Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan Özbəkistana elektrod ixracına başlayıb

Azərbaycan Özbəkistana elektrod ixracına başlayıb

02.09.2025 [19:46]

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti “Gedik Kaynak” MMC ilk dəfə olaraq Özbəkistana elektrod ixracına başlayıb.

İZİA-dan AZƏRTAC-a bildirilib ki, şirkət tərəfindən bu ölkəyə ümumilikdə 200 ton həcmində məhsul göndərilməsi nəzərdə tutulur. Bu, həmçinin Azərbaycanın Özbəkistana ilk elektrod ixracıdır.

Qeyd edək ki, “Gedik Kaynak” MMC 2021-ci ildə Neftçala Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Şirkət tərəfindən Sənaye Məhəlləsinin ərazisində 2 növdə olmaqla 8 ölçüdə elektrod istehsal olunur. Müəssisənin aylıq istehsal gücü 300 ton təşkil edir. İnvestisiya dəyəri 7,5 milyon manat olan zavodda 20 nəfər daimi işlə təmin edilib.

Paylaş:
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30