Azərbaycanın geosiyasi mövqeyi: ADY-nin beynəlxalq dəhlizlərin inkişafında rolu…
24.06.2025 [14:48]
Yeni dövrün ən mühüm çağırışı olan "əlverişli ticari yol" tematikası Şərq ilə Qərbin qovşağında yerləşən Azərbaycanın geocoğrafi imkanlarını və əhəmiyyətini yüksək səviyyədə aktuallaşdırır. Xüsusilə, Şərq-Qərb, Şimal-Cənub seqmentləri üzrə yüksək rentabelli infrastruktura malik olması Azərbaycanın daşımaçılıq potensialını daha parlaq şəkildə ortaya qoyur. İllərdir bu tranzit dəhlizlər üzərindən yürüdülən ticari əlaqələr yeni siyasi reallıqlarla yeni ştrixlər qazanıb. Azərbaycanın Vətən müharibəsindəki parlaq qələbəsi, 2023-cü ilin sentyabrında ərazisində separatizmin kökünü kəsməsi bu mühüm iqtisadi aortanın təhlükəsizlik göstəricisini də yüksəldib. Bu isə həm yeni imkanlar, həm də yeni ticari layihələr deməkdir.
Beləliklə, Azərbaycanın unikal coğrafi mövqeyi onu Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm geosiyasi və iqtisadi körpüyə çevirib. Tarixən İpək Yolunun əsas keçid məntəqələrindən biri olan Azərbaycan bu gün də qlobal nəqliyyat və logistika sistemində strateji əhəmiyyət daşıyır. Xəzər dənizinin qərb sahilində yerləşən, Avropa və Asiya bazarlarını birləşdirən ölkəmiz nəinki regionun, həm də Avrasiya məkanının dayanıqlı nəqliyyat infrastrukturuna çevrilməkdədir. Bu prosesdə Azərbaycan Dəmir Yolu sistemi mühüm rol oynayır. İstər Şərq-Qərb (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu), istər Şimal-Cənub, istərsə də (az vurğulansa da) Cənub-Qərb beynəlxalq dəhlizləri üzrə hərəkət edən yük və sərnişin axınının fasiləsizliyini təmin edən Azərbaycan dəmir yolları, həm regional inteqrasiyanı gücləndirir, həm də ölkəmizin beynəlxalq tranzit imkanlarını artırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə bu sahəyə yönələn strateji investisiyalar və reallaşdırılan iri infrastruktur layihələri Azərbaycanın nəqliyyat-logistika mərkəzinə çevrilməsini sürətləndirib. Qeyd edək ki, son illərdə, xüsusilə XX əsrin ikinci onilliyinin başlanmasından etibarən dünyada gedən geosiyasi proseslər, yeni iqtisadi və enerji çağırışları nəqliyyat-tranzit xəritələrini də yenidən formalaşdırır. Bu yeni tranzit nizamının formalaşmasının göstəricisidir. Azərbaycan da öz əlverişli coğrafi mövqeyi, müasir dəmir yolu infrastrukturu və sabit dövlət idarəçiliyi sayəsində prosesdə ən yüksək səviyyədə iştirak edir – ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas "mərkəz stansiyası" funksiyasını yerinə yetirir…
Şərq-Qərb dəhlizi: yeni nizamın ən vacib geostrateji layihəsi…
Orta dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Şərqi Avropada baş verən hərbi kataklizmlərin Avrasiya məkanından keçən bir sıra marşrutlar üçün ciddi təhdidlər yaratdığınüı nəzərə alsaq, Orta Dəhlizin ticari əhəmiyyəti son illərdə daha da yüksəlib. Bu, həm də marşrut üçün yeni fürsətlər yaradıb. Ayrı-ayrı ölkələr və daşıma şirkətləri siyasi sabitlik, təhlükəsizlik, marşrutun qısalığı kimi mühüm amilləri nəzərə alaraq yüklərin məhz bu marşrutla daşınmasına üstünlük verirlər. Marşurutun effektivliyində isə bir sıra amillər çıxış edir. Belə ki, Azərbaycanın Mərkəzi Asiya – Avropa xətti üzrə iqtisadi inteqrasiyada oynadığı rolun daha da şaxələndirilməsi, eyni zamanda çoxtərəfli mahiyyət daşıması bu məsələdə əsas rollardan birini oynayır. Eyni zamanda, Azərbaycanın timsalında Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın vahid geosiyasi anlam qazanması layihənin əsas uğurlarından biridir. Azərbaycanın bu dəhlizdəki rolu 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi ilə tam şəkildə reallaşdı. Çin və Orta Asiyadan gələn yüklər Xəzər dənizi üzərindən Ələt limanına, buradan isə dəmir yolu ilə Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çatdırılır. Xətt üzrə Azərbaycanın dəmir yolu infrastrukturu ən müasir standartlara söykənir – Ələt limanı ilə inteqrasiya olunmuş dəmir yolu yük terminalı yaradılıb. Hələ ötən ilin yayında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Rövşən Rüstəmov Bakı-Tbilisi-Qars dəmir yolunda (BTQ) modernləşdirmə və genişləndirmə işlərinin başa çatdığını və xəttin illik yükdaşıma qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırıldığını bildirmişdi. O qeyd etmişdi ki, Orta Dəhlizin vacib seqmenti hesab olunan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən 184 kilometrlik hissəsində aparılan təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri artıq yekunlaşıb. Sonrakı mərhələdə isə yükdaşıma qabiliyyətinin 17 milyon tona çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, BTQ-nin ümumi uzunluğu 846 km-dir və onun 504 km-i Azərbaycan ərazisindən keçir. Azərbaycanın ərazisində yeni çəkilmiş Ağstafa-Qazax-Gürcüstan sərhədi və Yeni Bakı Dəmir Yolu Vağzalı daxil olmaqla əsas infrastruktur yenilənib.
Şimal-Cənub xətti: Azərbaycan cəhətlər üzrə əsas magistral qovşağıdır…
Azərbaycanın yeni beynəlxalq geosiyasi nizamda ən mühüm üstünlüklərindən biri də Şərq-Qərb kontenti ilə yanşı, həm də Şimal-Cənub kontenti üzərində strateji mövqe tutmasıdır. Qeyd edək ki, ölkəmizin dəmir yolu sistemində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi də strateji prioritetlər sırasındadır. Bu dəhliz Avropa və Rusiyadan gələn yükləri İran vədigər Şərq ölkələrinə daşımaqla yanaşı, Fars körfəzinə çıxışı təmin edir. Azərbaycanın bu marşrut üzrə həyata keçirdiyi əsas layihələrdən biri Astara (AZ) – Astara (İR) dəmir yolu xətti və logistika terminalıdır. Bu stansiya hazırda da minlərlə ton yükün qovşaq nöqtəsinə çevrilib. Əlavə olaraq Rəşt–Astara dəmir yolu xətti İran tərəfindən tamamlandıqdan sonra dəhliz tam funksional olacaq - Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb qolunun tikintisi isə gecikir. Söhbət İranın Astara (Azərbaycanla sərhəddə) ilə Rəşt şəhərləri arasında 160 km uzunluğunda olan hissənin inşasından gedir. Azərbaycan bu hissənin tikintisi üçün kredit dəstəyi təklif edərək regional əməkdaşlıq nümunəsi göstərib. Yalama–Bakı–Astara dəmir yolu oxu isə ölkənin şimaldan cənuba nəqliyyat sinir sistemini formalaşdırır. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm bir hissəsi olan Ələt-Osmanlı-Astara dəmir yolu xətti ilə bağlı tikinti işlərinin 2027-ci ilə qədər tamamlanacağı gözlənilir. Bu ilin aprelində “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirilib ki, "Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması işləri həyata keçirilir. Ələtdən Osmanlı istiqamətli olan hissədə cüt xəttli dəmir yolunun yenilənməsi işləri aktiv olaraq davam edir. Eyni zamanda, Osmanlıdan Astaraya qədər işlər aparılır. Yolun ümumi uzunluğu 243 kilometr təşkil edir. Xatırladaq ki, bu layihə "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb. Dəmir yolu xəttinin yenidən qurulması üzrə işlərə 2024-cü ildən başlanılıb.
Ox üzrə uzunluğu 245 km olan bu yolda təmir işləri 4 mərhələdə həyata keçirilir. Birinci mərhələ 60 km uzunluğunda Ələt-Osmanlı hissəsini əhatə edir. Bu mərhələyə ümumilikdə 131 süni mühəndis qurğusu, o cümlədən 3 dəmiryol körpüsü, 3 avtomobil üst keçid, eləcə də heyvanların keçməsi üçün alt keçidlərin və müxtəlif ölçülü suötürücü boruların tikintisi daxildir. Birinci mərhələ üzrə işlər həmçinin 3 stansiyanın (Yeni Ələt, Şirvan və Osmanlı) yenidən qurulmasını nəzərdə tutur.
İşğaldan azad edilmiş regionlarda yeni infrastruktur formalaşdırılır…
Sevindirici haldır ki, 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri Mərkəzi Asiya - Cənubi Qafqaz – Kiçik Asiya iqtisadi geostrateji məkanı üçün yeni inkişaf mərhələsi yaratdı. Formalaşdırılan təhlükəsizlik arxitekturası gələcək yüzilliyin proyekti kimi qiymətləndirilən, dünyanın yeni dönəmdə əsas ticarət xətti kimi mahiyyət kəsb edən Şərq-Qərb tranzitini daha da ön plana çıxarıb – başqa sözlə, layihəyə yeni nəfəs, yeni mahiyyət qazandırıb. Belə ki, Azərbaycanın təşəbbüsü ilə meydana gələn Zəngəzur dəhlizi layihəsi Şərq-Qərb münasibətlər sistemində yeni halqa kimi olduqca vacib əhəmiyyət daşıya bilər. Azərbaycan qısa zaman ərzində bu dəhliz üzərində də yenidənqurma, abadlıq, quruculuq işlərinə start verdi. Ermənistan tərəfindən dağıdılmış dəmiryolu infrastrukturu müasir çağırışlara əsasən qurulmağa başladı. Burada bir neçə strateji xətt üzərində işlər aparılır:
- Horadiz–Ağbənd–Zəngəzur dəhlizi (203 km) – bu xətt Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək, eyni zamanda Türkiyəyə quru dəmir yolu çıxışını təmin edəcək,
- Ağdam, Füzuli, Şuşa istiqamətində dəmir yolu bağlantılarının bərpası və yenidən qurulması həm iqtisadi, həm də geosiyasi əhəmiyyət daşıyır.
Bu infrastruktur layihələri Qarabağın bərpasının vacib elementi olmaqla yanaşı, Azərbaycanın vahid dəmir yolu sisteminin bütövləşməsi baxımından da mühüm rol oynayır.
Avrasiyanın dəmir yolu xəritəsində liderliyə doğru…
Paralel olaraq Azərbaycan Dəmir Yolları QSC müasir dövrün çağırışlarına cavab vermək üçün rəqəmsallaşma və avtomatlaşdırma proqramlarına keçid edir. Bunlara elektron yük bəyannamələri və sərhəd keçidlərinin sürətlənməsi, avtomatik siqnalizasiya və lokomotiv monitorinq sistemləri, eləcə də, yeni elektrik və dizel lokomotivlərinin alınması, rəqəmsal logistika idarəetmə platformalarının tətbiqi daxildir. Bu addımlar tranzit daşımalarının sürətini, təhlükəsizliyini və kommersiya səmərəliliyini artırmaqla yanaşı, Azərbaycanın qlobal nəqliyyat rəqabət qabiliyyətini də artırır.
Nəticə etibarı ilə, bu gün Azərbaycan iki qlobal dəhlizin – Şərq-Qərb və Şimal-Cənub xəttlərinin qovşağında yerləşməklə, Yaxın Şərq, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında mühüm tranzit ölkəsinə çevrilib. Dövlətin dəmir yolu infrastrukturuna yönəltdiyi sistemli investisiyalar və strateji planlama, Azərbaycanın qlobal yükdaşımalarında etibarlı tərəfdaş olmasına gətirib çıxarıb.
Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturunun yaradılması, Azərbaycanın nəqliyyat suverenliyinin möhkəmlənməsi və geoiqtisadi gücünün artırılması baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan isə təkcə nəqliyyat körpüsü yox, tranzit siyasətini formalaşdıran dövlətlərdən biri kimi çıxış edir - bu regional sabitlik və iqtisadi inteqrasiyanın vacib zəminidir.
Pərviz İSMAYILOV
“Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur”
Xəbər lenti
Hamısına bax
İqtisadiyyat
14 İyul 22:09

Dünya
14 İyul 21:47

Dünya
14 İyul 21:38

MEDİA
14 İyul 21:23

YAP xəbərləri
14 İyul 21:16

Dünya
14 İyul 20:51

YAP xəbərləri
14 İyul 20:37

Dünya
14 İyul 20:12

Dünya
14 İyul 19:46

İdman
14 İyul 19:29

Dünya
14 İyul 19:14

Sosial
14 İyul 18:59
YAP xəbərləri
14 İyul 18:25

Dünya
14 İyul 18:12

YAP xəbərləri
14 İyul 17:43

Turizm
14 İyul 17:27

Sosial
14 İyul 17:15

Sosial
14 İyul 17:15

YAP xəbərləri
14 İyul 17:13

Hadisə
14 İyul 17:01

Gündəm
14 İyul 16:50

Gündəm
14 İyul 16:31

YAP xəbərləri
14 İyul 16:23

YAP xəbərləri
14 İyul 15:52

YAP xəbərləri
14 İyul 15:49

YAP xəbərləri
14 İyul 15:41

Dünya
14 İyul 15:40

Dünya
14 İyul 15:09

Sosial
14 İyul 15:08

Dünya
14 İyul 15:04

Elanlar
14 İyul 15:03

Elm
14 İyul 14:04

Hadisə
14 İyul 13:54

Hadisə
14 İyul 13:50

Siyasət
14 İyul 13:47

Dünya
14 İyul 13:32

Dünya
14 İyul 13:16

Elm
14 İyul 12:55

MEDİA
14 İyul 12:43

İqtisadiyyat
14 İyul 12:37

Sosial
14 İyul 12:06

Sosial
14 İyul 11:26

Siyasət
14 İyul 11:25

Dünya
14 İyul 10:55

İdman
14 İyul 10:54

Hadisə
14 İyul 10:50

Xəbər lenti
14 İyul 10:46

İdman
14 İyul 10:29

Dünya
14 İyul 10:24

Dünya
14 İyul 10:23

İqtisadiyyat
14 İyul 10:20

İqtisadiyyat
14 İyul 10:20

Dünya
14 İyul 10:15

Hadisə
14 İyul 10:01

Sosial
14 İyul 09:58

Dünya
14 İyul 09:34

Dünya
14 İyul 09:11

Sosial
14 İyul 08:40

Hadisə
13 İyul 23:21

Dünya
13 İyul 22:35

Dünya
13 İyul 21:28

Sosial
13 İyul 20:14

Dünya
13 İyul 19:43

İqtisadiyyat
13 İyul 18:24

Analitik
13 İyul 17:54

Dünya
13 İyul 17:31

Dünya
13 İyul 16:28

Dünya
13 İyul 15:40

Dünya
13 İyul 14:22

Dünya
13 İyul 13:37
