İqtisadi inkişafa və sosial rifaha töhfə...
29.04.2025 [10:41]
Sahibkarlıq sektoru inkişafda lokomotiv rolunu oynamaqdadır
Sahibkarlıq sektoru dövlətin iqtisadi şaxələndirmə, dayanıqlı iqtisadiyyat hədəflərini dəstəkləyir və iqtisadi inkişaf üçün lokomotiv rolunu oynamaqdadır. Bu sahənin inkişaf etdirilməsi dövlətin yürütdüyü iqtisadi strategiyanın əsas hədəflərindən biri kimi ortamüddətli və uzunmüddətli dövrdə diqqətdə saxlanılacaq. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Konstitusiya və Suverenlik: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda bildirib. Qeyd edib ki, hazırda ölkə iqtisadiyyatında yeni dövr başlayıb və iqtisadi inkişafın lokomotivi olan qeyri-dövlət sektoru öz dayanıqlılığını möhkəmləndirməkdədir. Bu bölmə iqtisadi inkişafa töhfə verməklə yanaşı, sosial rifahın yüksəlməsində də əhəmiyyətli rol oynayır. Hazırda qeyri-dövlət sektorunun əməkhaqqı fondunda payı 51 faiz, məşğul əhalinin strukturunda payı 79,1 faiz, yeni yaradılan iş yerlərində payı 91,6 faiz təşkil edir. Bu, sahibkarlıq sektorunun sosial inkişafa töhfəsinin statistik rəqəmlərdə konkret ifadəsidir.
Dövlət-özəl sektor tərəfdaşlığı səmərəli platformaya çevrilib
A.Əmiraslanov əlavə edib ki, ölkəmizdə dövlət-özəl tərəfdaşlığı mexanizminin tətbiqinə başlanılması dövlətin sahibkarları tərəf-müqabili kimi dəyərləndirməsindən, onlara güvənməsindən irəli gəlir. Bu dinamika və etibarlı tərəfdaşlıq hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində də özünü göstərir, bu bölgədə sahibkarlıq fəaliyyəti sürətlə inkişaf edir. Sahibkarların qarşılaşdığı problemlərin çevik həlli üçün yaradılmış əsas mexanizmlərdən biri kimi Əməkdaşlıq şuraları dövlət-özəl dialoqunun ən səmərəli platformalarından birinə çevrilib. Şura həm iqtisadi inkişafda, həm də sosial problemlərin həllində birgə addımlar öz bəhrəsini verir.
Dövlət-özəl sektor əməkdaşlığı dövlətin investisiya gücünə əlavə güc qatır, qeyri-neft sektorunun inkişafına töhfə verir. Bu tərəfdaşlıq qanunun aliliyi, azad rəqabətin qorunması, şəffaflıq və səmərəliliyin artırılması prinsiplərinin də möhkəmlənməsinə səbəb olur. Hazırda işğaldan azad edilmiş ərazilərdə də dövlət-özəl tərəfdaşlığı çərçivəsində bir sıra layihələrin icrası genişlənməkdədir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində bir sıra insrastrukturların yaradılmasında dövlət investisiya proqramlarının vəsaitləri ilə yanaşı, özəl bölmənin sərmayələrinin cəlb edilməsi və birgə maliyyə təşəbbüslərinin dəstəklənməsi ilə bağlı tədbirlər müəyyənləşib və həmin plan üzrə əhəmiyyətli layihələr icra olunmaqdadır. Xüsusilə də “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə enerji təchizatı infrastrukturunun qurulması, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı, “yaşıl texnologiyalar”ın tətbiqi üzrə dövlət-özəl sektor tərəfdaşlığının təşviqi xüsusi yer tutur.
Biznes icmasının azad ərazilərdə payı artır
Sahibkarlığın inkişafı son illərdə azad ərazilərdə həyata keçirilən layihələrin timsalında özünü daha aydın biruzə verir, biznes icması bu bölgədə xüsusi fəallıq ruhunda kiçik və iri layihələrdə yer almağa çalışır. İqtisadiyyat nazirinin müavini Elnur Əliyevin sözlərinə görə, ölkəmizdə sahibkarlıq sektorunun payında azad ərazilərdə yeni qeydə alınan biznes subyektlərinin dinamikası ümidvericidir. Hazırda ölkədə 1,4 milyondan çox fərdi sahibkar qeydiyyata alınıb, onların 212 mindən çoxu hüquqi şəxs statusuna malik sahibkarlıq subyektidir. Ümumilikdə, 2020-2024-cü illər ərzində respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən sənaye zonalarında investisiya portfeli 1 milyard manatdan çox olan 96 sahibkarlıq subyekti yaradılıb. Sahibkarlığın inkişafında sənaye sektorunda çalışan biznes və rezidentlərin fəaliyyəti xüsusi aktivliyi ilə seçilir, sənaye sahibkarlığı hazırda azad edilmiş ərazilərdə daha da genişlənir. Ölkədə sənaye parkları arasında potensial imkanlarına görə fərqlənən Ağdam Sənaye Parkı ikinci yerdə qərarlaşmaqla sənaye quruculuğuna böyük töhfə verir.
Sahibkarlardan 2000-dən çox müraciət daxil olub
İşğaldan azad edilmiş ərazilərə həm yerli, həm də xarici investorların marağı böyükdür. İndiyə qədər həmin ərazilərdə biznes qurmaq, investisiya yatırmaq istəyən sahibkarlardan 2000-dən çox müraciət daxil olub. İqtisadi güzəşt və stimullar isə bu ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsinə təkan verir. Qeyd edək ki, azad ərazilərdə uçotda olan və fəaliyyət göstərən sahibkarlıq subyektləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunub ki, bu amil həmin bölgəyə xüsusi axınları sürətləndirməkdədir. Azad edilmiş ərazilərdə çalışan işçilər 2023-cü ildən etibarən sosial güzəştlərlə də əhatə olunub. Belə ki, “Sosial sığorta haqqında” Qanuna dəyişikliklər layihəsinə əsasən, 2023-cü ildən etibarən işğaldan azad edilmiş ərazilərdə qeyri-dövlət və qeyri-neft-qaz sektorunda çalışan şəxslərin aylıq gəlir və maaşları 10 il müddətində məcburi dövlət sosial sığorta haqlarından azad olunublar. Bu da bölgəyə marağın artmasında mühüm amillərdən biridir. Həmin ərazilərdə işləyənlər üçün həm də birdəfəlik ödənişlər də verilir. “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərdə işləyən orta ixtisas və ali təhsili olan mütəxəssislər bu güzəşti əldə edirlər. Bu güzəştlər son nəticədə azad edilmiş ərazilərdə istehsal, emal, ticarət və xidmət infrastrukturunun yaradılması, yeni texnologiyaların tətbiqi, investisiya layihələrinin həyata keçirilməsini stimullaşdıracaq, sərmayə bumunu təmin edəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
İdman
22 May 10:40

Sosial
22 May 10:38

İqtisadiyyat
22 May 10:36

İqtisadiyyat
22 May 10:35

Siyasət
22 May 10:31

Analitik
22 May 10:19

İqtisadiyyat
22 May 09:56

Analitik
22 May 09:42

Analitik
22 May 09:25

Dünya
22 May 09:11

Mədəniyyət
22 May 08:50

MEDİA
22 May 08:34

Sosial
22 May 08:16

Sosial
21 May 23:45

İdman
21 May 23:38

Sosial
21 May 23:17

Sosial
21 May 22:52

Dünya
21 May 22:35

İdman
21 May 22:10

Hərbi
21 May 21:58

Gündəm
21 May 21:41

Dünya
21 May 21:34

Dünya
21 May 21:17

Dünya
21 May 20:46

Dünya
21 May 20:29

Dünya
21 May 20:15

Sosial
21 May 19:55

Dünya
21 May 19:31

İdman
21 May 19:12

YAP xəbərləri
21 May 18:58

Gündəm
21 May 18:37

YAP xəbərləri
21 May 18:35

YAP xəbərləri
21 May 18:14

YAP xəbərləri
21 May 17:52

YAP xəbərləri
21 May 17:30

YAP xəbərləri
21 May 17:19

YAP xəbərləri
21 May 17:07
YAP xəbərləri
21 May 16:58

YAP xəbərləri
21 May 16:53

Dünya
21 May 16:52

Siyasət
21 May 16:37

Analitik
21 May 16:29

Gündəm
21 May 16:27

Gündəm
21 May 16:16

Siyasət
21 May 16:06

Dünya
21 May 15:51

Xəbər lenti
21 May 15:50

Dünya
21 May 15:28

Gündəm
21 May 14:34

İqtisadiyyat
21 May 14:31

Siyasət
21 May 14:28

Sosial
21 May 14:27

İqtisadiyyat
21 May 14:27

Sosial
21 May 14:26

Xəbər lenti
21 May 14:20

Siyasət
21 May 14:19

Siyasət
21 May 14:18

YAP xəbərləri
21 May 13:33

Sosial
21 May 12:29

YAP xəbərləri
21 May 12:24

YAP xəbərləri
21 May 12:23

İdman
21 May 11:52

Sosial
21 May 11:49

Gündəm
21 May 11:46

Xəbər lenti
21 May 11:22

Gündəm
21 May 11:18

Gündəm
21 May 10:48

Siyasət
21 May 10:42

Sosial
21 May 10:38

Sosial
21 May 10:35
