” quruculuğu prinsiplərindən biri
“Yaşıl istiqrazlar” maliyyə sektorunda davamlılığı təşviq etmək, iqlimlə əlaqəli və ya digər növ xüsusi ekoloji layihələri dəstəkləmək, sosial və ətraf mühitin yaxşılaşdırılmasına töhfə vermək baxımından daha cəlbedicidir. Ekoloji və iqlim layihələrini dəstəkləmək üçün sabit gəlirli bir maliyyə aləti olan “yaşıl istiqraz” enerji səmərəliliyi, ekoloji çirklənmə ilə mübarizədə öz səmərəsini verməkdədir. Avropa Birliyi ölkələrindən Finlandıya, İsveçrə, Estoniya, Niderland, İrlandiya, Norveç və digərləri davamlı kənd təsərrüfatı, ekosistemlərin qorunması, təmiz nəqliyyat, davamlı su idarəçiliyinə yönəlmiş layihələri bu qiymətli kağız vasitəsilə maliyyələşdirir.
Azərbaycanın bank sistemi üçün “yaşıl istiqrazlar”ın emissiyası əsas hədəflərdən biridir. Hazırda maliyyə bazarlarında yaşıl ekosisteminin qurulması və mühafizəsi ilə bağlı reallaşan tədbirlərə uyğun olaraq qabaqcıl beynəlxalq təcrübə hərtərəfli nəzərdən keçirilir. Mərkəzi Bank (MB) tərəfindən ötən il təsdiq edilmiş “Yaşıl Maliyyə Taksonomiyası” sənədinin də əsas prioritetlərindən biri dünya ölkələrinin maliyyə bazarı iştirakçıları ilə əməkdaşlığı artırmaqla müasir maliyyə alətlərinin ölkəmizdə tətbiqinin təmin edilməsidir. “Yaşıl maliyyə” investisiyaları adlanan həmin alətlər “yaşıl iqtisadiyyat” quruculuğu prinsiplərinə əsaslanır və dayanıqlı iqtisadiyyatın inkişafa xidmət edir. Bu baxımdan Avropa Bankı ilə bu sahədə əməkdaşlıq gündəmdə aktual yer alan hədəfə çatmaq üçün yaxşı fürsətlərdən biri hesab oluna bilər.
Banklar “yaşıl istiqraz”ların buraxılışına start verib
Artıq ölkəmizdə pilot ssenari kimi bir sıra təşkilatlar tərəfindən “yaşıl istiqrazlar” yerləşdirilib. “Rabitəbank” ASC tədavül müddəti 2 il və illik faiz dərəcəsi 9,5 % olmaqla ümumi dəyəri 10 milyon manat olan istiqrazlar buraxıb. Eləcə də “Unibank” ASC isə tədavül müddəti 36 ay, illik faiz dərəcəsi 11,5 % olan 20 milyon manatlıq istiqrazlar yerləşdirib. SOCAR “SOCAR Green” layihələrinə dəstək məqsədilə “yaşıl istiqrazlar”ın buraxılışını təmin edib, nominal dəyəri 1000 dollar olan istiqrazların illik gəlirliliyi 6 faiz, emissiyanın ümumi həcmi 200 milyon dollar, tədavül müddəti isə 5 ildir.
“Yaşıl enerji subsidiyaları”na dəstək
Yeri gəlmişkən, Avropa İnkişaf Bankı Azərbaycanda “yaşıl enerji” sahəsinə də maliyyə dəstəyində maraqlı olduğunu bəyan edib. Nəzərə alsaq ki, bankın emissiya etdiyi istiqrazların təxminən 35-40 faizi bərpaolunan enerji mənbələrinə aiddir, bu zaman “yaşıl enerji” mənbələri üzrə zəngin potensialı olan Azərbaycana həmin istiqamət üzrə maliyyə dəstəyinin göstəriləcəyi istisna deyil. Həmçinin, “yaşıl enerji subsidiyaları”na da dəstək veriləcəyi ehtimal olunur. Qeyd edək ki, bu qiymətli kağızlar da Aİ ölkələrində geniş yayılmış maliyyə alətlərindən biridir. Belə ki, müxtəlif ekoloji fondlar, eləcə də BMT-nin ətraf mühitlə bağlı qurumları da Aİ ilə əməkdaşlıq çərçivəsində ekoloji subsidiyaların ayrılmasında fəal rol oynayır.
Beləliklə, Avropa İnvestisya Bankı ilə əməkdaşlıq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etməklə “yaşıl maliyyə” mənbələrinə çıxış üçün geniş imkanlar açacaq, yuxarıda qeyd edilən maliyyə və investisiya alətlərindən faydalanmasına səbəb olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 May 19:30

Elm
19 May 19:19

Dünya
19 May 18:35

YAP xəbərləri
19 May 18:28

YAP xəbərləri
19 May 17:27

Sosial
19 May 17:14

Dünya
19 May 16:23

Sosial
19 May 16:00

Dünya
19 May 15:27

Dünya
19 May 15:03

Xəbər lenti
19 May 14:46

Gündəm
19 May 14:31

Sosial
19 May 13:24

İdman
19 May 12:53

Siyasət
19 May 12:50

Sosial
19 May 12:37

Siyasət
19 May 12:22

Elm
19 May 11:58

Sosial
19 May 11:51

Sosial
19 May 11:12

İqtisadiyyat
19 May 10:29

İqtisadiyyat
19 May 10:29

İdman
19 May 10:19

Siyasət
19 May 10:05

Dünya
19 May 09:58

Dünya
19 May 09:15

Dünya
19 May 08:54

Dünya
19 May 08:13

Hadisə
18 May 23:26

Dünya
18 May 22:39

Elm
18 May 21:33

Sosial
18 May 20:41

İdman
18 May 19:40

Dünya
18 May 18:32

Dünya
18 May 17:28

Dünya
18 May 16:21

Dünya
18 May 15:30

Mədəniyyət
18 May 14:49

Dünya
18 May 13:31

Dünya
18 May 12:47

Dünya
18 May 11:19

Analitik
18 May 10:42

Dünya
18 May 10:36

Dünya
18 May 09:28

Dünya
18 May 08:34

Dünya
18 May 07:55

Hadisə
18 May 07:48

İdman
18 May 07:43

İdman
17 May 23:30

Dünya
17 May 22:19

Elm
17 May 21:27

Siyasət
17 May 20:42

İdman
17 May 20:36

Sosial
17 May 19:25

Sosial
17 May 18:32

Sosial
17 May 17:26

Sosial
17 May 16:45

Sosial
17 May 15:34

Dünya
17 May 14:43

YAP xəbərləri
17 May 14:22

YAP xəbərləri
17 May 13:19

Gündəm
17 May 13:01

Gündəm
17 May 12:40

YAP xəbərləri
17 May 12:37

Gündəm
17 May 11:50

İqtisadiyyat
17 May 11:38

Siyasət
17 May 11:15

MEDİA
17 May 10:57

Sosial
17 May 10:34

Analitik
17 May 10:14
